S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə110/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   106   107   108   109   110   111   112   113   ...   153

359 

 

normotrofik  inkişafı  təmin  olunsun  və  müxtəlif  yoluxucu  xəstəliklərə 



davamlığı artsın. 

Məlum olan 40-dək vitamin iki qrupa ayrılır: suda həll olan vitaminlər, 

yağda həll olan vitaminlər. 

Suda həll olan vitaminlər. Tiamin (Bı vitamini) orqa¬nizmdə karbohidrat 

mübadiləsini,  bağırsaqların  motor,  sekretor  və  sorulma  funksiyasını 

tənzim edir. Sinir siste- 

minin  fəaliyyətinə  nizamlayıcı  təsir  göstərir.  Bu  vitaminin  çatışmazlığı, 

beri-beri  xəstəliyinə  səbəb  olur.  Xəstəliyin  əla¬mətləri  əzələlərin 

tonusdan  düşməsi,  yuxusuzluq,  tez  yorulma  və  polinevritdir.  Uzun 

müddət  penisillinlə  müalicə  nəticəsində  də  hipovitaminoz  yarana  bilər. 

Çünki,  peni-  sillin  bağırsaq  tiaminini  istifadə  edən  bakteriyaları  kəskin 

azaldır.  Tiaminə  olan  sutkalıq  tələbat  adamlarda  1,2-1,8  mq-dır.  insan 

orqanizmi  tiamini  ehtiyat  halında  saxlamaq  xüsusiyyətinə  malik 

olmadığından, mütəmadi olaraq onu qəbul etməlidir. Onun mənbəyi qara 

çörək, qarabaşaq və yulaf yarması, qaraciyər, böyrək və sair məhsullardır. 

B2  vitamini-riboflavin  karbohidfat  və  azot  müba¬diləsində  iştirak  edir. 

Yağların  orqanizmdə  mənimsənilmə¬sində  zəruri  sayılır,  mərkəzi  sinir 

sisteminin 

fəaliyyətini, 

gözün 


buynuz 

qişasında 

oksigenin 

mənimsənilməsini  stimulə  edir.  Onun  çatışmazlığı  orqanizmin 

immunitetində, dəri və selikli qişalarda bir sıra dəyişikliklər törədir. 

insanın  riboflavinə  sutkalıq  tələbatı  1,5-2,5  arasında  olub,  qəbul  edilən 

qidadan asılı olaraq dəyişilir. Bu vitaminlə əsasən qaraciyər, pivə mayası, 

böyrək,  ürək  toxumaları,  süd  və  süd  məhsulları,  meyvə  və  tərəvəzlər 

zəngindir. 

PP  vitamini  (nikotin  turşusu)  antipellaqrik  və  damar-  genəldici  təsirə 

malikdir. Bu vitaminin çatışmazlığı insan¬da pellaqra xəstəliyinə səbəb 

downloaded from KitabYurdu.org




360 

 

olur. Xəstəliyin əlamətləri bədənin açıq hissələrində əmələ gələn dermatit, 



ishal, qlossit və s-dir. 

Orqanizmin  toxumalarmda  PP  vitamini  sintez  olunmur.  Ona  sutkalıq 

tələbat  12-18  mq-dır.  Qaraciyərdə,  böyrəklərdə,  heyvan  əzələlərində, 

göbələk,  pomidor,  kök,  ispanaq,  kələm  kimi  məhsullarda  onun  miqdarı 

kifayət qədərdir. 

BÖ  vitamini-piridoksin  orqanizmdə  amin  turşularının  sintezində  iştirak 

etməklə  böyüməyə  müsbət  təsir  göstərir,  mis,  dəmir  kimi  elementlərin 

qanda  toplanmasını  tənzimləyir,  mərkəzi  sinir  sisteminin  işinə  kömək 

edir, domnanın qarşısını alır, yağ mübadiləsində iştirak edir. Bu vitaminin 

çatışmazlığı çox az hallarda müşahidə olunur. 

insan sutka ərzində 0,3 mq BÖ vitamini qəbul etməlidir. Piridoksinə ət və 

bitki  məhsullarında  kifayət  qədər  rast  gəlinir,  pivə  və  xəmir  mayasında 

miqdarı daha çoxdur. 

B12  vitamini  (siankobalamin)  təmiz  halda  tünd  qırmızı  rəngli,  iysiz, 

dadsız  kristallik  maddə  olub,  mikroorqanizm-  lərdə  sintez  olunur. 

Bitkilərdə  təsadüf  edilmir.  Siankobala¬min  qanyaradıcı  orqanların 

fəaliyyətini  stimulə  edir,  sinir,  mədə-bağırsaq  pozulmalarını  aradan 

qaldırır. Orqanizmdə bu vitaminə sutkalıq tələbat 0,5-1,0 milliqramdır. 

C vitamini və ya askorbin turşusu suda yaxşı həll olan kristallik maddədir. 

Antiskorbut  təsirə  malikdir,  bakteri-  sid,  antitoksik  təsir  göstərir, 

immuniteti artırır. Vitaminin çatışmamasından sinqa xəstəliyi əmələ gəlir 

ki,  bu  da  damağın  şişməsi,  dişlərin  laxlaması,  diş  ətində,  damaqda, 

bağırsağın divarlarında, dərialtı birləşdirici toxumada və s. qansızmalarla 

xarakterizə olunur. 7 yaşma qədər uşaqların C vitamininə sutkalıq tələbatı 

35  mq,  nisbətən  böyük  yaşlarda  50  rnq-dır.  Orqanizmə  ancaq  qida  ilə 

daxil olur, ən çox təzə tərəvəzdə, meyvə və giləmeyvədə, limon, itburnu, 

istiot, kələm və s. məhsullarda olur. 

downloaded from KitabYurdu.org




361 

 

Yağda  həll  olan  vitaminlər.  A  vitamini  (retinol)  boyat¬ma  prosesinə, 



immunitetə  təsir  edir.  Onun  çatışmazlığı  görmə  qabiliyyətini  zəiflədir, 

epitel  hüceyrələrinin  buvnuz-  laşmasmı  sürətləndirir,  sümüklərin 

böyüməsini  ləngidir,  yaşlılarda  isə  sümük  toxumasını  kövrəkləşdirir. 

Orqanizmdə A vitamini provitamin karotindən və karotinoidlərdən əmələ 

gəlir. Karotin bir sıra bitkilərdə-kökdə, pomidorda, itburnunda olur. Onun 

mənimsənilməsi qidanın hazırlan¬ma üsulundan asılıdır. A vitamini balıq 

yağında,  süddə,  kərə  yağında,  yumurta  sarısında,  qaraciyərdə  daha 

çoxdur.  Vitamin  havada  tez  parçalanır,  ona  görə  də  belə  qidalar  örtülü 

qabda saxlanılmalıdır, insan üçün sutkalıq tələbat 2 - 2,5 mq-a bərabərdir. 

D  vitamini  və  ya  antiraxit  vitamini  heyvan  və  bitki  toxumalarmdakı 

sterinlərə  və  sterollara  ultrabənövşəyi  şüaların  təsirindən  əmələ  gəlir. 

Sterinlər D vitamininin 

provitamini olub, insan dərisində ultrabənövşəyi şüaların təsirindən fəal 

D  vitamininə  çevrilir.  Bu  vitamin  fəal  halda  balıq  yağında,  yumurta 

sarısında, qaraciyərdə, heyvan yağında və südündə çoxdur. Orqanizmin 

vitaminə  sutkalıq  tələbatı  750  vahiddir.  O  çatışmadıqda  uşaqlarda  raxit 

xəstəliyi əmələ gəlir ki, bu zaman sümükləşmə prosesi pis gedir, sümüklər 

tez  əyilən  olur.  Bunların  qarşısı  yalnız  .  vitaminin  qəbul  edilməsi  ilə 

aradan qaldırılır. 

E vitamini orqanizmdə hidrogen daşıyıcısıdır, fosfor 

və yağ mübadiləsində iştirak edir, sonsuzluğa əks-təsir 

göstərir.  Bu  vitamin  bitkilərin  yaşıl  hissəsində,  yumurta  sarısında,  kərə 



yağında  və  süddə  olur.  Çatışmadıqda,  toxumalarda  fosfor  mübadiləsi, 

əzələdə ATF-in mübadi¬ləsi, hüceyrələrin normal inkişafı pozulur. 

K vitamini qanın laxtalanmasında mühüm bioloji 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə