S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə107/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   103   104   105   106   107   108   109   110   ...   153

349 

 

sözlə,  xərçəng  hüceyrələri  nəinki  xeyirsiz,  həm  də  orqanizm  üçün 



təhlükəli olub, onu məhv 

edir. Xərçəng hüceyrələri nəzarətsiz, sərbəst, sürətlə inkişaf edir. Onlarda 

maddələr  mübadiləsi  pozulur.  Beləliklə,  xərçəng  şiş  hüceyrələri  qeyri-

normal inkişaf edərək ətraf¬dakı sağlam hüceyrələri dağıdır. 

Xərçəng  xəstəliyinin  törənməsində  ehtimal  olunan  amillərdən  biri 

orqanizmdə maddələr mübadiləsi məhsulla¬rının, həm də orqanizm üçün 

zərərli maddələrin orqa¬nizmdən vaxtında kənarlasmamasıdır. Nəticədə 

həmin 


maddələrlə  qidalanmaqla  orqanizm  hüceyrələri  xərçəng  hüceyrələrinə 

çevrilir. 

insanlarda daha çox rast gələn ağciyərin xərçəng 

keçməyən 

xəstəliyidir. 

uzun sürən öskürəkdir. Bunun səbəbi bronxun selikli qişa¬sında yeıləşən 

xərçəng şişinin oradakı reseptorları qıcıq¬ 

görünməyə 

landı rmasıdır. 

Qanhayxırmanın, qanaxmanın səbəbi şişin parçalanmasıdır. 

'  Siqaret  çəkənlər  ilk  əlamətlərə  laqeydliklə  yanaşırlar.  Bu  da  şişin 

inkişafına  şərait  yaradır.  Siqaret  çəkənlərdə  çəkməyənlərə  nisbətən 

xərçəng xəstəliyi daha çox rast gəlir. 

Mədə xərçəngi. Xərçəng xəstəliklərinin çox yayıl¬mış formalarındandır. 

Belə  xəstələrdə  aşağıdakı  əlamətlər  özünü  göstərir:  xəstənin  ümumi 

downloaded from KitabYurdu.org



350 

 

vəziyyəti pisləşir, orqanizm zəifləyir, tez yorulur, əmək qabiliyyəti azalır, 



insan  ətraf  aləmə  laqeyd  olur,  arıqlayır,  mədədə  narahatlıq  halı  əmələ 

gəlir, yediyi qidadan ləzzət alınır, gəyirmə və qusma olur. Ağrı isə xəstəlik 

şiddətləndikdən sonra başlanır. 

Dəri xərçəngi tez-tez təsadüf olunur. O, dərinin 

yanığından, şüalanmasından, zədələnməsindən sonra başlana bilər. Cənub 

rayonlarında  dəri  xərçənginə  daha  çox  təsadüf  edilir.  Dəri  xərçəngi 

nisbətən  yavaş  inkişaf  edir.  Əvvəl  kiçik  olur,  uzun  müddətdən  sonra 

sürətlə inkişafa başlaya bilər. Əvvəl dərinin üst qatı, get-gedə aşağı qatlar 

da xəstəliyə düçar olur. Belə xərçəng şişi dəridən sonra əzələyə, sümüyə 

də keçə bilər. 

Süd vəzisinin xərçəngi. Qadınlarda buna çox təsadüf edilir. Süd vəzisinin 

xərçəngi vəzinin müəyyən bir yerində 

bərk düyün şəklində, yaxud vəzinin müəyyən bir hissəsinin . bərkiməsi ilə 

başlanır. Onun erkən əlamətləri aşağıda¬kılardır: 

1) 

 süd  vəzisində  sərhədləri  aydın  bilinən  bərk  düyünlərin,  yaxud 



sərhədləri aydın bilinməyən ağrısız, az hərəkətli, bərkimiş bir nahiyənin 

olması; 


2) 

şişdən yuxarıda dərinin portağal qabığı kimi qırışması; 

3) 

döş giləsinin və ya dərinin içəri batması; 



4) 

 həmin tərəfdə qoltuqda hərəkətli, bərk xırda düyüncüklərin olması. 

Bu  əlamətlərin  olması  süd  vəzisinin  xərçəngindən  şübhələnməyə  əsas 

verir. Müalicəsi əsasən cərrahi üsulladır. 

Qida  borusunun  xərçəngi.  Kişilərdə  xəstəlik  qadınlara  nisbətən  çox 

təsadüf olunur. Əsasən qida borusunun orta və aşağı hissəsində şiş əmələ 

gəlir. Xərçəng əvvəl qida . borusunu bir tərəfindən zədələyir, sonra onu 

downloaded from KitabYurdu.org




351 

 

hər  tərəfdən  əhatə  edir.  Bu  da  borunun  dafalmasma  səbəb  olur. 



Xəstə¬liyin  ən  əsas  simptomlarından  biri  udmanın  çətinləşməsi  və 

getdikcə  tam  pozulmasıdır.  Erkən  əlamətlərindən  biri  qida  udulduqdan 

sonra  hıçqırmanın  baş  verməsi,  bir  neçə  dəfə  qida  udulduqdan  sonra 

gəyirmədir; qusma xəstəni daha çox narahat edir. Əvvəl bərk, sonra isə 

maye qidaların da udulması çətinləşir, xəstə ac qalır və arıqlayır. Çox vaxt 

döş  sümüyünə, kürəyə, onurğa  sütununa yayılan ağrılar xəstəni incidir. 

Rentgenoloji  müayinə  ilə  xəstəliyi  tezliklə  aşkar  etmək  mümkün  olur. 

Müalicəsi  cərrahi  üsulla  aparılır.  Cərrahi  əməliyyat  vasitəsilə  qida 

borusunun zədələnmiş hissəsi kəsilir (qida borusunun rezeksiyası), yoğun 

bağırsaq  hissəsi  ilə  əvəz  edilir.  Xəstəlik  metastaz  vermişsə,  cərrahi 

müdaxilə  əks-göstəriş  olur,  xəstənin  qidalanması  üçün  .  mədəyə  fıstula 

qoyulur. Ağrılar gücləndikdə narkotik ağrıkəsicilərdən istifadə edilir. 

Xərçəngin  profilaktikası.  Şiş  xəstəliklərinin  profilaktika  tədbirlərinin 

həyata  keçirilməsi  xəstəliyin  müalicə  edilməsin¬dən  daha  asan  və 

zəruridir. 

Əvvəlcə qeyd edək ki, müasir təsəvvürlərə görə, irsiyyət şişin inkişafında 

yalnız  meyltörədici  amil  kimi  iştirak  edir,  yəni  irsən  keçən  bədxassəli 

şişin bu və ya digər konkret forması deyil, kanserogen (xərçəng törədən) 

amillərin təsirinə meyllikdir. 

Tibbi  ədəbiyyatda  belə  bir  fikir  yayılmışdır  ki,  həddən  çox  yemək  və 

keyfiyyətsiz  qidanın  qəbul  edilməsi  xərçəngə  səbəb  olur,  normal, 

keyfiyyətli  qidalanma  isə  onun  qarşısını  alır.  Müxtəlif  zədələnmələr  də 

tədricən xərçəng şişinin inkişafına gətirib çıxara bilər. 

Hazırda sübut edilmişdir ki, təbii və süni  mənşəli ionlaşdırıcı radiasiya 

insanda  müxtəlif  bədxassəli  şişlər  törədə  bilər.  Adətən  dəri  xərçəngi 

bədənin  daha  çox  günəş  şüaları  düşən  yerində  əmələ  gəlir.  Müəyyən 

şəraitdə  kanserogen  ola  bilən  şüalardan  biri  də  günəş  spektrinin 

ultrabənövşəyi şüalarıdır. 

downloaded from KitabYurdu.org



352 

 

Xərçəng  xəstəliyinin  baş  verməsində  zərərli  adətlərdən  siqaret  çəkmək, 



alkohollu  içkilər  içmək,  narkotik  maddələr  qəbul  etmək  və  s.  də  təsiri 

güclüdür.  Hamıya  məlumdur  ki,  müntəzəm  surətdə  spirtli  içkilər  qəbul 

edənlər mədənin xronik xəstəliklərinə düçar olur və bu da mədənin, qida 

borusunun,  bağırsaqların,  qaraciyərin  və  digər  orqanların  xərçəng 

xəstəliyinə  zəmin  yaradır.  Daim  siqaret  çəkən  adamlarda  da  tənəffüs 

orqanlarının xərçəngi üçün zəmin 

yaradan xəstəliklərin 

pnevmoniya, plevrit, vərəm, 

bronxit, traxeit və digər xəstəliklərin baş verməsi asanlaşır. 

Onu da qeyd etmək lazımdır ki, xərçəng şişi birdən- birə baş vermir. Onun 

xəstəlikönü  prosesləri  vardır  ki,  onların  aylarla,  illərlə  laqeydlik 

ucbatından  uzanması  xərçəngin  yaranmasına,  tədricən  onun  inkişafına 

şərait  yaradır.  Xərçəııgqabağı  xəstəlikləri  bilmək  və  onların  vaxtında 

aradan qaldırılması xərçəng xəstəliyinin profilak¬tikasının əsasını təşkil 

edir. 

Xərçəng  xəstəliyinin  qarşısının  alınmasında  şəxsi  gigiyenaya  diqqət 



yetirilməsi də çox əhəmiyyətli tədbirlər- dəndir. Belə ki, orqanizmi daim 

möhkəmlətmək, dərini və 

onun  törəmələrini  təmiz  saxlamaq,  qidalanma  mədəniy¬yətinə,  qida 

rejiminə  düzgün  əməl  etmək,  istirahətlə  fiziki  və  zehni  fəaliyyəti 

növbələşdirmək, zədələnmiş toxuma və orqanları vaxtında müalicə etmək 

və  s.  xərçəng  xəstəliyin¬dən  insanları  uzaqlaşdıran  tədbirlərdəndir. 

Bunlara hər kəsin əməl etməsi xəstəliklə mübarizənin əsas şərti olmalıdır. 

Xərçəng  xəstəliyinin  qarşısının  alınması  haqqında  məsləhətlərə  fikir 

vermək  vacib  şərtlərdəndir.  Belə  ki,  dərinin  şiş  xəstəliyinin  qarşısını 

almaq üçün o, təmiz saxlanmalı, zədələnmiş hissə tez müalicə edilməlidir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə