S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə104/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   100   101   102   103   104   105   106   107   ...   153

340 

 

Xəstələri ürəkbulanma narahat edir, qusmaya, diare- yaya meyllilik artır. 



Epiqastrak nahiyədə, çox vaxt şiddətli ağrılar olur. Bu ağrılar onikibarmaq 

bağırsağın xora xəstəliyi zamanı olan ağrıları xatırladır. 

Xəstələrin  müalicəsində  deheimintləşdirmə  əsas  yer  tutur.  Aşağıdakı 

antihelmint preparatlardan daha çox və müvəffəqiyyətlə istifadə olunur: 

1)  kombantrin  -  bir  kursluq  dozası  yemək  zamanı  10-20  mq/kq;  2) 

mebendazol  3  gün  ərzində  hər  dəfə  100  mq  olmaqla  gündə  2  dəfə;  3) 

levamizol,  dekaris  yatmazdan  əvvəl  2,5  mq/kq  effekt  olmayanda  bir 

həftədən sonra təkrar kurs lazımdır; 4) tiabendazol 2 gün ərzində, sutkada 

2  dəfə,  hər  dəfə  25  mq/kq  yeməkdən  sonra;  5)  naftamon  acqarına  5  q 

kursluq doza. 

Ankilostomidozlarm  profilaktikasına  -  invaziyaları  aşkara  çıxarmaq  və 

müalicə etmək üzrə kompleks tədbir¬lər, habelə torpağı, şaxta və yeraltı 

qurğuları  dezinfeksiya  etmək  və  onları  nəcislə  çirklənmədən  qorumaq 

üzrə sanitariya-epidemioloji tədbirlər daxildir. 

Enterebioz. Enterobioz peroral kontaktlı helmintoz, antroponozdur. İnsan 

invaziyanm vahid ocağıdır. Cinsi yetkin qurdlar nazik bağırsağın distal 

hissəsində,  kor  bağırsaqda,  qalça  və  çənbərbağırsaqda  parazitlik  edir. 

Mayalanmış  dişi  qurdlar  düz  bağırsağa  enir,  anus  dəli¬yindən  aktiv 

surətdə çıxıb (adətən, gecələr) peranal nahiyənin və aralığın dərisi üzərinə 

yumurta qoyur. Yumurtalarda yetkin mərhələyə çatmış sürfələr olur, onlar 

insanın  dərisi  üzərində  4-6  saat  ərzində  tam  inkişaf  edir.  Bizquyruqla 

yoluxma autoinvaziya yolu ilə - yataq ləva¬zimatı, alt paltarları və i. a. 

vasitəsilə olur. 

Entrobiozun  sonrakı  fazasında  xəstələr  əsasən  perianal  nahiyədə 

gicişmədən  şikayətlənirlər  ki,  bu  da  onları  ancaq  gecələr  narahat  edir. 

Massiv invaziya zamanı gicişmə dözül¬məz olur, aralıq bud, qarm tənasül 

orqanları nahiyəsinə yayılıb, xəstəni həm gündüz, həm də gecə narahat 

edir. 


downloaded from KitabYurdu.org


341 

 

Qaşınma nəticəsində piodermiya olur. Xəstələrin yııxusu pozulur, onlar 



əsəbi olur, iş qabiliyyətini itirirlər. 

Bəzi  xəstələrdə  enterobiozun  spesifik  terapiyasının  effektli  olmaması, 

ümumiyyətlə,  sanitariya-gigiyena  nor¬malarına  riayət  edilməməsi 

nəticəsində  təkrar  autoinvaziya  ilə  əlaqədardır.  Çox  şiddətli  qaşınma 

zamanı anestezin məlhəmi təyin edilir. 

İnfeksion xəstəliklərin profilaktikası 

infeksion xəstəliklər təsadüfi olmayıb, insan cəmiyyəti tarixində onunla 

birlikdə  inkişaf  edən  və  dəyişən  qanuna¬uyğun  təzahürlərdir.  Bir 

infeksiyanı başqası əvəz edir, bu¬nunla da onların profilaktikasının yeni 

problemləri yaranır. 

infeksion  xəstəliklər  üzrə  profilaktik  tədbirləri  şərti  ola¬raq  iki  böyük 

qrupa - ümumi və xüsusi qrupa bölmək olar. 

Ümumi  profilaktika  tədbirləri  qrupuna  əhalinin  maddi  rifah  halının 

yüksəldilməsinə,  tibbi  təminatın  əmək  və  istirahət  şəraitinin 

yaxşılaşdırılmasına  yönəldilmiş  dövlət  tədbirləri,  habelə  sanitariya-

texniki, aqromeşə-texniki, hidro- texniki və meliorasiya tədbirləri, yaşayış 

məntəqələrinin tikintisi və səmərəli planlaşdırılması tədbirləri, infeksion 

xəstəliklərin  profilaktikasında  və  ləğv  edilməsində  müvəf¬fəqiyyətlərə 

imkan verən bir çox başqa tədbirlər aid edilir. 

Xüsusi tədbirlər qrupuna müalicə-profilaktika və sanitariya-epidemioloji 

idarələrin mütəxəssislərinin gördü¬yü profilaktik tədbirlər aid edilir. Bu 

tədbirlərin həyata keçirilməsində səhiyyə orqanları ilə yanaşı, başqa nazir-

liklər və baş idarələr, habelə əhalinin geniş təbəqəsi iştirak edir. Məsələn, 

zoonoz  xəstəliklərinin  (manqo,  dabaq,  brusellyoz,  qarayara  və  s.) 

profilaktikasında kənd təsərrü¬fatı orqanları, baytar xidməti, yun və xam 

dəri  emalı  müəssisələri  iştirak  edir.  Profilaktik  tədbirlərin  planlaşdı- 

rılmasma və yerinə yetirilməsinə səhiyyə orqanları nəzarət edir. Məsələn, 

downloaded from KitabYurdu.org




342 

 

xüsusi təhlükəli (karantin) infeksiyalara aid olduqda, profilaktik tədbirlər 



sistemi həm də beynəlxalq tədbirləri əhatə edir.  

» 

Infeksiya  mənbəyinə  qarşı  profilaktika  tədbirləri  mühüm  rol  oynayır. 



Antroponoz xəstəliklərdə infeksiya mənbəyi insan-yoluxmıış xəstə və ya 

törədici  mikrob  gəzdi-  ricisi,  zoonoz  xəstəliklərdə  isə  infeksiyalaşmış 

heyvan olur. 

  

İnfeksion  müalicə-diaqnostika  şöbəsinin  sturuktur  bölmələri  vardır:  1) 



bokslu  qəbul  şöbəsi;  2)  bir  növ  infeksiyalı  xəstələrin  hospitalizasiyası 

üçün  ixtisaslaşdırılmış  şöbələr;  3)  bokslu  (diaqnostik)  şöbə;  bunun 

tərkibində xüsusi təhlükəli infeksiyalı xəstələrin qəbulu üçün hazırlanmış 

bokslar  olur;  4)  intensiv  terapiya  və  reanimasiya  şöbəsi;  5)  cərrahlıq 

şöbəsi;  6)  klinik,  bakterioloji,  seroloji,  virusoloji,  biokimyəvi 

laboratoriyalar; 8) mərkəzi sterilizasiya şöbəsi. 

Rejimli  tədbirlər  kompleksində  xəstənin  yoluxucu  ifrazatının,  qab-

qacağının,  dəyişəyinin,  otağının  və  işlənən  alətlər  kompleksinin 

dezinfeksiyası  mühüm  yer  tutur.  Hospitalizasiya  olunmuş  xəstələrin 

səmərəli  kompleks  tera¬piyası  infeksion  xəstəliklər  barəsində  görülən 

profilaktik tədbirlərdən biri sayılır. Xəstələr tam klinik sağaldıqdan və hər 

bir  infeksiya  üçün  yenidən  yoluxma  ehtimalının  müəyyən  edilmiş 

müddəti keçəndən sonra stasionardan çıxarılırlar. 

Aşkar  edilmiş  bakteriyagəzdirənləri  işdən  müvəqqəti  uzaqlaşdırır, 

qeydiyyata götürür və onları planlı qaydada bakterioloji müayinə edirlər. 

Hazırda epidemik prosesin ikinci hissəsinə yönəldilmiş bütün profilaktik 

tədbirləri  üç  əsas  qrupa  bölürlər:  sanitariya-  gigiyenik,  dezinfeksiya  və 

dezinseksiya tədbirləri. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə