S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə101/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   97   98   99   100   101   102   103   104   ...   153

330 

 

Toksoplazmoz. Xəstəlik tədricən inkişaf edir. Xəstələr ümumi zəiflikdən, 



iştahanın  azalmasından,  yuxusuzluq-  dan,  əsəbilikdən,  başağrısından, 

yaddaşın zəifləməsindən, ürək nahiyəsində ağrıdan və ürəkdöyünmədən, 

əzələlərdə, 

oynaqlarda 

ağrıdan, 

bəzən 


görmə 

qabiliyyətinin 

pozulma¬sından şikayətlənirlər. 

iştahanın  azalması,  ağızda  quruluq,  ürəkbulanması,  qarmiistü  nahiyədə 

küt  ağrılar,  meteorizm  və  defekasiyanm  yubanması,  çox  vaxt  arıqlama 

nəzərə çarpır. Mədə şirəsinin sekresiyası və turşuluğu azalır. Reııtgenoloji 

olaraq yoğun bağırsağın motor funksiyasının pozulması müəyyən edilir. 

Xloridini (daraprim) sulfadimizinlə kombinə edilmiş şəkildə, gündə 2-3 

dəfə olmaqla, 5-7 gün təyin edirlər. 7-10 gün fasilə ilə 3 müalicə kursu 

aparmaq  məsləhət  görülür.  Etiotrop  təsirə  malik  olan  başqa  preparatlar, 

xüsusən  aminoxinol,  xinqamin,  sulfanilamidlər  (sulfadimezin,  sul- 

fadimetoksin), tetrasiklin sırasından olan antibiotiklər tətbiq edirlər. 

Profilaktika. 

İnfeksiyanm 

profilaktikasına 

ev 


heyvan¬larının 

toksoplazmozu ilə mübarizə, pişiklərlə təmasın 

məhdudlaşdırılması,  şəxsi  gigiyena  qaydalarına  riayət  olunması,  çiy  ət 

qiyməsi  və  kifayət  qədər  bişməmiş  yeməyin  qadağan  edilməsi  daxildir. 

Bu qaydalara hamilə qadınlar xüsusi səylə riayət etməlidirlər. 

Dermatozoonozlar. Qansoran parazitlərin (bit, birə, taxtabiti, ağcaqanad, 

gənə  və  s.)  törətdiyi  dəri  xəstəlik¬lərinə  dermatozoonozlar  deyilir.  Bu 

parazitlərin bir qismi dəri səthində, digər qismi isə dəri içərisində fəaliyyət 

göstə¬rərək dermatozoonozları törədirlər. 

Bitlilik. Baş, paltar, qasıq bitlərinin sancması nəticəsində baş vermiş dəri 

zədələnmələrinə bitlilik deyilir. 

Baş bitləri. Bitlərin sancması nəticəsində başın tüklü hissəsində qaşınma, 

sıyrmtı,  irinlik  və  s.  əlamətlər  aşkar  olur.  Bu  vaxt  xəstəliyə  ikincili 

infeksiya  əlavə  olunur.  Məhz  bu  səbəbdən  başın  tüklü  hissəsində 

downloaded from KitabYurdu.org



331 

 

follikulit, ənsə və gicgah nahiyəsində isə piodermit əlamətləri müşahidə 



olunur. 

Xəstəliyə  başın  tüklü  hissəsində  bitlərin  tapılmasına  əsasən  diaqnoz 

qoyulur. 

Müalicəsi.  Oğlanların,  kişilərin  tüklərini  dibdən  qırx-  ması,  isti  su  və 

sabunla yuması kifayətdir. Qadınların isə tüklərini ağ neftin bitki yağı ilə 

yarıbayarı  qarışığı  ilə  isladıb,  kompres  kağızı  ilə  bağlayaraq,  bir  neçə 

saatdan  sonra  isti  su  və  sabunla  yuması  məsləhətdir.  Bundan  sonra 

sürfələri tökmək məqsədilə isladıb sıx daraqla daramaq lazımdır. 

Dermatit əlamətlərini müalicə etmək məqsədilə başın tüklü hissəsinə 2 %-

li ağ civə məlhəmi sürtülür. 

Paltar bitləri. Paltar bitləri paltar büküşlərində yaşa¬yır. Onların sancması 

nəticəsində dəridə şiddətli qaşınma, sıyrmtı, irinlik və s. əlamətlər əmələ 

gəlir. Pinti adamlarda piodermit və dermatit əlamətləri baş verir. 

Müalicəsi.  Müntəzəm  olaraq  hamamda  yuyunmaq¬dan  və  paltarları 

dəyişdirməkdən ibarətdir. 

Dəyişdirilmiş əyin və yataq paltarları DDT və heksoxloranla dezinfeksiya 

edilir və ya qaynadılır. 

Qasıq bitləri. Bu bitlər əsas etibarilə qasıq nahiyəsində yaşayır, ancaq bəzi 

hallarda onlar orqanizmin başqa 

hissələrinə (döş qəfəsi, qoltuqaltı çuxur və s.)  yayıla bilər. Bitlər qabaq 

pəncələri  vasitəsilə  tüklərin  dibinə  bərkinir,  öz  xortumunu  isə  tük 

kisəciyinə  yeridir.  Qasıq  bitləri  şiddətli  •  qaşınma  verir.  Bu  vaxt 

piodermit, dermatit əlamətləri çox az müşahidə olunur. 

Müalicə  məqsədilə  hamamda  aralıq  qarışıq  qasıq  nahiyəsinə  vacibət 

sürtməklə  tükləri  təmizləmək  və  bundan  sonra  isti  su  və  sabunla 

yuyunmaq ən yaxşı nəticə verir. Ancaq adi qayda üzrə qasıq nahiyəsindən 

downloaded from KitabYurdu.org



332 

 

tükləri təmiz¬lədikdən sonra həmin yerə boz civə məlhəmi sürtməklə də 



müalicə etmək olar. 

Həşəratların sancması. Bir sıra həşəratlar insanları və heyvanları sancıb 

qan  sormaqla  qidalanırlar.  Onlardan  ən  çox  yayılmışı  və  insan 

patologiyasında böyük rol oynayanı birə, taxtabiti, ağcaqanad və sairədir. 

Yuxarıda adları çəkilən həşəratlar insanı sancarkən özündən ekzotoksin 

buraxır. Nəticədə həmin yerdə dəri qızarır, şişir və qaşınır. Orada ləkə, 

düyüncük  və  səpgi  əmələ  gəlir.  Qaşınma  nəticəsində  zədələnmə 

nahiyəsində sıyrıntı və ikincili infeksiya baş verir. 

Müalicə məqsədilə həşəratların sancdığı yeri arabir spirtləmək və üzərinə 

dezinfeksiyaedici məlhəm sürtmək kifayətdir. 

Həşəratları  məhv  etmək  məqsədilə  mənzilləri,  pəyə¬ləri,  zirzəmiləri, 

geyimi,  yatağı və  s. insektisidlərlə  (DUST, DDT, heksaxloran, ağ neft, 

piretrum və s.) dezinfeksiya etmək lazımdır. 

Qoturluq.  Qoturluq  gənələri  dəriyə  düşdükdə  qısa  müddətdə  buynuz 

təbəqəsinin  altına  soxulur.  Orada  hərəkət  edərək  özünə  yol  açır  və  yol 

uzunu yumurta tökür. Hər bir dişi gənə 45-50 gün yaşayır və bu müddətdə 

özün¬dən  50-dək  yumurta  buraxır.  Buraxılmış  yumurtalardan  15-20 

gündən sonra yeni gənələr çıxır. 

Qoturluq əl barmaqları arasında, biləklərin və qolla¬rın daxili səthlərində, 

qarın  nahiyəsində,  kişilərin  cinsiyyət  orqanlarında,  budların  daxili 

səthlərində və s. yerlərdə olur. O, adətən qaşınma ilə başlanır. Qaşınma 

gecələr artır. 

Müalicəsi.  Qoturluq  xəstəliyinin  müalicəsində  33  %-li  kükürd  və 

Vilkinson məlhəmi daha əhəmiyyətlidir. Bu məlhəm yun parça vasitəsilə 

5 gün müddətində səhər və axşam dəriyə yeridilir. Müalicədən 2 gün sonra 

xəstə  yuyunub  paltarını  dəyişir.  Dəyişdirilmiş  geyim  və  yataq  ağı 

dezinfeksiya olunur. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə