S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə99/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   95   96   97   98   99   100   101   102   ...   153

324 

 

Dırnaqların  epidermofitiyası.  Epidermofıtiyanm  bar¬maqarası  forması 



zamanı  bəzən  ayaq  barmaqlarının  dırnaqları  da  xəstəliyə  cəlb  olunur. 

Epidermofıtiyanm  bu  forması  dar  ayaqqabı  geyən  qadınların  birinci  və 

beşinci  ayaq  barmaqlarının  dırnaqlarında  daha  çox  təsadüf  olunur. 

Xəstəlik barmaq arasından ayaqqabının zədələdiyi yerə daha asan yayılır. 

Dırnaqların  epidermofitiyasmda,  demək  olar  ki,  subyektiv  əlamətlər 

olmur; uzun sürən və çətin müalicə olunan xəstəlikdir. 

Müalicəsi. Xəstəliyin bütün formalarında kəskin 

iltihablı və allergiya səpgiləri dövründə ümumi müalicə 

# • 

aparılması 



məsləhət 

görülür. 

Umumi 

müalicə 


məqsədilə 

desensibilizəedici  preparatlardan  kalsium-xlorid,  natrium-  bromid, 

dimedrol,  prednizolon,  B  qrupu,  C  vitaminləri,  autohemoterapiya  və  s. 

təyin olunur. 

Xarici müalicə kimi zədələnmənin morfoloji vəziy¬yətindən asılı olaraq 

islatma, məlhəm və pasta, habelə 5 %- li afungil məlhəmi təyin edilir. 

Dırnaqların  epidermofitiyasmı  müalicə  etmək  bir  qədər  mürəkkəbdir. 

Dırnaq lövhəsinin məhdud bir sahəsi zədələnibsə, həmin yeri bormaşmla 

arabir  təmizləyib  yod  məlhəmi  qoymaqla  müalicə  aparılır.  Dırnaq 

lövhəsinin xeyli hissəsi zədələnibsə, onu çıxartmaq məsləhətdir. 

Dırnaqların  epidermofitiyasmı  müalicə  etmək  məqsə-  .  dilə  daxilə 

qrizeofulvin də təyin olunur. 

Qarayara. Qarayara əsasən ev heyvanlarında (davar, qaramal, donuz, at və 

s.) müşahidə olunan kəskin infeksion xəstəlikdir. 

Qarayaranın gizli dövrü bir neçə saatdan 6-8 günə qədərdir. Orta hesabla 

2-3 gün qəbul olunmuşdur. 

downloaded from KitabYurdu.org



325 

 

Qarayara  tibb  ədəbiyyatında  Sibir  yarası  və  bədxassəli  irinlik  kimi  də 



məlumdur. Qarayara dəri örtüyünün bütün sahələrində və selikli qişalarda 

əmələ  gələ  bilər.  Ancaq  ona  ən çox üzdə  və  yuxarı  ətraflarda, xüsusən 

əllərdə təsadüf olunur. Məlumdur ki, dəri örtüyünün açıq hissələri (üz və 

əllər) yoluxucu heyvanlarla və heyvan məmulatları ilə daha çox təmasda 

olur.  Ona  görə  də  xəstəlik  adətən  qarayara  çöplərinin  açıq  dəriyə  daxil 

olduğu  yerdən  başlanır.  O,  ilk  əvvəl  çəhrayı  ləkə  kimi  təzahür  edir, 

sonralar bu ləkə düyüncüyə çevrilir. Çox keçmədən düyüncüyün üzərində 

sudur əmələ gəlir  ki, bu da tezliklə iriləşir, deşilir. Sonra zədələnmənin 

üzəri  qara  nekrozlu  qartmaqla  örtülür.  Bu  səbəbdən  xəstəlik  qarayara 

adlandırılmışdır.  Qarayaranın  tam  yetkin  dövründə  onun  ətrafında  dəri 

qızarır, şişir, o, normal dəri səthindən xeyli qabarır, mərkəzi hissəsi isə bir 

qədər  çuxur  və  qara  qartmaqla  örtülü  olur.  Qara  qart¬mağın  ətrafında 

bəzən yeni sudurlar əmələ gəlir ki, onlar da öz növbəsində quruyub qara 

qartmaq əmələ gətirir. Xəstəliyin bu dövründə ətraf lirnfa düyünləri şişir

bəzən isə irinləyir. 

Müalicəsi.  Qarayaranın  müalicəsində  salvarsan  (0,1;  0,15;  0,3;  0,45  ml 

venaya),  qarayara  vaksini  (40-100  ml  hər  gün  əzələyə),  antibiotiklər 

(penisillin,  biomisin,  terramisin  və  s.),  sulfanilamid  preparatları  və  s. 

işlədilir. Bəzi ağır hallarda antibiotiklərlə sulfanilamid preparatları birgə 

təyin edilir. Yerli müalicə olaraq zədələnmə nahiyəsinə dezinfeksiyaedici 

dərmanlardan  islatma  və  yaxud  kompres  qoymaq  məqsədəuyğundur. 

Müalicə xəstəxana şəraitində aparılmalıdır. 

Profilaktikası. Ev heyvanları arasında aparılan ciddi baytarlıq nəzarəti bu 

xəstəlik əleyhinə profilaktikanın əsasını təşkil edir. 

Tulyaremiya.  Tulyaremiya  insanların  dərisində,  lirnfa  vəzilərində  və 

daxili  orqanlarında  bir  sıra  zədələnmələr  verir  və  ümumi  naxoşluq 

əlamətlərilə təzahür edir. 

downloaded from KitabYurdu.org




326 

 

Klinik şəkli. Tulyaremiyanm gizli dövrü 3 gündən 8 günə qədərdir. Bu 



müddətdən sonra xəstəlik gözlənilmədən 

ümumi naxoşluq (üşütmə, 39-40°C qızdırma, qusma, başağrısı və s.) ilə 

başlanır. Çox keçmədən, tulyaremiya bakteriyalarının dəri örtüyünə daxil 

olduğu  yerdə  (xəstəli¬yin  dəri  formasında)  dəri  qızarır.  Orada  tezliklə 

düyüncük  əmələ  gəlir.  Sonralar  o  böyüyür,  nekrozlaşıb  xoraya  çevrilir. 

Xoranın  qıraqları  gir  in  tili-çıxın  tılı,  dibi  kələ-kötür,  konsistensiyası 

yumşaq  olur.  Bununla  bərabər,  ətraf  limfa  düyünləri  xeyli  şişir  və 

irinləyir. 

Müalicəsi.  Tulyaremiyanm  müalicəsində  streptomisin  müvəffəqiyyətlə 

tətbiq  edilir.  Levomisetin,  bıomisin,  tetra-  siklin,  bismııt  və  spesifik 

vaksin  də  yaxşı  nəticə  verir.  Yerli  müalicə  olaraq  dezinfeksiyaedici 

məlhəm, islatma və s. məsləhət görülür. 

Profilaktikası. Epizootiya zamanı gəmiricilərlə düzgün mübarizə aparmaq 

lazımdır. İnsanları tulyaremiyadan qorumaq məqsədilə bütün tədbirlərdən 

istifadə  edilir.  Suyu  və  ərzaq  mallarını  zərərsizləşdirmək,  tulyaremiya 

əleyhinə peyvənd və s. aparmaq lazımdır. 

Zoonozlar 

Zoonozlar heyvanlardan insanlara keçən xəstəliklərdir. 

Bruseüyoz.  Brusellyoz  -  xronik  gedişə  meylli  infeksion-  allergik 

xəstəlikdir. Sürəkli qızdırma ilə, orqanizmin hərəkət- istinad, sinir, ürək-

damar və başqa sistemlərinin zədələnməsi ilə xarakterizə olunur. 

Klinik mənzərə. Brusellyozda inkubasion dövr 7 gün¬dən 30 günə qədər 

və daha çox davam edir. Xəstəliyin klinik təsviri olduqca polimorfdur və 

istər  gedişinin  müddətinə,  istərsə  də  simptomlannm  müxtəlifliyinə  görə 

dəyişilə bilər. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə