S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə95/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   91   92   93   94   95   96   97   98   ...   153

312 

 

qidalanma,  zərərli  adətlərə  vərdişetmə,  orqanizmi  zəiflədən  ağır 



xəstəliklər  -  yatalaq,  diabet,  dizenteriya,  qızılca,  göyöskürək  və  s. 

orqanizmin vərəmə qarşı müqa¬vimətini azaldır. 

Hər bir qadın bilməlidir ki, hamiləlik, doğuş, uşaq əmizdirmək, orqanizm 

qarşısında  yüksək  tələblər  qoyur.  Ancaq  vərəmdən  sağalmış  sağlam 

şəxslər evlənə bilərlər. Aktiv vərəm formasına tutulmuş şəxslər nigahdan 

və  analıqdan  boyun  qaçırmalıdırlar.  Aktiv  vərəm  hamiləliyin  süni 

pozulması üçün tibbi göstəriş sayılır. Odur ki, xəstə qız 

və qadınlar əvvəlcə müalicə olunmalı, sonra nigah və ya analıq haqqında 

düşünməlidirlər. 

Vərəmlə  xəstələnməni  tuberkulin  sınağı  ilə  müəyyən  edirlər.  Hazırda 

bunun üçün Mantu sınağı tətbiq olunur. Durulaşdırılmış tuberkulini nazik 

iynə ilə saidin dərisinə yeridirlər. 24/48, 72 saatdan sonra dəridə şişkinlik, 

qızartı  əmələ  gəlirsə,  deməli,  xəstəliyə  yoluxmuşdur.  Vərəm 

yolux¬mamış uşaqlarda tuberkulin sınağı mənfi olur. 

Xəstəliyin inkişafını şərti olaraq dörd dövrə bölürlər: 

1. 


Gizli  (inkubasiya)  dövrü.  Xəstəliyə  yoluxan  andan  xəstəliyin 

əlamətlərinin meydana çıxdığı vaxta qədər olan müddətdir. Bu dövr aylar 

və hətta illərlə çəkə bilər. Bu dövr adamda heç bir əlamət törətmir, heç bir 

müalicə tələb etmir. 

2. 

Xəbərdarlıq (prodromal) dövr. Vərəm mikobakteri- yalannın həyat 



fəaliyyəti güclənir, orqanizmin zəifləməsi ilə əlaqədar bu bir neçə həftə 

davam  edir.  Xəstəliyin  ilk  əlamətləri  meydana  çıxır.  Vərəm  çöplərinin 

fəaliyyətinin  güclənməsi  ilə  onların  zəhərli  maddələri  -  toksinləri  artır, 

orqanizmi zəhərləyir. Sinir, ürək-damar sisteminə təsiri ilə yorğunluq baş 

verir, iştaha pozulur, temperatur yüksəlir, çox tərləmə, fikrin  dağılması 

xəstəni  narahat  edir,  oyanıcılıq  kimi  əlamətlər  özünü  göstərir.  Bu 

əlamətlər digər xəstəliklər zama¬nı da üzə çıxdığından, başqa xəstəliklərə 

downloaded from KitabYurdu.org




313 

 

- qarın boşluğu orqanlarının funksiyasının pozulması, ürək-damar sistemi, 



sinir  və  s.  xəstəliklərdən  şübhə  doğuraraq,  vərəm  gizlənmiş  olur,  gizli 

gedir. 


3. 

Vərəmin aydın nəzərə çarpan təzahürlərinin meydana çıxdığı dövr. 

Xəstəlik çox kəskinləşir, 1-3 həftə davam edir, sonra bir qədər sakitləşir. 

Adama elə gəlir ki, o sağalmışdır. Bu pisləşmə və yaxşılaşma halları bir 

neçə  dəfə  növbələşir.  Xəstəliyin  müalicəsi  ilə  ciddi  məşğul  olmadıqda 

vərəm köhnəlir və müalicə çətinləşir. 

4. 

Prosesin xronik formaya keçdiyi dövr. Bu dövrdə müalicəsiz qalan 



orqanda ilk vərəm ocaqları tuberkulalar və onların birləşməsi əmələ gəlir. 

Sonra onlar böyüyərək kavernalar (boşluq,  mağara)  əmələ gətirir ki, bu 

cür vərəm  

kavernoz vərəm adlanır. Çox təəssüf ki, onu tam  müalicə etmək olmur. 

Beləliklə,  xəstəlik  açıq  formaya  keçir.  Xəstə  intizamlı  şəkildə  müalicə 

olunmazsa, kavernoz vərəmdə qanaxma kimi ağırlaşmalar baş verə bilər. 

Kavernalar  digər  orqanların  vərəmində  də  -  böyrək¬lərdə,  sümüklərdə 

əmələ  gələ  bilər.  Onların  çapıqlaşması  da  müxtəlif  ağırlaşmalarla 

nəticələnir. 

Odur ki, vərəmin ilk başlanğıc formalarının vaxtında aşkar edilməsi tam 

müalicəsinə  zəmanət  verir.  Ağciyər  vərəminin  başlanğıc  təzahürləri 

rentgenoloji üsulla aşkara çıxarılır. Müsbət Mantu reaksiyası da vərəmlə 

yoluxmanı  və  xəstələnməni  göstərir.  Laboratoriyada  bəlğəmin 

müayi¬nəsi  vərəm  çöpcüklərini  aşkara  çıxarır.  Qanın  müayinəsi 

diaqnozun qoyulmasına imkan yaradır. Vərəmin erkən əlamətlərindən biri 

limfa  vəzilərinin  böyüməsidir.  Ağciyərin  vərəmi  təkcə  tənəffüs 

orqanlarının  xəstəliyi  olmayıb,  digər  orqanların  da  müəyyən  dərəcədə 

pozulmasına səbəb olur. 

downloaded from KitabYurdu.org



314 

 

Vərəm xəstəliyinin müalicəsi. Kimyaterapiya ilə vaxtın¬da aşkar edilmiş 



xəstələr  müvəffəqiyyətlə  sağaldılır.  Müalicə¬nin  perspektivli,  effektli 

getməsi onun vaxtında başlanması, xəstəliyin forma və fazaları, xəstənin 

yaşı  və  cinsiyyəti,  digər  xəstəliklərin  paralel  getməsi  ilə  əlaqədardır. 

Müalicənin  effektliliyində  xəstənin  tibbi  biliklərə  malik  olması, 

mədə¬niyyəti,  həkimin  göstərişlərinə  düzgün  əməl  etməsi  əsas  rol 

oynayır. Vərəmin müalicəsi iki istiqamətdə aparılır. Birincisi, orqanizmin 

möhkəmləndirilməsi,  müqavimətinin  artırılması  istiqamətidir  ki,  buna 

xəstə  ciddi  əməl  etməlidir.  Ən  qüvvətli,  enerjili  qidaların  qəbuluna 

məhdudiyyət qoyulmur. 

Kimyəvi preparatlarla müalicədə ən çox vərəm 

əleyhinə maddələr tətbiq edilir. Vərəmin müalicəsində 

•  


 

izonikotin  turşusunun  hidrozid  törəmələri  HINT  (hidrozit  izonikotin 

turşusu),  həmçinin  streptomisin  və  PAST  (paraaminosalisil  turşusu) 

mühüm  yer  tutur.  Bunlar  birinci  sıra  preparatlar  hesab  olunur,  xəstəlik 

törədicisinin  həyati  funksiyalarına  güclü  mənfi  təsir  göstərir  və  əlavə 

təsirləri az olur. İkinci sıra preparatlar törədicinin həyati  

funksiyalarına  zəif  təsir  göstərir,  xəstələrdə  kənar  reaksi¬yalar  verir. 

Bunlara  sikloserin,  etionamid,  etoksid,  kana-  misin,  pirazinamid,  yeni 

preparatlardan  rifampisin,  etam-  butal  və  başqaları  aiddir.  Xəstəliyin 

başlanğıc fazasında 2-6 ay ərzində stasionarda tuberklostatik dərmanlarla 

müalicə  aparılır,  sonra  ambulator  şəraitdə  6-8  ay  müd¬dətində  fasiləli 

müalicə davam etdirilir. 

Ağciyər toxumasının dağılması ilə gedən, kaverna 'əmələ gələn xəstələr 



üçün  vərəm  əleyhinə  preparatlar  quraş-  dırılaraq  təyin  edilir.  Göstəriş 

olarsa, horaıonal preparatlar, vitaminoterapiya həyata keçirilir. Xəstəliyin 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə