S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə93/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   89   90   91   92   93   94   95   96   ...   153

304 

 

Vəba. Vəba kəskin bağırsaq infeksiyasıdır.  İnkuba- sion dövrü bir neçə 



saatdan 5 sutkaya qədər (orta hesabla 

2- 


3 gün) davam edir. 

Defekasiyaların  sayı  sutkada  3-dən  10-dək  və  daha  çox  olur.  Xəstənin 

iştahası azalır, onda yanğı hissi və əzələ . zəifliyi meydana çıxır. Bədən 

temperaturu,  adətən,  normal  qalır.  Müayinə  zamanı  nəbzin  tezləşməsi, 

dilin  quruması  aşkar  edilir.  Qarın  çəkilir,  ağrısız  olur.  Dəri  quruyur, 

turqoru  azalır,  davamsız  sianoz  qeydə  almır.  Çox  vaxt  səsin  xırıltılı 

olması, nəbzin tezləşməsi, arterial təzyiqin enməsi müşahidə edilir. 

Qusma  kəsəndən  sonra  daxilə  5  sutka  ərzində  gündə  4  dəfə  0,3  -  0,5  q 

dozada tetrasiklin təyin edirlər. 

Viruslu  hepatit.  Viruslu  hepatit  əsasən  qaraciyərin  zədələnməsi  ilə 

cərəyan edən infeksion xəstəliklər qrupu¬dur. Virus hepatitinin bir neçə 

forması ayırd edilir. 

Xəstəlik dörd dövrün olması ilə xarakterizə edilir: inkubasion, prodromal, 

sarılıq  və  rekonvalessensiya.  Virus  A  hepatitində  inkubasion  dövr  7 

gündən 50 günə qədər, B hepatitində 40 - 180 günə qədər, C hepatitində 

14 . - 50 günə qədər uzanır. 

Bu zaman xəstənin iştahası pisləşir, hətta kəsilir, onda yeməyə qarşı ikrah 

hissi yaranır. Ürəkbulanması, qusma, epiqastral nahiyədə və sağ qabırğa 

altında küt ağrılar, qəbizliyə meyllik olur. Lakin duru nəcis ifrazı da ola 

bilər. Bəzi xəstələrdə xolesistit tutmalarına, öd sancılarına oxşayan ağrı 

təzahür edir. 

Sarılıqqabağı  dövrün  axırında  xəstələrin  çoxunun  əhvalı  bir  qədər 

yaxşılaşır. Xəstəliyin yüngül formalarında yaxşılaşma bütün sarılıq dövrü 

ərzində davam edir. Virus hepatitinin ağır gedişi zamanı xəstələrin halı 

tədricən  pisləşir,  bəzən  sarılığın  ilk  günlərində  artıq  kəskin  qara¬ciyər 

çatışmazlığı inkişaf edir. 

downloaded from KitabYurdu.org



305 

 

Sarılıq əvvəlcə skleralarda, dildə, damaqda meydana çıxır, sonradan üzün, 



bədənin, ətrafların dərisi saralır. Sarılığın intensivliyi çox vaxt xəstəliyin 

ağırlığına müvafiq gəlir. Xəstəlik dövrü 2-6 həftədən bir neçə aya qədər 

davam  edir.  Bu  dövrdə  intoksikasiya  simptomları:  zəiflik,  əsəbilik, 

depressiya,  yuxunun  pisləşməsi,  iştahanın  azalması,  ürək  bulanması, 

qusma müşahidə olunur. 

Kəskin qaraciyər çatışmazlığı viruslu hepatitin təh¬lükəli ağırlaşmasıdır 

və ölümlə nəticələnir. Xəstələrin ölməsinə massiv qanaxma, beyin ödemi, 

ağciyər ödemi, sepsis və s. səbəb olur. 

Müalicə. Rejim və pəhriz əsas müalicə tədbiri sayılır. Hepatitin hər hansı 

bir formasına düçar olanlar xəstəliyin kəskin dövründə  yataq rejimində 

olmalıdırlar. 

Yüksək  kalorili  və  keyfiyyətli  qidalar  qəbul  edilməli¬dir.  Xəstələrə 

tərkibində  kifayət'qədər  zülal,  karbohidratlar  və  yağlar  (mal,  qoyun, 

donuz  piyi  kimi  çətin  həzm  olunan  yağlar  istisna  edilir)  olan  yeməklər 

verilməlidir.  Maye  (su,  çay,  şirə,  kisel)  qəbulu  2-3  litrədək  olmalıdır. 

Vitamino- terapiya təyin edilməsi məsləhətdir. 

Xəstəliyin 

orta  ağırlıqlı  və  ağır  formalarında  əlavə  olaraq 

dezintoksikasiyaedici  dərman  maddələri:  5  %-li  qliikoza,  Ringer-Lokk 

məhlulu, 5-10 %-li albumin, zülal hidrolizatları, hemodez, reopoliqlükin, 

sorbitol və s. təyin 

edirlər. Bunlar venaya damcı-damcı yeridilir. 

Tənəffüs yollarının infeksiyaları 



Qrip.  Qrip  yuxarı  tənəffüs  yollarının  selikli  qişalarının  zədələnməsilə 

xarakterizə olunan kəskin viruslu infeksiyadır. 

downloaded from KitabYurdu.org



306 

 

Klinik mənzərə. Qripin gedişinə görə tipik və atipik, klinik təzahürlərinin 



ağırlığına görə isə yüngül, orta və ağır formaları olur. 

Qrip zamanı inkubasion dövr, adətən, 1-2 gündür. Lakin bir neçə saata 

qədər qısala və 3 günə qədər uzana bilər.  

Tipik  hallarda  qrip  kəskin  başlanır.  Xəstə  titrətməyə,  yaxud  üşütməyə 

başlayır,  başı  ağrıyır.  Bir  neçə  saatdan  sonra  bədən  temperaturu  artıq 

maksimal  rəqəmə  (38,5-40°C)  çatır.  Zəiflik,  əzginlik  hissi,  əzələlərdə, 

sümüklərdə  və  iri  oynaqlarda  arasıkəsilməyən  ağrı  olur.  Başağrısı 

güclənir,  alm  və  alm-gicgah  nahiyəsində,  qaşüstü  qövslərdə  və  göz 

alma¬larında lokallaşır; bəzən işıqdan qorxma halı baş verir. 

Xəstəliyin  1-ci  sutkasında  xəstələr  burun-udlaqda  qumluqdan  və 

acışmadan,  burunun  “tutulmasından”  şikayətlənirlər.  2-3  gün  onların 

əksəriyyətini  quru  öskürək  tutur.  Həmçinin  yüngül  zökəm,  3-4  gün 

keçəndən sonra isə yaş öskürək başlanır. 

Qripə  tutulmuş  xəstələrin  çoxu  evdə  müalicə  olunur.  Xəstə  qızdırmalı 

dövr  ərzində  yataq  rejimində  olmalıdır.  Vitaminlərlə  zənginləşdirilmiş 

südlü-göyərtili pəhriz, bol maye qəbulu tövsiyə olunur. 

Qripin profilaktikası üçün epidemiya başlamazdan əvvəl və onun olduğu 

vaxt  infeksion  və  antigen  xassəsindən  məhrum  edilmiş  interferon 

stimulyatorlarmı təyin etmək olar. 

Epidemiya dövründə təcili profilaktika üçün oksalin məlhəmi, leykositar 

interferon,  remantadin  işlədilir.  Bu  məqsədlə  bəzən  donor  və  plasentar 

qamma-qlobulindən də istifadə edirlər. 

Xəstə  olan  otağın  havasını  dəyişmək,  otağı  0,5  %-li  xloramin 

məhlulundan istifadə edərək, nəm əski ilə silmək 

downloaded from KitabYurdu.org




307 

 

lazımdır.  Tibbi  idarələrdə,  apteklərdə,  mağazalarda  və  başqa  mühitdə 



xidmət edən işçilər dördqat tənzifdən 

hazırlanmış maskada işləməlidirlər. 

Vərəm  xəstəliyi.  Vərəm  xəstəliyi  bəşəriyyətə  çox  qədim  zamanlardan 



məlum  olan  xəstəliklərdəndir.  Hippokrat  (e.  ə.  460-370),  Qalen  (130-

201),  Əbu  Əli  ibn  Sina  (Avisenna,  980-1037)  və  qədim  əsrlərin  başqa 

həkimləri  vərəm  xəs-təliyini  öyrənmiş,  onun  haqqında  əsərlərində 

müvafiq  məlu¬matlar  vermişlər.  Onlar  adətən  vərəmin  gecikmiş 

formasının diaqnozunu müəyyən edirdilər. Vərəm xəstəliyinin əsas  

əlamətlərindən  biri  xəstənin  ümumi  arıqlaması  idi.  Yunanca  arıqlama 

sözü ftiz kimi tərcümə olunduğundan, xəstəliyi bu cür adlandırdılar. Ftiz 

termini altında ağciyərin sifilis, xərçəng, bronxoektaziya və başqa irinli 

iltihabi xəstəlikləri ifadə olunurdu. 

Ağciyər vərəmi haqqında daha geniş məlumatı fransız alimi R.Laennek 

(1781-1826)  vermişdir.  O,  vərəmin  izolə  edilmiş  tuberkulalardan  ibarət 

ocaqlı  və  onların  birləşmə¬sindən  əmələ  gələn  infiltrativ  formalarını 

göstərir.  Laennek  ilk  dəfə  olaraq  tibb  elminə  “tuberkulyoz”  terminini 

daxil etmişdir ki, bu da beynəlxalq termin kimi indiyədək işlənir. 

Vərəm xəstəliyinin yoluxuculuq' xüsusiyyəti XVI- 

XVII əsrlərdə öyrənilmişdir. Vərəm xəstəliyinin amili 

mikobakteriyalardır. Bunlar spor əmələ gətirməyən çubuq- 

vari formalı göbələkciklərdir. Onu 1882-ci ildə alman alimi 

Robert  Kox  kəşf  etdiyi  üçün  onun  adı  ixtisarla  BK  (Kox  bakteriyaları) 

kimi  işlədilir.  VI  Umumıttifaq  ftiziatrlar  qurultayı  onu  “vərəm 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə