S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə90/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   86   87   88   89   90   91   92   93   ...   153

294 

 

Fiziki  metodlara  əşyaların  şotka,  tozsoranla  təmizlən¬məsi,  çırpılması, 



yandırılması,  qaynar  suya  salınması,  tələ  və  yapışqanlardan  istifadə 

edilməsi aiddir. 

Kimyəvi dezinseksiyada insektisidlərdən (heksaxlo- ran, xlorofos və s.) 

duru  və  bərk  tələ  yemlərindən  istifadə  edilir.  Belə  maddələr  həşəratları 

məhv  edir.  Bəzi  maddə¬lərdən  istifadə  etməklə  qansorän  həşəratlardan 

qorunurlar. 

Bioloji  metodlar  parazitləri  məhv  edən  həşəratlardan,  quşlardan, 

mikroorqanizmlərdən istifadə olunmasına əsas¬lanır. 

Deratizasiya  -  infeksiya  mənbəyi  olan  və  onu  yayan  gəmiricilərin  tələf 

edilməsidir.  Epidemioloji  cəhətdən  ən  qorxulu  gəmiricilər  ev  və  çöl 

siçanları, boz və  qara siçovullar, sünbülqıranlar, su siçanı və  s.-dir. Bu 

zaman  həm  profilak¬tika  işləri  aparılır,  həm  də  bunları  tələf  edirlər. 

Profilaktika məqsədilə ərzaq məhsullarını gigiyenik cəhətdən elə yerlərdə 

yerləşdirirlər  ki,  həmin  gəmiricilər  ora  girə  bilməsinlər.  Gəmiriciləri 

bioloji, kimyəvi və mexaniki yolla qırırlar. 

Bioloji metod onların düşmənlərindən pişiklərdən, itlərdən və s. istifadə 

edilməsidir. Mexaniki üsul isə tələlərdən istifadə olunmasıdır. 

Kimyəvi  metodda  müxtəlif  zəhərlərdən,  kükürd  an-  hidridindən  və  s. 

istifadə edilir. 

Bundan  başqa,  aldadıcı  yemlərdən  (krısid,  zookumarin,  difenasin, 

ratindan,  bariıım-karbonat,  sink-fosfıd,  tiosemi-  karbazid,  arsen 

preparatları)  istifadə  edilir.  Bunları  hazır¬layarkən  çörək,  sıyıq,  xəmir, 

tərəvəz, taxıl və s. qatırlar. Gəmi¬riciləri cəlb etmək üçün ona günəbaxan 

yağı  və  ət  qiyməsi  də  qatılır.  Zəhərli  aldadıcı  yemləri  sanepidemioloji 

stansiyanın xüsusi təlim keçmiş işçiləri hazırlamalı və işlətməlidirlər. 

İnfeksion xəstəliklərin ümumi xarakteristikası və 

downloaded from KitabYurdu.org



295 

 

müalicə prinsipləri 



İnfeksion  xəstəliklər  insanı  onun  heyvanlar  aləmindən  ayrıldığı  və  növ 

kimi təşəkkül tapdığı andan müşayiət edir. Cəmiyyət əmələ gəldikcə və 

insanın  sosial  həyat  tərzi  inkişaf  etdikcə  bir  çox  infeksiyalar  kütləvi 

yayılmışdır. 

İnfeksion xəstəliklərin bütün dövrlərdə çox geniş yayılması milyonlarla 

insanın ölümü ilə nəticələnmiş, həm də insan ömrünün qısalmasmm əsas 

səbəbi  olmuşdur.  Keçmişdə  insan  ömrü  20-30  ildən  artıq  deyildi. 

Afrikanın 

bəzi rayonlarında indi də 35-40 ildir. 

infeksion  xəstəliklər  insan  xəstəliklərinin  patogen  virus¬ların, 



bakteriyalarm, ibtidailərin törətdiyi geniş qrupudur. 

« 

infeksion agentin insan orqanizmi ilə qarşılıqlı təsir formaları müxtəlif ola 



bilər  və  infeksiyalaşma  şəraitindən,  törədici  mikrobun  bioloji 

xassələrindən  və  mikroorqaniz-  min  xüsusiyyətlərindən  asılıdır. 

Göstərilən qarşılıqlı təsirin bir neçə forması təsvir edilmişdir. 

Ətraf  mühit  özünün  fiziki,  kimyəvi,  bioloji  amilləri  ilə 

mikroorqanizmlərin  çoxuna  məhvedici  təsir  göstərir.  Bu  amillərdən  ən 

başlıcası 

xarici 

mühitin 


temperaturu, 

qurut¬ma, 

radiasiya, 

dezinfeksiyaedici vasitələr, başqa mikrob- ların antaqonizmidir. 

İnfeksion xəstəliklər qeyri-infeksion xəstəliklərdən yoluxuculuq, etioloji 

agentin spesifikliyi və xəstəlik prose¬sində immunitetin yaranması kimi 

əsaslı xüsusiyyətlərlə fərqlənir. 

downloaded from KitabYurdu.org




296 

 

Törədici mikrobun orqanizmə daxil olduğu andan xəstəlik simptomlarmm 



klinik təzahiirünədək müəyyən vaxt keçir. Buna inkubasiya dövrü (gizli 

dövr) deyilir. Onun müddəti müxtəlif ola bilər. Bəzi xəstəliklərdə (qrip, 

botulizm) inkubasiya dövrü bir neçə saat, digər xəstəlik¬lərdə (quduzluq, 

virus  hepatiti)  isə  bir  neçə  həftə,  hətta  ay  olur.  Əksər  infeksion 

xəstəliklərin inkubasiya dövrü 1-3 həftədir. 

İnkubasiya  dövrünün  başlanğıcında  orqanizmdə  fizioloji  funksiyalar 

dəyişilir.  Bu  dəyişikliklər  müəyyən  səviyyəyə  çatanda,  klinik 

simptomlarla  ifadə  olunur.  Xəstəliyin  ilk  klinik  əlamətlərinin  meydana 

çıxması  ilə  onun  prodromal,  yaxud  xəbərverici  dövrü  («müjdəçi 

əlamətlər»  dövrü)  başlanır.  Onun  simptomları  (kefsizlik,  başağrısı, 

əzginlik,  yuxunun  pozulması,  iştahanın  azal¬ması,  bəzən  bədən 

temperaturunun azacıq yüksəlməsi) bir çox infeksion xəstəliklərə xasdır. 

Buna  görə  də  həmin  dövrdə  diaqnoz  qoymaq  çox  çətin  olur.  İnfeksion 

xəstəliklərin çoxunda prodroıpal dövr 1-3 gün çəkir. 

Simptomlarm artması dövrü adətən, 2-4 gündən artıq çəkmir. Xəstəliyin 

tam inkişaf dövrü - bir neçə gündən (qızılca, qrip), bir neçə həftəyə qədər 

(qarın yatalağı, viruslu hepatit, brusellyoz) olur. Həmin dövrdə bu və ya 

digər infeksion forma üçün səciyyəvi simptomlar daha aydın təzahür edir. 

Xəstəlik  nəticəsində  pozulmuş  bütün  funksiyalar  bərpa  olduqda  xəstə 

tamam sağalır, qalıq təzahürlər sax¬landıqda isə sağalma natamam olur. 

infeksion  xəstəliklərin  müalicəsi  kompleks,  etioloji  və  patogenetik 

baxımdan  əsaslı,  orqanizmin  vəziyyəti,  xəstə¬liyin  ağırlığı  və  fazaları 

nəzərə alınmaqla fərdi olmalıdır. 

Kompleks terapiya zamanı infeksion xəstəliklərin inkişafında iştirak edən 

bütün amillər nəzərə alınır. Törə¬dici mikrobun aktivliyini azaltmaq və 

toksinlərini  neytral¬laşdırmaq,  orqanizmin  infeksiya  ilə  mübarizədə 

qoruyucu qüvvələrini artırmaq və pozulmuş daxili mühitin bərpasm- dan 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə