S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə88/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   84   85   86   87   88   89   90   91   ...   153

286 

 

Mikroorqanizmlərin əksəriyyətinin bitki, heyvan və insan kimi tənəffüs 



üçün sərbəst oksigenə ehtiyacı vardır. 

Sərbəst  oksigenin  iştirakı  olmadan  tənəffüs  edən  mikroorqanizmlər 

anaerob  adlanır.  İlk  dəfə  belə  mikrobları  L.Paster  öyrənmişdir.  Onlar 

anaerob  tənəffüsə  o  qədər  uyğunlaşırlar  ki,  oksigenli  mühit  onlar  üçün 

zəhər  kimi  qəbul  olunur  (məsələn,  tetanus,  botulizm  çöpləri).  Elə 

mikroblar da vardır ki, həm oksigenli, həm də oksigensiz mühitdə tənəffüs 

edirlər. Bunlar fakültativ (şərti) anaeroblar adlanır. Patogen mikrobların 

əksəriyyəti bu qrupa daxildir. 

Anaerob  mikroblar  başlıca  olaraq  azotsuz  üzvi  maddələri 

(karbohidratları)  parçalayaraq  cürbəcür  məhsul¬ların  əmələ  gəlməsinə 

səbəb  olur.  Bu  hadisəyə  qıcqırma  deyilir.  Qıcqırmadan  yeyinti 

sənayesində, eləcə də başqa 

sənaye sahələrində geniş istifadə olunur. Həmin proseslərin 

hamısında  sərbəst  enerji  ayrılır  ki,  bundan  mikroorqanizm  öz  həyat 



fəaliyyətində istifadə edir. 

Mikrobların inkişafı və çoxalması. Mikroblar əlverişli  

  

Eşitmə analizatoru 



I - 1 -qulaq seyvanı; 2-xarici qulaq keçəcəyi; 

3-təbil pərdəsi; 4-orta qulaq; 

  

II - 1) reseptorlar; 2) eşitmə siniri; 3) eşitmə nahiyəsi  



  

downloaded from KitabYurdu.org




287 

 

16 



15 

14 


13 

Dərinin quruluşu 



I-epidermis  qatı;  II-xüsusi  qat;  III-dərialtı  qat  1-dəri  arteriyası;  2-tək 



axacaqları;  3-dəri  məməciyi;  4-tük;  5-ölməkdə  olan  epidermis;  6-

inkişafda olan epidermis; 7-reseptor; 8-taktil hissəsi; 9-piy vəziləri; 10-

birləşdirici  toxuma  lifləri;  11-tük  soğanağmı  büzən  əzələ;  12-tük 

soğanağı; 13-piy hissəcikləri; 14-hissiyyat hissəsi; 15-tər vəziləri; 16-dəri 

venası  

  

a) 



bitlərin quruluş; 1-pəncəcik hərəkətli caynaqla birlikdə; 2-baldır; 

3-ağız suyu vəzisi; 4-yumurtalıq; 5-Malpigi boruları; 6-traxeyalar; 7-sinir 

düyünü 

b) 


baş  bitinin  erkəyi;  c)  baş  bitinin  yumurtası  (sirkə);  ç)  baş  bitinin 

dişisi; d) paltar bitinin erkəyi; e) paltar bitinin yumurtası (sirkə); ə) qasıq 

biti; f) qasıq bitinin yumurtası. 

  

  



'k 

Qansorucu həşərat 

1-erkək mığmığa; 2-dişi mığmığa; 3-nəm milçəyi; 4-ağcaqanad; 5-böyük 

boz göyün; 6-erkək hünü; 7-dişi hünü.  

mühitə düşdükdə inkişaf edir və çoxalmağa başlayır. Çoxalmadan qabaq 

mikrobun daxilində müəyyən dəyişik¬liklər gedir. Bunun nəticəsində o, 

downloaded from KitabYurdu.org



288 

 

bölünməyə hazırlanır, həcmi böyüyür. Mikroblar aləmi müxtəlif olduğu 



kimi, onların çoxalması da bir-birindən fərqlənir. 

Bakteriyalar sadə bölünmə yolu ilə çoxalır. Onlar hər 20-30 dəqiqədən bir 

8 şəklində bölünürlər. Bu sürətlə bakteriyaların artması davam edərsə, beş 

gündə onlar bütün su hövzələrini doldura bilər. Lakin belə hallar olmur. 

Çünki onların çoxalmasına həmişə əlverişli şərait yaranmır, eyni zamanda 

onların çoxalmasına, inkişafına mane olan amillər çoxdur. Onlar sürətlə 

artdıqları kimi, sürətlə də tələf olurlar. Mikrobları süni surətdə artırdıqda 

bir neçə dövr keçirirlər.'Birinci dövrdə mühitə uyğunlaşma prosesi gedir, 

ikinci dövrdə həndəsi silsilə üzrə çoxalma gedir. Üçüncü dövrdə sürətlə 

çoxalmış  mikroblarm  məhv olması,  çoxalması, böyüməsi  paralel gedir. 

Bu dövr bir neçə günə qədər davam edir. Dördüncü dövr qocalma və ya 

sürətlə  məhvolma  dövrü  adlanır.  Bu  dövrdə  mühitin  əlverişsizliyinin 

artması ilə əlaqədar mikroblar məhv olmağa başlayırlar. 

Bölünmədən  başqa,  mikroblar  sporlanma,  tumur-  cuqlanma,  cinsi  yolla 

da çoxala bilirlər. Belə ki, göbələklər lumurcuqlanma, sporlanma, həm də 

cinsi yolla çoxalırlar. Cinsi yolla çoxalma ibtidailərə də xasdır. 

Çoxalma zamanı mikroblar bir sıra məhsullar əmələ gətirirlər ki, bunlara 

mikrob  ifrazatı  deyilir,  ifrazatlar  zəhərli  və  zəhərsiz  olmaqla  iki  yerə 

bölünür.  Zəhərli  ifrazat  toksin  adlanır.  Bunlara  ekzo  və  endotoksinlər 

aiddir. Ekzotoksinli mikroblarda toksin xaricə çıxır ki, belə bakteriyalara 

toksigen  bakteriyalar  deyilir.  Bunlara  misal  olaraq  qanqrena,  botulizm, 

tetanus, difteriya və skarlatina törədən mikrobları göstərmək olar. 

Patogen mikroblann bir çoxu endotoksinli mikroblardır. 

Aseptika və antiseptika 

Tibbdə  çoxdan  məlumdur  ki,  irinli  iltihab  prosesləri  xəstəni  əhatə  edən 

əşyalardan,  havadan,  yara  ilə  təmasda  olan  ləvazimatlardan  və  başqa 

mənbələrdən həmin nahi¬yəyə düşmüş bakteriyaların fəaliyyəti sayəsində 

downloaded from KitabYurdu.org




289 

 

törənir.  Elmə  məlumdur  ki,  irinləməni  əmələ  gətirən  irintörədici 



mikroorqanizmlərdir.  Belə  bakteriyalara  stafilokokklar,  streptokokklar, 

pnevmokokklar, qonokokklar, bağırsaq çöpü, qarm yatalağı çöpü, göy irin 

çöpləri və s. aiddir. 

Orqanizm  mikroblarla  ekzogen  (xarici  mühitdən)  və  ya  endogen 

(daxildən) yolla yoluxa bilər. 

Aseptika - orqanizmə və ya yaraya mikrobların düş¬məsinin qarşısını alan 

tədbirlər kompleksidir. Bunun üçün tibbi alətlərin sterilliyi əsas götürülür. 

Burada  bir  çox  üsullardan  istifadə  edilir.  Lakin  yara  ilə  təmasda  olan 

materialların  xammalının  xüsusiyyətindən  asılı  olaraq,  fiziki  üsullara 

daha  çox  üstünlük  verilir,  qaynatma,  isti  buxar,  yüksək  və  ya  aşağı 

temperaturdan istifadə edilir. 

Bu  tədbirlərə  palatalarıh  və  operasiya  otaqlarının  havasının,  divar, 

döşəmə və tavanın təmiz saxlanması, xəstələrlə təmasda olan həkim və 

tibb  işçilərinin  təmizliyi,  eləcə  də  operasiya  əlcəklərinin,  alətlərin 

sterilizasiya edilməsi, sarğı materiallarının, şpris və iynələrin sterilizasi- 

yası  və  s. aiddir.  Yaraları təmizləyərkən tənzifdən sarğı  materialı, bint, 

tampon,  salfet  və  s.  istifadə  edilir,  irinli  sahələri  təmizlədikdən  sonra 

tənzif, salfet, kürəcik, bint və tamponlar mütləq yandırılmalıdır. 

Tibbdə iki növ pambıq işlənir: ağ və boz. Ağ pambıq mayeni yaxşı sorur, 

boz  pambıq  isə  mayeni  sormur.  Pambıq  mütləq  sterilizə  olunmalıdır. 

Onlar  əsasən  avto-  klavda,  xüsusi  metal  qutularda  sterilizə  edilir.  Bu, 

buxarla  sterilizasiyaya  əsaslanır.  Tikiş  materiallarını  əsasən  müxtə¬lif 

kimyəvi  məhlullarda,  metal  alətləri,  şüşə  və  rezin  məmu¬latları  isə 

qaynatmaqla  sterilizasiya  edirlər.  Bu  alətlər  xüsusi  sterilizatorlarda 

sterilizə edilir. Metal alətlər sökülüb 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə