S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə84/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   80   81   82   83   84   85   86   87   ...   153

274 

 

heteroallergiya da yaranmasına və əlamətlərinə görə allergiyaya oxşayan, 



amma immunogen mərhələnin olmaması ilə fərqlənən reaksiyalardır. 

Allergiyanın müəyyənləşdirilməsi. Xəstəliyin əlamət¬ləri qırmızı ləkələr, 

düyüncüklər,  sudurcuqlar  və  s.  ola  bilər.  Səpgilərin  başlanması, 

davametmə müddəti, artması xüsusiyyətləri böyük rol oynayır. 

Allergik  xəstəlikləri  müəyyənləşdirmək  üçün  xəstənin  mədə-bağırsaq 

orqanlarının  vəziyyəti  öyrənilməlidir.  Onda  qəbizliyin,  ishalın,  digər 

xronik  mədə-bağırsaq  xəstəliklə¬rinin,  arabir  üşütmə-qızdırmanın, 

başağrısının, xronik lokal infeksion xəstəliklərin (xəstə diş, boğaz ağrısı,  

haymorit, rinit və s.) olması böyük əhəmiyyət kəsb edir. 

Onların müalicəsi aşağıdakı kimi aparılır: 

1. 

Xəstəliyi  törədən  allergen  aşkar  edilir.  Bunu  xüsusi  allerqoloji 



reaksiyalar vasitəsilə həkim edir. 

2. 


Aşkar olunmuş allergen orqanizmdən kənar edilir. Bir daha həmin 

allergenlə təmasda olmaq məsləhət görülmür. 

3. 

Hiposensibilizəedici müalicə, yəni xəstəliyi törədən allergenə qarşı 



orqanizmin həssaslığının azalmasını, zəifləməsini təmin edən müalicə. 

Yuxarıda qeyd edildiyi kimi, gedişinə görə allergik reaksiyaların iki əsas 

növü  ayırd  edilir:  sürətli  allergik  reaksiyalar,  ləng  gedişli  allergik 

reaksiyalar. 

Sürətli allergik reaksiyalar. Bunlara övrə, Kvinke ödemi, anafılaktik şok, 

pollinoz və bir çox digər xəstəliklər aiddir. Bunlar allergenin orqanizmə 

daxil olduğu andan bir neçə dəqiqə sonra özünü büruzə verir. 

m m  ^ ^ 

Ovrə  xalq  arasında  məxmərək  kimi  məlumdur.  Xəstəlik  allergen 

orqanizmə  daxil  olduqdan  bir  neçə  dəqiqə  və  ya  bir  neçə  saat  sonra 

downloaded from KitabYurdu.org



275 

 

başlanır.  Əsasən  gövdə,  qol  və  qıçların  dəri  səthində  tək-tək  səpgilər 



görünür.  Bunlar  mərciməkdən  metro  jetonu  böyüklüyünə  qədər  olur. 

Səthi  açıq  qırmızı  rəngdə  olan  səpgilər  qaşınır.  Bəzi  yerlərdə  onlar 

birləşərək, müxtəlif formalar alır. Qaşınma getdikcə şiddətlənir, suluqlar 

bütün  bədəni  tutur.  Xəstəlik  birdən-birə  sakitləşir,  qaşınma  dayanır, 

suluqlar heç bir iz qoymadan keçir. Bir neçə saatdan və ya bir neçə gündən 

sonra  müəyyən  bir  qidanın  qəbulun¬dan  sonra  xəstəliyin  əlamətləri 

əvvəlki kimi şiddətlənir. Yenə çəkilir, yenidən baş verir. Beləliklə, xəstəni 

əsəbiləşdirir, yuxusuzluq ona əzab verir. 

Dərman allergiyası nəticəsində bəzi şəxslərdə Kvinke ödemi də müşahidə 

olunur.  Xəstəlik  dərinin  məhdud  bir  nahiyəsində  (göz  qapağında, 

dodaqda, yanaqda, dildə, qırtlaqda və başqa orqanlarda) nəhəng ödemin - 

şişkin- liyin əmələ gəlməsi ilə xarakterizə olunur. 

Övrə  və  Kvinke  ödemi  ilə  xəstələnən  şəxslər  həkim  nəzarəti  altında 

müalicə olunmalıdırlar. Mədə-bağırsaq 

təcili  təmizlənməlidir,  2-3  günlük  aclıqla  müalicə  yaxşı  nəticə  verir. 

Həmin  günlərdə  xəstə  yemək  yemir,  mineral  su  və  açıq  rəngli  çay  içə 

bilər. Allergenlər orqanizmdən çıxarıldıqdan sonra xəstələr qıcıqlandırıcı 

olmayan qidalar qəbul etməyə başlayırlar. Lakin belə xəstəliklər tez-tez 

qayıda  bilər.  Ona  görə  də  xəstəliklər  orqanizmin  uzunmüd¬dətli 

möhkəmləndirilməsi istiqamətində müalicə edilməlidir. 

Anafilaksiya (yunanca ana - inkar bildirən önşəkilçi; filaksis - müdafiə) 

bədənə  parenteral  yolla  yeridilmiş  hər  hansı  yad  zülala  (anafılaktogen) 

qarşı orqanizmdə əmələ gələn yüksəlmiş həssaslıq vəziyyəti olub, sürətli 

allergik reaksiyalara aiddir. 

Anafilaksiyanı  ilk  dəfə  fransız  alimləri  Portye  və  Rişe  (1902)  itlər 

üzərində,  Q.P.Saxarov  (1905)  dəniz  donuzların¬da  müşahidə  etmişlər. 

1912-ci ildə A.M.Bezredka bu reaksiyanı anafılaktik şok adlandırmışdır. 

downloaded from KitabYurdu.org




276 

 

Anafilaksiya  reaksiyası  ümumi  (anafilaktik  şok)  və  yerli  (Overi 



fenome¬ni  və  s.)  ola  bilər.  İnsanda  və  bütün  istiqanlı  heyvanlarda 

müşahidə edilən anafilaksiyanm inkişafında 3 mərhələ ayırd edilir: 

1) 

sensibilizasiya; 



2) 

şok (həlledici mərhələ); 

3) 

desensibilizasiya. 



Eksperimentdə  anafilaktik  şok  çox  vaxt  dəniz  donuzlarında  yaradılır. 

Aktiv  sensibilizasiya  törətmək  üçün  heyvanın  dərisi  altına  10~6ml-dək 

sağlam at qanı serumu yeridilir. 10-14 gündən sonra onun orqanizminin 

allergenə  qarşı  həssaslığı  ən  yüksək  səviyyəyə  çatır  (at  serumunun 

antigenlərinə qarşı antitellər əmələ gəlir). Passiv sensibi¬lizasiya sağlam 

dəniz donuzunun qan dövranına aktiv sensibilizasiya törədilmiş başqa bir 

heyvanın  qan  serumu-  '  nu  yeritməklə  əmələ  gətirilir.  Bu  halda  dəniz 

donuzunda yüksək həssaslıq xeyli tez (1 - 24 saatdan sonra) yaranır. 

Anafilaksiyanm  ikinci  mərhələsi  sensibilizasiya  olun¬muş  heyvana 

antigenin  (anafilaktogenin)  həlledici  dozasını  (sensibilizasiyaedici 

dozadan 10 dəfə yüksək) yeritməklə 

əmələ  gətirilir.  Dəniz  donuzunda  həlledici  dozanı  yerit¬dikdən  30-60 

saniyə sonra şokun ilk əlamətləri aşkar olur: heyvan narahat olur, tükləri 

pırpızlaşır, burnunu və gözlərini cırmaqlayır, təngnəfəslik, qıdıq, qeyri-

iradi sidik və nəcis ifrazı müşahidə edilir. Heyvan getdikcə müvazinətini 

itirir, yanı üstə yıxılır, təngnəfəslik artır. Inyeksiyadan 5-10 dəqiqə sonra 

tənəffüs mərkəzinin iflicindən ölür. 

Anafılaktik  şokdan  ölmüş  dəniz  donuzunu  yardıqda,  emfızem  ocaqları, 

ağciyərlərin  atelektazı,  həmçinin  ürəkdə,  qaraciyərdə,  dalaqda  qan 

durğunluğu müşahidə edilir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə