262
İnsan orqanizmində bu funksiyanı yerinə yetirən timus
vəzi, sümük iliyi, limfa düyünləri, dalaq, qaraciyər və s.
orqanlardır. İmmun sistemin mühüm hüceyrələri limfosit-
lər, makrofaqlar və monositlərdir. Sinir sisteminin hücey-
• • «
rələri də QIÇS törədicilərinə qarşı çox həssasdır. IIÇV bilavasitə
qaraciyər, ürək, sümük və başqa orqanların hüceyrələrini zədələyir
QİÇS virusu seçici surətdə xüsusən T - limfositləri zədələdiyindən, onlar
orqanizmi xarici və daxili düşmən¬lərdən - infeksion xəstəlik
törədicilərindən qorumaq funksiyasını yerinə yetirə bilmir. Nəticədə adi
halda insan orqanizmi üçün təhlükəli olmayan mikroorqanizmlər ölümlə
nəticələnən infeksiyaların inkişafına səbəb olur. Eləcə də pozulmuş
immun sistem fonunda bədxassəli şiş hüceyrələri zərərsizləşdirilmir və
sürətlə artıb çoxalır ki, bu da təhlükəli bədxassəli şişlərin artmasına səbəb
olur.
QIÇS-lə yoluxmuş bir çox şəxslər qısa müddət ərzində xəstələnir və
ölürlər. Digərləri isə uzun illər virusgəzdirici kimi yaşayırlar. QİÇS virusu
ilə yoluxduq-dan sonra inkubasiya dövrü (gizli dövr) 3-6 həftə çəkir.
Sonra xəstəliyin kəskin mərhələsi başlanır. Xəstəliyin əsas əlamətləri:
titrətmə, angina, limfa düyünlərinin böyüməsi, dəridə səpgilər və s.-dir.
Sonra əlamətlər keçib gedir, xəstə virusgəzdirici kimi sağlam adamlardan
seçilmir. Növbəti mərhələdə boyun, qoltuqaltı, dirsək və s. limfa
düyünlə¬rinin böyüməsi, bəzi xəstələrdə titrətmə ola bilər. Sonrakı
mərhələdə isə xəstəliyə aid olmayan əlamətlər özünü büruzə verir:
qızdırma, çox arıqlama, ümumi zəiflik, iş qabiliyyəti¬nin və yuxunun
pozulması və s. QİÇS ikincili infeksiyalar və bədxassəli şişlərlə müşayiət
olunur və ölümə səbəb olur.
downloaded from KitabYurdu.org
263
Göstərilən əlamətlər hər bir şəxsi IIÇV infeksiyasmdan şübhələnməyə və
müayinəyə vadar etməlidir.
Hazırda malyariyaya, şəkərli diabetə, hepatitə, vərəmə və s. tutulmuş,
onkoloji xəstəliyi olan, həmçinin 1 aydan artıq temperaturu düşməyən,
ishalı dayanmayan və s. xəstələrin hamısını QİÇS-ə görə müayinə etmək
vacib hesab olunur.
Həm xəstə, həm də müalicə edən həkim üçün QİÇS insana ölüm gətirən
çoxbaşlı əjdahadır. Lakin diaqnoz vaxtında qoyularsa, bu təhlükəli
xəstəliyin inkişafını dayandırmaq mümkündür. Bu sahədə ən ümidverici
və güclü dərman preparatı azidotimidin (AZT) sayılır. Lakin dərmanla
müalicə həkim nəzarəti altında olmalıdır. Özünü- müalicədən söhbət belə
gedə bilməz.
Özünü lazımi qaydada aparan və İİÇV infeksiyasıııı yaymayan xəstələri
cəmiyyətdən izolə etməyə ehtiyac yoxdur, qəsdən digər şəxsləri'
yoluxduraıılar isə cinayət məsuliyyətinə cəlb olunurlar. Hələ QIÇS-in
proflaktikasm-
da
effektli
peyvənd
tapılmamışdır. Xəstəliyin
profilaktikası onun törədicilərinə və yayıcılarına qarşı ciddi mübarizə
tədbirlərindən ibarətdir.
Respublikamızda QIÇS-lə mərkəzləşdirilmiş şəkildə mübarizə məqsədilə
Respublika SPİD-lə mübarizə və prollaktika mərkəzi bir sıra tədbirlər
həyata keçirir. Mərkəzin nəzdində anonim müayinə kabineti fəaliyyət
göstərir. Bundan başqa, bir çox xəstəxana və poliklinika¬larda da belə
şö'bələr təşkil edilmişdir.
QİÇS-ə görə öz pasport məlumatlarını bildirməklə respublikanın istənilən
şəhər və rayonlarında diaqnostik laboratoriyası olan və QİÇS-i müəyyən
etmək üçün müayinə aparılan müalicə - profilaktika müəssisələrində
müayinə olunmaq mümkündür.
downloaded from KitabYurdu.org
264
Bakı şəhərində SPİD-lə mübarizə və profilaktika mərkəzinin anonim
kabinetində (Ə.Qurbanov küç. 6, kab.
-Ng 1) anonim, yəni pasport məlumatlarım bildirmədən müayinədən
keçmək olar. Burada həm də həkimdən, mütəxəssislərdən QIÇS
probleminə aid bütün suallara cavab və məsləhət almaq mümkündür.
Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə yaxın illərdə İİÇV ilə
yoluxmuşların sayı 30-40 milyona çatacaq və 8 ildə bu rəqəm 3-4 dəfə
artacaqdır. Bu da hər il milyondan yuxarı adamın QİÇS diaqnozu ilə
ölümü deməkdir. Buradan xəstəliklə mübarizənin nə qədər zəruri olduğu
aşkardır. Ümumdünya Səhiyyə Təşkilatı 1988-ci ildən dekabrın birini
«Ümumdünya QİÇS-lə mübarizə günü» elan etmişdir. Hər bir ölkədə
xəstəliyin qarşısının alınmasına yönəldilmiş sanitariya maarifi işi,
konfrans, seminar və digər tədbirlər keçirilməlidir.
Milli adət-ənənə lərimiz, dini qaydalarımız xəstəliyin xeyli müddət
qarşısını ala bilmişdi. Lakin müasir gənclə¬rimizin bu adət-ənənələri
unutması, respublikamıza xarici vətəndaşların axını və s. xəstəliklə
mübarizəyə daha ciddi yanaşılmam tələb edir.
Allergiya və autoallergiya
Allergiya (yun. «allos» - başqa, özgə; «erqon» - iş, fəaliyyət, təsir) -
orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş
reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona
qarşı antitellər (əks- cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen
deyilir. Allergiya törədən antigenlər allergen adlanır.
Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin
səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər.
Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratm,
Qalenin vaxtından məlumdur. 1819- cu ildə ilk dəfə ingilis alimi Con
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |