258
sianoz, soyuq tər, ali sinir fəaliy-yətinin ləngiməsi (bəzən huş yüngül
dərəcədə pozulur) aiddir.
Etiologiyasma görə kollapsm aşağıdakı növləri vardır:
1.
Hemorragik kollaps - şiddətli qanitirmə nəticəsində törənir. Bu
zaman kəskin posthemorragik anemiya da inkişaf edir.
2.
Toksiko-infeksion kollaps - törədicilərinin endotok- sini olan
infeksion xəstəliklər (krupoz pnevmoniya, qida toksikoinfeksiyaları və s.)
zamanı müşahidə edilir.
Mikroorqanizmlər məhv olarkən, çoxlu miqdarda azad olan endotoksinlər
damar divarına iflicedici təsir göstərərək, kollaps törədir.
3.
Pankreatik kollaps - mədəaltı vəzi toxumasının dağılmasına səbəb
olan qarın travması və kəskin pankreatit zamanı mədəaltı vəzi şirəsinin
proteolitik fermentlərinin damar yatağına keçməsi nəticəsində törənir. Bu
fermentlər damarın divarının zədələnməsinə və tonusunun azalmasına
səbəb olur.
4.
Ortostatik kollaps - yataq rejimindən sonra qəflətən üfüqi
vəziyyətdən şaquli vəziyyətə keçərkən müşahidə edilir. Həmin müddət
ərzində damar tonusu o qədər azalmış olur ki, şaquli vəziyyət alarkən,
atoniya nəticəsində qan bədənin
' aşağı hissəsinə keçir və beyində qanazlığı törənir. Qan təzyiqi aşağı olan
şəxslər hətta səhər yataqdan sürətlə qalxdıqda da həmin vəziyyətə düşə
bilərlər.
5.
Anoksik (hipoksik) kollaps - nəfəslə alman havada oksigenin parsial
təzyiqi sürətlə azaldıqda, oksigen aclığı nəticəsində damar divarının saya
əzələlərinin tonusu azalır ki, bu da kollapsa səbəb olur.
Hər hansı etiologiyalı kollapsın müalicəsi zamanı ilk növbədə arterial
təzyiqi yüksəltmək, dövr edən qanın miqdarını artırmaq və hipoksiyanı
downloaded from KitabYurdu.org
259
aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Bu məqsədlə qan və ya qanı
əvəz edən məhlullar köçürülür, kortikoid hormonlar, katexo- laminləı və
-ya angiotenzin yeridilir, tərkibində çoxlu oksigen və karbon qazı olan qaz
qarışıqları ilə inhalyasiya tətbiq edilir. Narkoz və yerli ağrısızlaşdırma
istisna olmaqla qalan müalicə tədbirləri şokdakı kimidir.
XVI. İMMUN SİSTEMİN PATOLOGİYASI
Immun çatışmazlığı
Orqanizmin mühüm mühafizə reaksiyası olan immuni¬tetin əsasını
immunokompetent sistem (limfoid toxuma) təşkil edir. Təbiidir ki, bu
sistemin hər hansı qüsuru imımın proseslərinin pozulmasına səbəb olacaq.
İmımın çatışmazlığı orqanizmin xəstəliklərə qarşı müqavimətini zəiflədir.
Belə şəxslər tez-tez xəstələnir və xəstəliyi ağır keçirirlər.
İmmun çaışmazlığı anadangəlmə (ilkin) və qazanılma (ikincili) olur.
Anadangəlmə immun çatışmazlığı olan uşaqlar tez-tez infeksion
xəstəlikərə tutulurlar, onların fiziki inkişafı ləngiyir, kiçik yaşda infeksion
xəstəliklərdən və ya bədxassəli şişlərdən tələf olurlar.
Anadangəlmə immun çatışmazlığı sindromları üç qrupa bölünür:
1.
Hüceyrəvi immunitet çatışmazlığı (axondroplaziya, timusun inkişaf
etməməsi və s.).
2.
Humoral immunitet çatışmazlığı (X xromosomu ilə əlaqədar olan
aqammaqlobulinemiya, immunoqlobulinlə- rin ayrı-ayrı növlərinin
çatışmazlığı).
3.
Qarışıq
immunitet
çatışmazlığı
(İsveçrə
tipli
aqammaqlobulinemiya, ataksiya-teleangiekaziya).
Qazanılma immun çatışmazlığı iki növ olur:
downloaded from KitabYurdu.org
260
1.
Birincili, yəni bilavasitə immunokompetent sistemi zədələyən
amillərin törətdiyi immun çatışmazlığı sindromu
(QİÇS).
2.
ikincili, yəni bəzi xəstəliklər (leykoz, limfoqranulo- matoz,
limfosarkoma və s.) nəticəsində və ya bəzi müalicə üsulları (şüa
müalicəsi, kortikosteroidlər və immunodepres- santlarla müalicə, timusun
çıxarılması və s.) ilə əlaqədar törənən immun çatışmazlığı.
Qazanılmış immun çatışmazlığı sindromu
Hazırda bütün bəşəriyyəti narahat edən problem¬lərdən biri də hər yerdə
“SPİD” adlandırdığımız qazanıl-
255
mış immun çatışmazlığı sindromu - QİÇS-lə mübarizədir. Bu qorxulu
xəstəliyi virus törədir. Xəstəliyin beynəlxalq işarəsi AİDS-dir.
İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə
malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Elə buna görə
alimlərin əksəriyyəti bütün xəstəliyi “İİÇV (insanın immun çatışmazlığı
virusu) infeksiyası” termini ilə ifadə etməyi vacib sayır. QİÇS
epidemiyasını pandemiya adlandırmağa başlayıblar ki, bu da əslində
infeksiyamn bütün yer kürəsinə yayıldığını göstərir. Son zamanlar
xəstəlik daha intensiv yayılaraq, epidemioloji mərkəz artıq Asiyada
yerləşmək ərəfəsindədir.
Bu bizi daha çox narahat etməlidir.
• •
ilk vaxtlar belə hesab edirdilər ki, QIÇS xəstəliyinə əsasən qeyri-normal
cinsi həyat tərzi keçirənlər tutulurlar. Lakin sonra bu xəstəliklər
narkomanlarda, hətta uşaqlarda da aşkar edildi. Odur ki, bu sağalmaz
downloaded from KitabYurdu.org
261
bəlanın səbəblərini araşdırmaq aktual problemə çevrildi. Müəyyən edildi
ki, QİÇS sağlam adama virusla,yoluxur və ya xəstədən üç yolla keçə bilər:
1) cinsi əlaqə zamanı, 2) qan və ya onun preparatları ilə, 3) hamilə qadının
qanı ilə uşağa.
QİÇS törədicisinin müxtəlif konsentrasiyalarda orqanizmin bütün
mayelərində (sperma, uşaqlıq boynu ifrazatı, qan plazması, beyin-onurğa
beyni mayesi, gözyaşı, ağız suyu, sidik, qadın südü) tapılmışdır. Lakin
xəstəliyin bunlardan hansı ilə yoluxması məsələsi -mübahisəlidir.
Xəstələnmə kimlərdə daha güclü ehtimala malikdir? İlk növbədə təsadüfi
şəxslərlə çoxsaylı cinsi əlaqədə olanlar həm xəstələnir və həm də xəstəliyi
yayırlar. İkincisi, xarici vətəndaşlarla cinsi əlaqəyə girən qadınlar,
üçüncüsü, narkomanlar, dördüncüsü, donar qanından istifadə edən
xəstələr və nəhayət, biz hamımız yəni QIÇS-in nə olduğunu və qorunma
tədbirlərini bilməyənlər və ya bilib əməl etməyənlər.
Seksual kontaktları olmayan, eləcə də normal sağlam cinsi həyat tərzi
keçirən və bir cinsi partnyoru olan,
intim həyatda qarşılıqlı sədaqəti qoruyan şəxslər QİÇS
xəstəliyindən xeyli qorunmuş olur. Xəstəliyin yoluxma
yollarını və onlardan qorunma tədbirlərini bilən, əməl edən
»
şəxslər də QIÇS virusları ilə yoluxmurlar.
QİÇS insanın immun sistemini parçalayan infeksion
xəstəlikdir. İmmun sistem orqanizmin müxtəlif infeksion
xəstəlik törədicilərindən və yad maddələrdən müdafiəsini
təmin edən reaksiya və mexanizmlərinin məcmusudur.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |