249
Şok zamanı bütün daxili orqanların fəaliyyəti pozu¬lur. Ağciyərlərin və
böyrəklərin funksiyalarının pozulması şokun patogenezində mühüm rol
oynayır.
Şokun müalicəsinə mümkün qədər tez başlamaq lazımdır. Müalicənin
prinsipləri hər bir konkret təsadüfdə klinik mənzərədən asılı olsa da,
ağrının törətdiyi hər hansı etiologiyalı şok zamanı vacib olan ümumi
tədbirlər də
•
vardır.
ilk növbədə patoloji impulslarm qarşısını almaq lazımdır ki, bu məqsədlə
də ümumi narkoz, travmatik şok zamanı travma nahiyəsində novokain
blokadası tətbiq edilir. Qan dövranının və tənəffüsün pozulmasının
qarşısını almaq üçün qan və ya şok əleyhinə mayelər köçürülür, tərkibində
çoxlu oksigen (hipoksiyanı aradan qaldırmaq üçün) və karbon qazı
(tənəffüs mərkəzini stimulyasiya etmək üçün) olan qaz qarışıqları ilə
inhalyasiya edilir; lobelin, sititon, kofein və s. dərmanlar işlədilir.
Xəstəni isindirmək və xarici qıcıqlardan maksimal dərəcədə qorumaq
lazımdır.
Şokun ayrı-ayrı növlərinin öz xüsusiyyətləri də vardır.
Yanıq şoku zamanı şiddətli ağrı nəticəsində erektil mərhələ olduqca
qısadır, torpid mərhələ isə çox ağır gedir.
•
Xəstə çox maye itirir, qanı şokun digər formalarına nisbətən daha
çox qatılaşır. Odur ki, qan yox, plazma və ya fizioloji məhlul köçürmək
lazımdır. Geniş yara səthin¬dən toxumaların dağılması məhsulları
sorulub, intoksika- siya törətdiyindən, dezintoksikasiya tədbirləri
görülməlidir (tərkibində qlükoza, vitaminlər olan çoxlu miqdarda maye
yeridilməsi, hemodializ, hemosorbsiya). Yara səthinin infeksiya qapısı
olduğunu nəzərə alaraq, antibakterial terapiya aparmaq lazımdır.
downloaded from KitabYurdu.org
250
Elektroşok zamanı elektrik cərəyanı başdan və ya döş qəfəsindən
keçmişsə, ürəyin qapalı masajı və süni tənəffüs tətbiq edilir.
Miokardın geniş infarktı zamanı törənən kardiogen şok təsadüflərinin 80
- 90%-i ölümlə nəticələnir. Şokun bu formasında ilk növbədə ağrını
aradan
qaldırmaq,
həmçinin
miokardm
ödcminə
(venaya
qlükokortikoidlər yeridilməsi) və kollapsa (diuretiklərin tətbiqi) qarşı
tədbirlər görmək lazımdır. Hemotransfuzion şok xəstəyə uyğun olmayan
qan köçürdükdə törənir. Eritrositlərin hemolizinin məhsul¬ları, xüsusən.
böyrəkləri zədələyir. Hətta şokdan çıxmış xəstə daha sonra böyrək
çatışmazlığından ölə bilər. Odur ki, müalicə kompleksinə mütləq
hemodializ və hemosorb- siya daxil edilməlidir.
Stress
#
Stress (ingiliscə stress - gərginlik) - güclü zədələyici amilin təsirindən
törənib, orqanizmin həmin amilə qarşı müqavimət göstərməsinə və ya ona
uyğunlaşmasına
yönəlmiş
mühafizə
xarakterli
qeyri-spesifik
reaksiyalarının məcmusudur.
Stress anlayışının müəllifi, Kanada alimi H.Selye hipofiz - böyrəküstü
vəzi sistemini orqanizmin hər hansı fövqəladə təsirlərə qarşı
adaptasiyasını təmin edən mexanizm hesab edirdi.
Doğrudan da, ən müxtəlif xəstəliklər zamanı bir sıra oxşar qeyri-spesifik
simptomlar müşahidə edilir. Hansı amilin törətməsindən asılı olmayaraq,
orqanizmdə həddən artıq gərginlik hallarının hamısında hipofizin
adrenokorti- kotrop hormonunun və bunun təsirindən böyrəküstü •
vəzilərin qabıq maddəsinin kortikoid hormonlarının sekresiyası artır.
Kortikoidlər həzm sisteminə, damarlara, böyrəklərə, timusa, qana,
oynaqlara və s. təsir göstərir; timusun involyusiyası (geriyə inkişafı),
limfopeniya, həzm yolu boyunca nöqtəvi qansızmalar və s. törənir.
downloaded from KitabYurdu.org
251
Kortiko- idlərin bir qismi iltihab üçün şərait yaradır (mineralo-
kortikoidlər), digər qismi isə iltihab əleyhinə təsir göstərir
(qlükokortikoidlər). Bunlardan hansılarının üstünlük təşkil etməsindən
asılı olaraq, toxumalar qıcığa qarşı cavab verməyə hazır vəziyyətə gəlir
və ya onların reaktiv xassələri
zəifləyir. Patogen amilin hansı patoloji prosesi törətməsi və • mühafizə -
adaptasiya reaksiyaları komplekslərindən hansılarını aktivləşdirməsi də
bundan asılıdır.
Funksiyaların belə yenidənqurulması bütün orqanizmi əhatə edirsə,
ümumi adaptasiya sindromu, yerli xarakter daşıyırsa, yerli adaptasiya
sindromu adlanır.
Beləliklə, stressorlar, yəni fövqəladə qıcıqlar orqa¬nizmdə ümumi
adaptasiya sindromu və ya stress halı törədir ki, bunun da aşağıdakı
mərhələləri vardır:
I.
Həyəcan mərhələsi - stressorun təsiri altında adrenokortikotrop
hormonun və bunun təsirindən korti- koidlərin sekresiyası artır.
Bu mərhələ 2 fazadan ibarətdir:
1)
şok fazası - arterial təzyiq və bədən temperaturu azalır, kapilyaıiarın
keçiriciliyi artır, mərkəzi sinir sistemində depressiya qeyd edilir,
dissimilyasiya prosesləri
' assimilyasiya proseslərindən üstün olur;
2)
antişok fazası - pozulmuş tarazlığın bərpa edilməsinə yönəlmiş əks
proseslər müşahidə edilir.
Şok əlamətləri üstün olduqda, orqanizm həyəcan mərhələsində məhv olur,
antişok əlamətləri üstünlük təşkil etdikdə isə stressin sonrakı mərhələsi
başlanır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |