243
Seboreya dəri səthində kimyəvi tərkibi dəyişilmiş • piylənmənin artması
xəstəliyidir. Bu vaxt keyfiyyət və kəmiyyət etibarilə dəyişilmiş həddindən
artıq piylənmə şəraitində ağırlaşma əmələ gəlir. Sifətdə komedonlar
(civzə),
sızaqlar görünür, irinli dəri xəstəlikləri, başın tüklü hissəsində
kəpəklənmə, tüklərin seyrəlməsi və dazlıq müşahidə olunur.
Seboreyanm ilk əlamətləri 12 - 14 yaşlı gənclərdə başlanır. Belə hal
adətən 12-20 yaşlı gənclərdə cinsi yetişkənlik dövründə fizioloji hal kimi
təsvir olunur. 20 - 26 yaşına bu səpgilər keçib gedir.
Kəpəklənmə. Duru seboreyalı xəstələrin başının tüklü hissəsində
kəpəklənmə də müşahidə olunur. Bu zədələn¬mənin ilk əlamətləri 12-14
yaşlarında başın tüklü hissəsin¬də piylənmənin artması ilə başlanır.
Tədricən kəpəklənmə artır, 16-20 yaşında başın bütün tüklü hissəsini
əhatə edir. Bu vaxt başda külli miqdarda kəpəklənmə müşahidə olunur.
Onlar bozumtul-ağ rəngdə kəpəyə bənzəyir, xəstə¬nin saçlarına və
paltarına (çiyinlərinə) tökülür. Xəstələr başın tüklü hissəsində
qaşınmadan və qaşınma nəticəsində sıyrıntıdan şikayət edirlər. Xəstələr
başını yuyandan sonra başın dərisi qızarır, quruyur və dartılır.
Bəzi xəstələrdə 22 - 25 yaşında, adətən, kəpəklənmə qurtarır, lakin ayrı-
ayrı hallarda 35 - 40 yaşadək uzanır.
Seboreyanm profilaktikası. 1. Şirniyyat, şirin qida məhsulları (pirojna,
tort, paxlava, şəkərbura, peçenye, xəmir xörəkləri, ağ çörək və s.) ciddi
məhdudlaşdırılmalıdır.
2.
Yağlı ət xörəkləri (yağlı qoyun və mal əti, toyuq, balıq və s.) də
məhdudlaşdırılmalıdır.
Ət
məhsullarını
soyutma
yemək
məqsədəuyğundur.
downloaded from KitabYurdu.org
244
3.
Qızardılmış, duza, sirkəyə qoyulmuş (xiyar, pomidor, sarımsaq və
s.), konservləşdirilmiş məhsullar da seboreyanm müalicəsində mənfi rol
oynayır.
4.
Spirtli içkilər və papiros çəkmək sobereyanm gedişini xeyli
ağırlaşdırır və müalicəsini çətinləşdirir. Odur ki, seboreyanm müalicə
müddətində bu adətlərdən çəkin¬mək lazımdır.
5.
Süd və süd məhsullarına (kəsmik, süzmə, qatıq, kərə yağı və s.)
üstünlük verilməlidir.
6.
Meyvə, tərəvəz və göyərti çox xeyirlidir.
7.
Qatı seboreyalı şəxslər isə başını ilıq su, uşaq sabunu, yumurta sarısı
ilə yumalıdırlar. Sulsen sabunu, şampun hər iki halda işlətmək olar.
Saçları seyrək daraqla daramaq məsləhətdir.
XV. EKSTREMAL VƏZİYYƏTLƏR
Ekstremal (lat. ekstremus - son, fövqəladə) vəziyyət orqanizmin
uyğunlaşdırıcı mexanizmlərinin həddən artıq ' gərginləşməsi və ya
tükənməsi nəticəsində törənən son dərəcə ağır, çox vaxt həyatla ölüm
arasındakı vəziyyətdir. Ekstremal vəziyyətlərə aid olan şok, stress, koma,
kollaps, bayılma, həmçinin ağrı bir-birindən fərqli klinik mənzərəyə
malik patoloji hallar olsa da, eyni zamanda onların hamı¬sını eyni başlıq
altında birləşdirməyə əsas verən ümumi xüsusiyyətləri vardır. Belə ki,
bütün ekstremal vəziyyətlərdə maddələr mübadiləsində və orqanizmin
funksiyalarında oxşar dəyişikliklər, hipoksiya törənir, hüceyrələrdən qana
çoxlu miqdarda fizioloji aktiv maddələr (histamin, serotonin, kininlər və
s.) keçərək, ümumi və yerli qan dövranını, tənəffüsü pozur. Simpato-
adrenal və hipofiz- böyrəküstü vəzi sistemləri aktivləşir, çox vaxt qüsurlu
dövranlar əmələ gəlir.
Ekstremal vəziyyətlər zamanı xəstəni xilas etmək üçün ' göstərilən
təxirəsalınmaz tibbi yardımın xarakterində oxşarlıq vardır: ilk növbədə
downloaded from KitabYurdu.org
245
hipoksiya, sonra orqanizm üçün bilavasitə təhlükə törədən funksional
pozulmalar, daha sonra ekstremal vəziyyətə səbəb olan amil və qüsurlu
dövranlar aradan qaldırılır.
Ağrı və şok
Ağrı
toxumalarda üzvi və ya funksional dəyişik¬
liklərə səbəb olan zədələyici amillərin törətdiyi mürəkkəb psixofizioloji
vəziyyətdir.
Digər hissiyyatlardan fərqli olaraq, nə ağrını törədən spesifik qıcıq, nə də
qəbul edən xüsusi reseptor yoxdur. Hər hansı qüvvəli qıcıq ağrı törədir və
bütün yalın sinir ucları bu qıcığı qəbul edir.
Ağrı nə qədər əzabverici olub, insan ondan can qurtarmağa çalışsa da,
onun böyük bioloji əhəmiyyəti
vardır. Ağrı orqanizmə təhlükəli amilin təsiri barədə xəbərdarlıq edir,
orqanizmdə həmin amillə mübarizəyə yönəlmiş mühafizə reaksiyalarının
formalaşmasına səbəb olur, xəstəni həkimə getməyə məcbur edir və
həkimə diaqnozu müəyyənləşdirməkdə kömək göstərir.
Odur ki,- həkim gələnədək ağrını aradan qaldırmaq üçün qohum-
qonşunun tövsiyəsi ilə tədbirlər görmək məsləhət deyil. Həm də ağrının
xüsusiyyətlərinə diqqət ' yetirmək lazımdır. Ağrı kəskin, küt, kəsici,
deşici, yandırıcı və s. ola bilər. Səthi və dərin, erkən və gecikmiş, somatik
və visseral ağrı ayırd edilir.
Stenokardiya tutması zamanı ağrı', ürəkdən başqa, sol qolda, kürəkdə,
boyunun və başın sol tərəfində də hiss edilir. Həzm sisteminin
xəstəliklərində ağrı yeməkdən əvvəl və ya sonra, bəzən gecəyarısı,
acqarına ola bilər. Revmatizm və s. zamanı ağrı ilin fəsillərindən asılı
olaraq şiddətlənir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |