240
İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyünciik kimi təzahür
edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına
yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır.
Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir,
zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın
isə göyümtül, tünd-qırmızı rəngə çevrilir. Furunkulun başlanğıcından
dörd-beş gün sonra onun zirvəsində irinlik əmələ gəlir, sonralar bir qədər
yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır,
xəstənin ümumi vəziyyəti yaxşılaşır.
Furunkul deşildikdən sonra əmələ gəlmiş xoranın qıraqları girintili-
çıxmtılı, dibi isə kələ-kötür və göyümtül rəngdə nekroz kütləsi
(furunkulun özəyi) ilə örtülü olur. Son¬ralar xora tədricən böyüyür,
irinaxma artır. Nəhayət, furun¬kulun özəyi xaric olur, qısa müddətdə
çapıqlaşma ilə qurtarır.
Gedişi. Furunkulun inkişaf dövrü 10-12 gündür. Bəzi hallarda isə
sağalmış furunkul yenidən residiv verir və yaxud yeni furunkullar əmələ
gəlir, bəzən də çibantökmə baş verir. Belə hallarda xəstəliyin müddəti
aylarla uzana bilər.
Furunkulu sıxmaq olmaz, çünki o, sepsis verə bilər. Müalicə vaxtında və
düzgün aparılarsa, furunkul tezliklə sağalır, yerində adətən çapıq qalır.
Müalicəsi. Ümumi müalicə üsulu follikulitdə olduğu kimidir: penisillin,
biomisin,
oksimetilpenisillin.
Bioloji
vasitələrdən
stafilokokklu
anatoksin, autohemoterapiya, laktoterapiya, prednizolon, triamsinolon və
s. məsləhət görülür. Xarici müalicə üsullarından təmiz ixtiol, 10 %-li
ixtiol məlhəmi, 10 %-li sintomisin emulsiyası, civə kvars lampası ilə
şüalandırma tətbiq edilir. Ətraf sağlam dəri isə arabir 50 %-li spirtlə yaxud
odekolonla təmizlənir.
downloaded from KitabYurdu.org
241
Karbunkul. Karbunkul stafilokokklu piodermitlərin ən ağındır. O, nekroz
verən kəskin iltihablı irinlikdir.
Xəstəlik dəri örtüyünün məhdud nahiyəsində bir neçə furunkulun
birləşməsi nəticəsində əmələ gəlir.
Xəstələrdə ümumi əzginlik, yorğunluq, başağrısı, üşütmə, qızdırma və
zədələnmə nahiyəsində şiddətli ağrı müşahidə edilir.
Arı pətəyi kimi bir çox deşiyi olan karbunkuldan ilk zamanlar irin,
sonralar irinli maye axır; deşiklər tədricən böyüyərək xırda xoralar əmələ
gətirir. Bu xoralar sonralar daha da böyüyür, bir-biri ilə birləşib ümumi
böyük bir xoraya çevrilir.
Çox keçmədən karbunkulun özəyi düşür. Yalnız bundan sonra xəstənin
ümumi vəziyyəti yaxşılaşır, əhval- ruhiyyəsi bərpa olur. Nəhayət,
karbunkul çoxguşəli çapıq buraxmaqla qurtarır.
Karbunkulun inkişaf dövrü 3-4 həftədir. Bu müd¬dətdən sonra adətən
sağalır. Bəzi xəstələrdə karbunkul bir sıra ağırlaşmalar (sepsis, piemiya,
qanaxma, kollaps və s.) verməklə ölümlə nəticələnə bilər. Məhz buna görə
də karbunkul erkən və düzgün müalicə tələb edir.
Müalicəsi. Ümumi müalicə üsullarından penisillin, tetrasiklin, terramisin,
prednizolon, triamsiolon, autohe¬moterapiya, laktoterapiya, sulfanilamid
preparatları və s. məsləhət görülür.
Yerli müalicə cərrahi yolla aparılır. Karbunkulda təhlükəli əlamətlər baş
verdikdə təcili olaraq onu xaçabənzər şəkildə yarmaq və yaraya penisillin
yeritmək tələb olunur.
Streptokokklu paranixiya (dolama). Sənaye müəssisə¬lərində iş prosesi
zamanı və ya məişətdə dırnaq lövhələrinin
təsadüfi zədələnmələri nəticəsində streptokoklıı paranixiya əmələ gəlir.
downloaded from KitabYurdu.org
242
Streptokokklu paranixiya zamanı zədələnmə nahiyə¬sində dəri qızarır,
xeyli şişir və ağrıyır. Dırnaq köbəsini ' sıxdıqda altından irinli maye ifraz
olur. Proses gah kəskinləşir, gah da sakitləşir. Beləliklə, xəstəlik xeyli
uzanır, nəticədə zədələnmiş dırnaq lövhəsi öz normal parıltısını itirir və
səthində müxtəlif çuxurlar əmələ gəlir, sonralar isə dırnaq düşə də bilər.
İrinli dəri xəstəliklərinin profilaktikası. Sənaye müəssisələri və kənd
təsərrüfatı şəraitində irinli dəri xəstəliklərinin profilaktikası bir sıra
ümumi və xüsusi tədbirlərdən ibarətdir. Artıq alətlər, metal qırıntıları və
taxta parçaları iş yerindən kənar edilməlidir.
Kompleks profilaktika tədbirlərindən dərinin gigi¬yenasının böyük
əhəmiyyəti var. Belə ki, sənaye müəssisə¬lərində, kənd təsərrüfatında və
məişətdə dərinin daim təmiz saxlanılması çox mühüm şərtdir.
İş prosesində xırda zədələnən yerlər vaxtında . dərmanlanmalıdır. Bir
sözlə, dərinin sağlamlığı üçün bütün tədbirlərdən istifadə etmək vacibdir.
Gənclik sızaqları. Seboreya kimi məlum olan gənclik sızaqları
yeniyetmələr arasında çox geniş yayılmışdır. Gənclik sızaqları piy
vəzilərinin hasil etdiyi dəri piyinin kəmiyyətcə və keyfiyyətcə
dəyişilməsindən asılıdır ki, bu da cinsiyyət orqanlarının funksiyası ilə
əlaqədardır. Bu
sızaqlar gənclər
arasında daha geniş yayıldığından və onlarda çox böyük narahatlıq
doğurduğundan, onun üzərində bir qədər geniş dayanmaq vacibdir.
İnsanlarda piy vəziləri ovuclardan, ayaqların altından və dodaqların
qırmızı haşiyəsindən başqa bədənin bütün sahələrində mövcuddur. Piy
vəziləri dərinin dərin qatlarında yerləşir. Onların axacaqları tük
kisəciklərinə və dəri səthinə açılır. Beləliklə, dəri piyi dəri səthinə və
tüklərə çatdırılır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |