227
sisteminin tarazlıq vəziyyətində olduğu (orta tip) şəxslərdə isə
nevrasteniya törənir. Eksperimentdə də heyvanların nevroz törədən
qıcıqlara qarşı reaksiyası ali sinir fəaliyyətinin tipindən asılı olmuşdur.
Məsələn, zəif və qüvvətli - müvazinətsiz tipə məxsus heyvanlarda nevroz
yaratmaq daha asandır.
Nevrozların bütün növlərində ali sinir fəaliyyətində İ.P.Pavlovun hipnotik
fazalar adlandırdığı mərhələlər müşahidə edilir:
1.
Bərabərləşdirici faza - zəif və qüvvəli qıcıqlar eyni qüvvəli cavab
reaksiyası törədir.
2.
Paradoksal (təəccüblü) faza - qüvvəli qıcığın törət¬diyi reaksiya zəif
qıcığa qarşı alman reaksiyadan da zəif olur.
3.
Ultraparadoksal (həddən artıq təəccüblü) faza - müsbət (oyadıcı)
qıcıq ləngimə, mənfi (ləngidici) qıcıq isə oyanma törədir.
4.
Ləngimə fazası - heç bir qıcığa qarşı reaksiya alınmır.
Mərkəzi sinir sisteminin pozulmalarına əsmə iflic, miopatiya və s.,
vegetativ sinir sisteminin xəstəliklərinə övrə (məxmərək), ödemlər,
miqren və s. aiddir.
Miqren vaxtaşırı başağrısı tutmaları ilə meydana çıxır. Xəstəlik adətən
cinsi yetişkənlik dövründə törənir və irsi yolla yayılır. Patogenezi tam izah
edilməmişdir. Miqrenin səbəbi damar innervasiyasmm pozulması hesab
edilir.
Başağrısı tutmasının meydana çıxmasına həyəcanlan¬ma, yuxusuz gecə,
bürkülü hava, ağır zehni iş, sərxoşluq, siqaret çəkmə və s. səbəb ola bilər.
Şiddətli başağrısı əmələ
gəlir. Ağrı başın müəyyən bir hissəsində (çox vaxt bir
• •
downloaded from KitabYurdu.org
228
yarısında) ola bilər. Urəkbulanma, qusma olur. Bir neçə saat davam edir
və keçir. Hər hansı gərginlik ağrını gücləndirir. Ona görə də xəstə sakit,
qaranlıq bir yerdə uzanmaq istəyir.
Müalicədə xəstənin həyat rejimi düzgün qurulmalıdır. Qlükoza və lüminal
inyeksiyası kursu, su müalicəsi, ultrabənövşəyi şüalanma və s. təyin edilir.
Kofein tutmanı yüngülləşdirir. Ayağı isti su ilə vanna etmək olar.
Meningit beyin qişasının iltihabı olub, infeksiyanm giriş qapısı yuxarı
tənəffüs yolları, əsasən burun-udlaqdır. Törədici mikrobun daxil olduğu
yerdə iltihabi proses inkişaf edir. Selikli qişanın ödemi baş verir, selik
əmələgə¬tirmə yüksəlir, badamcıqlar və yuxarı tənəffüs yollarının selikli
qişasındakı limfatik düyünlər çox böyüyür.
Meningitlər müxtəlif formalarda olur. Bütün forma¬larda aşağıdakı
əlamətlər təzahür edir: 1) ənsə əzələlərinin gərginliyi - xəstə başının daim
dala dartınmasım hiss edir; 2) baldırın bükücü əzələlərinin reflektor
gərginliyi; 3) başı bükdükdə ayaqlar da dala bükülür, qarma dartılır; 4) bir
ayağı bükdükdə o biri də qeyri-iradi bükülür.
İnkubasion dövrün müddəti 5-7 gündür. Başlıca olaraq alm-təpə
nahiyəsində başağrısı, boğazda ağrı və acışma, quru öskürək, burun
tutulması, az hallarda bu¬rundan selikli-irinli ifrazatın axması xəstələrin
səciyyəvi daimi şikayətləri sayılır. Bu simptomlarla bərabər, əksər .
təsadüflərdə xəstənin ümumi əhvalının pisləşməsi: kefsizlik.
süstlük, zəiflik, iştahanın azalması, yuxunun pozulması müşahidə olunur.
Xəstələrin çoxunda bədən temperaturu, adətən, subfebril rəqəmlərə qədər
yüksəlir. Lakin bəzən orta dərəcədə və hətta yüksək (39°C-dən yuxarı)
qızdırma baş verir. Qızdırma 1 - 3 gündən artıq olmur. Dəri örtükləri
solğun olur: konyunktiva və skleranın damarları infeksiya- laşır. Burunun
selikli qişası hiperemiyalaşmış, şişmiş olur.
downloaded from KitabYurdu.org
229
Onurğa beyni mayesi dəyişilir, başağrısı, qusma, psixikanın pozulması və
s. müşahidə edilir. Xəstələr səs- küyü, ucadan danışığı, işığı sevmirlər.
Meningitdə başağrısı son dərəcə şiddətli, əziyyətli, çox vaxt lokalizasiyası
müəyyən edilməmiş diffuz şəkildə olur. Axşamlar xüsusən intensiv olur,
bədən vəziyyətini dəyişərkən, çox bərk səs, parlaq işıq təsirindən güclənir.
Çox vaxt xəstələr başağrı¬sından inildəyirlər. Meningitdə qusma
ürəkbulanmasız, qida ilə əlaqədar olmadan qəflətən baş verir, xəstəyə
rahatlıq vermir, o bollu, “fəvvarə ilə”, təkrar olur və bəzən başağrısının
şiddətləndiyi vaxt meydana çıxır.
Müalicədə əsasən antibiotiklər (levomisetiıı, tetrasiklin, eritromisin və s.)
təyin edilir. Müalicə müddəti 3-5 gündür.
Bütün xəstələrə udlaqlarmı antiseptiklərlə (0,02 %-li furasillin məhlulu, 2
%-li bor turşusu məhlulu, 0,05- 0,1 %-li kalium-permanqanat məhlulu)
yaxalamağı məsləhət gör- mək lazımdır. Intoksikasiya zamanı çoxlu ilıq
maye içməyə göstəriş vardır.
Penisillinlə müalicənin adətən, 5-8 gün müddətində aparılması vacib və
kifayətdir. •
Ağır təsadüflərdə ampisillinin bir hissəsini venaya yeridir, sutkalıq dozanı
isə 400 mq/kq qədər artırırlar. Oksasillin və metisillin sutkada 300 mq/kq
dozada, inyek- siyalar arasında 3 saat fasilə olmaqla işlədirlər.
XIII. ANALİZATORLAR
İnsana daim arası kəsilməyən daxili və xarici qıcıqlar seli, müxtəlif
məlumatlar təsir edir, insan bu məlumatları duyğu orqanları: göz, qulaq,
dil, burun və dəri vasitəsilə qəbul edir. Həmin qıcıqlara düzgün cavab
verir. Bu orqan¬ların hər biri elə qurulmuşdur ki, ətraf mühitin ancaq
müəy¬yən bir hadisəsinə cavab verir. Duyğu orqanları xarici aləmin
siqnallarını sinir sisteminin siqnallarına - sinir impulslarına çevirir. Beyin
duyğu orqanlarından gələn siqnalları alıb işləyir və işçi orqanlara əmr
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |