236
Dəri orqanizmdə duyğu orqanı kimi də funksiya daşı¬yır, burada lamisə,
təzyiq, temperatur hissi yaradan resep- torlar yerləşir.
Dəri bədən temperaturunun sabit saxlanılmasında
230
Baş beyni
1-uzunsov beyin; 2-Varolio körpüsü; 3-beyincik;
4-orta beyin; 5-ara beyin
Refleks qövsü
1-diz refleksi; 2-reseptor; 3-mərkəzəqaçan sinir; 4-onurğa beyni;
5-
mərkəzdənqaçan sinir; 6-sinir mərkəzi; 7-mərkəzdənqaçan
sinir; 8-əzələ, orqan; 9-mərkəzi sinapslar.
Görmə analizatoru
I - 1-ağlı qişa; 2-buynuz qişa; 3-damarlı qişa; 4-qüzehli qişa;
5-ön kamera; 6-bəbək; 7-büllur; 8-kirpikli əzələ; 9-şüşəyəbənzər cisim; 1
O-tor qişa; 11-görmə siniri;
II - 1) işığa həssas hüceyrələr; 2) görmə siniri; 3) görmə nahiyəsi.
downloaded from KitabYurdu.org
237
Gözdə xəyalın alınması
mühüm yer tutur. Onun tər vəziləri və zəngin kapilyar sistemi orqanizmin
xarici mühitin dəyişkən temperaturu şəraitinə uyğunlaşmasında mühüm
rol oynayır. İnsanda dərinin tənəffüs funksiyası olduqca zəifdir. Dəri eyni
zamanda orqanizmin mühüm qan deposu kimi də fəaliyyət göstərir. Onun
kapilyarlarında 1000 ml-dək qan yığıla bilər.
Dərinin ifrazat funksiyası xeyli yüksəkdir. Dəri örtü¬yünün müxtəlif
sahələrində tər vəzilərinin miqdarı eyni deyil- dir. insan normal şəraitdə
sutkada 500 ml tər ifraz edir. Tərin tərkibində 98% su, 2% üzvi və qeyri-
üzvi maddələr, o cümlə-dən, natrium-xlorid, sidik cövhəri, ammonyak və
s. vardır. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir,
ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir.
Burada temperatur tənzimi mərkəzi də yerləşir.
Dəri xəstəlikləri
I
Dəri xəstəliklərindən bəhs edən elmə dermatologiya . deyilir.
Dəri xəstəliklərinin əlamətləri. Yerli - gicişmə, göynə¬mə, ağrı, dartılma,
yandırma, bir sıra hissiyyat pozulmaları və s., ümumi - üşütmə, qızdırma,
yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur.
Dəridə morfoloji dəyişikliklər - ləkə, köpüşük, düyün- ciik, qabarıq,
düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrov- laşma, eroziya,
ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər.
downloaded from KitabYurdu.org
238
Ləkə. Dərinin və selikli qişanın məhdud bir sahəsinin rənginin
dəyişilməsinə ləkə deyilir. Ləkə üç cür olur: iltihab, hemorragiya və
piqment ləkələri.
Köpüşük. Xüsusi dərinin (dermanın) məməyəbənzər təbəqəsində baş
vermiş kəskin iltihablı şişkinliklərə köpü- ' şük deyilir. Köpüşüyün
xüsusiyyəti ondan ibarətdir ki, o, müəyyən ekzogen və endogen
səbəblərdən gözlənilmədən aşkar olur və tezliklə heç bir iz buraxmadan
yox olur.
Qabarcıq. Dermanın dəri qatlarında infiltrat hücey¬rələrinin məhdud
toplantısı nəticəsində əmələ gəlmiş boşluqsuz dəri elementidir. Onlar
sifilisdə, dəri vərəmində,
cüzamda, dəri leyşmaniozunda və s. olduğu kimi iltihablı infiltratm əmələ
gəlməsi nəticəsində törənir. Qabarcıq adətən dəri səthində qabarır.
Sağalarkən özündən sonra çapıq və yaxud atrofiya buraxır.
Sudurcuq. Sudurcuq boşluqlu dəri elementidir. O, epi- dermis
təbəqələrinin arasına ekssudat mayesinin yığılması nəticəsində əmələ
gəlir. Sudurcuq bilavasitə buynuz təbəqəsinin altında, epidermis
təbəqələrinin və epidermislə xüsusi dəri arasında əmələ gəlir, darıdan
mərcimək böyüklüyünə qədər olur.
Mərciməkdən böyük sudurcuqlar sudur adlanır. O, yanıqda daha böyük
ola bilər. Bir neçə sudurcuq bəzən birləşib çoxboşluqlu sudurlar əmələ
gətirir.
İrinlik. Epidermisdə və ya dermada irinli ekssudatın yığılması nəticəsində
əmələ gəlmiş boşluqlu dəri elementinə irinlik deyilir.
Dərinin irinli xəstəlikləri. Piodermitlər. Piodermitlər yaxud piodermiya
insanlara məlum olan ən qədim dəri xəstəliklərindəndir. Piodermitlər dəri
örtüyünün bütün sahələrində əmələ gələ bilər. Ancaq onlar ən çox əllərdə,
qollarda, üzdə və ayaqlarda müşahidə olunur. Piodermit- ləri əsas etibarilə
downloaded from KitabYurdu.org
239
orqanizmin müqavimətinin zəifləməsi və dəri bütövlüyünün pozulması
şəraitində piokokklar törədir.
Piodermitlərin əsas törədiciləri stafilakokklar və streptokokklardır.
Follikulit. Bu, tük kisəciyinin irinli iltihabıdır. Xəstəlik zamanı iltihab
prosesi tük kisəciyini, onun ətraf toxumalarını və tük məməciyini əhatə
edir.
Follikulitin mərkəzindən adətən tük keçir, içərisində irin müşahidə
olunur; 3-4 gündən sonra mərkəzində əmələ gəlmiş irinlik quruyub
qartmağa çevrilir; qartmaq düşəndən sonra infıltrat tezliklə sorulub yox
olur. Bəzi hallarda follikulit abses verir. Həmin abses cərrahi yolla
müalicə olunduqda, yerində xırda çapıq qalır. Follikulitin gedişi 7-8 gün
çəkir, sonra isə adətən sağalır, yerində qısa müddətdə sorulub gedən
piqmentli ləkə və ya nöqtəşəkilli çapıq qalır.
Müalicəsi. Follikulitlərin müalicəsi antibiotiklərlə
başlanır. Penisillin 200000 - 300000 vahid, gündə 3-4 dəfə əzələyə
yeridilir. Penisillin 0,5 %-li novokain məhlulunda həll edilir. Bəzi uzun
sürən follikulitiərdə penisillin aııto- qanla vurula bilər. Bundan başqa
biomisin, tetrasiklin, oksimetilpenisillin və s. 200000 vahiddən gündə 3-
4 dəfə daxilə təyin olunur. Antibiotiklərlə müalicə bütün hallarda
piokokkların onlara qarşı həssaslığının müəyyən olunması əsasında
aparılmalıdır.
Follikulitlərin ətrafındakı sağlam dərinin tüklərini qırxmaq və həmin
yerləri arabir 50 %-li spirtlə və yaxud odekolonla təmizləmək lazımdır.
Follikulitli xəstənin yuyunması məqsədəuyğun deyil.
Furunkul. Furunkul və ya çiban tük kisəciyinin dərin iltihabıdır. O, iltihab
prosesinin tük kisəciyi ağzından dərin¬liklərə və ətraf toxumalara
yayılması nəticəsində əmələ gəlir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |