246
Ağrının şiddəti həmişə xəstəliyin ağırlıq dərəcəsinə müvafiq gəlmir.
Bəzən elə bir təhlükəli olmayan zədələnmə şiddətli ağrı törədir və ya
daxili orqanların ağır zədələn- mələri zəif ağrıya səbəb olur.
İnsanın ağrını hiss etməsinə onun ali sinir fəaliyyəti¬nin tipi, psixo-
emosional vəziyyəti, bir sıra xarici mühit amilləri təsir edir.
Şizofreniyanm bəzi formaları, beyinin ' alın payının zədələnməsi, alkohol
sərxoşluğu ağrı hissinin itirilməsinə səbəb ola bilər. Bəzən ağrı hissi
anadangəlmə olmur.
• %
Sinirlərin xronik zədələnməsi onların innervasiya
etdikləri nahiyələrdə tutmaşəkilli ağrıya səbəb olur ki, bu, nevralgiya
adlanır. Odlu silah yaralanmaları və s. nəticə¬sində zədələnmiş sinirlərin
innervasiya etdiyi nahiyələrdə vazomotor dəyişikliklər, şiddətli tər ifrazı,
toxuma trofika- sının pozulması ilə müşayiət olunan əzabverici ağrılara
kauzalgiya deyilir.
Ağrı reflektor surətdə simpatik sinir sisteminin fəaliyyətini artırmaqla
adrenalinin, hipofizin arxa payının hormonlarının, kortikosteroidlərin
sekresiyasını artırır,
orqanizmdə bir sıra neyro-endokrin dəyişikliklərə səbəb olıır. Nəticədə
əzələ tonusu artır, ürək fəaliyyəti və tənəffüs sürətlənir, damarlar daralıb
arterial təzyiq yüksəlir, bronx- lar genəlir, mədə-bağırsaq sisteminin
fəaliyyəti ləngiyir, sidik ifrazı azalır, tər ifrazı artır, bəbəklər genəlir,
qanın laxtalanma qabiliyyəti artır və s.
Bununla belə diaqnoz müəyyən edildikdən sonra ağrı hissinin aradan
qaldırılması vacibdir. Bu məqsədlə fiziki, farmakoloji, psixoprofılaktik və
neyrocərrahi üsullardan istifadə edilir.
downloaded from KitabYurdu.org
247
Şok (fransızca şok - zərbə) - fövqəladə qıcıqların orqanizmin
neyrohumoral tənzim mexanizmlərində törət¬diyi reflektor pozulmalar
nəticəsində əmələ gələn və mərhələlərlə inkişaf edən patoloji vəziyyətdir.
Tipik pato¬loji proses kimi şok uyğunlaşma xarakteri daşıyıb, ekstremal
şəraitdə həyatın mühafizə edilməsinə yönəlmiş passiv qoruyucu
reaksiyalar kompleksi hesab edilə bilər.
Şokun etioloji və patogenetik əlamətlərə əsaslanan aşağıdakı təsnifatı
vardır:
I.
Ağrı ilə əlaqədar şok.
1)
ekzogen ağrı (travmatik, elektrikvurma, yanıq, donma, operasiya və
s.) nəticəsində şok;
2)
endogen ağrı (kardiogen, nefrogen, həzm orqanla¬rının xəstəlikləri
və s.) nəticəsində şok.
II.
Humoral amillərlə əlaqədar şok (hemotransfuzion, anafilaktik və s.).
III. Psixogen şok.
Şokun patogenizində nevrogen və mikrosirkulyator mexanizmlər,
akapniya (qanda karbon qazının olmaması və ya azalması), toksemiya
(qanda zəhərli mübadilə məhsullarının toplanması) və s. rol oynayır.
Şokogen amil mərkəzi sinir sisteminin həddən artıq qıcıqlanmasma səbəb
olur, sonra isə güclü oyanma dərin ləngimə ilə əvəz olunur. Buna müvafiq
olaraq şokun gedişində 2 mərhələ - erektil və torpid mərhələlər ayırd
edilir.
Kəskin oyanma ilə gedən erektil mərhələ çox qısa
olub, cəmi bir neçə dəqiqə çəkir. Arterial təzyiq yüksəlir,
%
downloaded from KitabYurdu.org
248
ürək fəaliyyəti və damarlarda qan cərəyanı sürətlənir. Daxili orqanların
əksəriyyətinin, həmçinin ürək əzələsinin damarlarında spazm xarakterli
dəyişikliklər, şokun əvvə¬lində stress vəziyyətinin əmələ gəlməsi
simpato-adrenal sistemin aktivləşməsi, böyrəküstü vəzidə kortikoidlərin
və katexolaminlərin (adrenalin, noradrenalin) sekresiyasının artıb, qanda
səviyyəsinin yüksəlməsinin nəticəsidir.
Erektil mərhələnin ardınca mərkəzi sinir sisteminin bütün səviyyələrində
dərin ləngimə törənir və torpid mərhələ başlanır. Bu mərhələ bir neçə
saatdan bir neçə günədək dəvam edə bilər. Orqanizmin bütün funksiyaları
kəskin surətdə pozulur. Arterial təzyiq düşür, dövr edən qanın həcmi
azalır, nəbz tezləşir (1 dəqiqədə 200 vurğuya çata bilər), amma
dolğunluğu azalır. Bəzən taxikardiya bradikardiya ilə əvəz olunur ki, bu
da proqnozun pis olduğunu göstərir, çünki ürək əzələsinin ehtiyat
qüvvəsinin tükənməsinin nəticəsidir. Beyin qabığında parabiozun
mərhələlərinə müvafiq dəyişikliklər müşahidə edilir. Əvvəlcə xəstə zəif
qıcıqlara ^məsələn, pıçıltı ilə deyilən sözə) cavab verir, qüvvətli qıcıqlara
reaksiya vermir, sonra isə heç bir reaksiyası olmur.
Ağır hallarda tənəffüs seyrəkləşir, dövri tənəffüs müşahidə edilir və xəstə
tənəffüs mərkəzinin iflicindən ölə bilər.
Çox vaxt şokun ağırlıq dərəcəsini arterial təzyiqin hansı səviyyəyədək
enməsinə əsasən müəyyən edirlər. I dərəcəli (yüngül) şok zamanı sistolik
təzyiq civə sütununun 100 - 90 mm-dək, II dərəcəli (orta ağırlıqlı) şokda
90 - 70 mm-dək enir və III dərəcəli (ağır) şokda 70 mm-dən aşağı olur.
Amma nəzərə almaq lazımdır ki, bəzən arterial təzyiqin enməsi şokun
ağırlığına tam müvafiq olmaya bilər. Odur ki, Allgever göstəricisindən,
yəni nəbz tezliyinin sistolik arterial təzyiqə nisbətindən də istifadə edilir.
Bu ' göstərici sağlam şəxsdə 0,5 - 0,6 olub, şokun ağırlığına müvafiq
olaraq artır (I dərəcə - 0,7-0,8; II dərəcə - 0,9- 1,2; III dərəcə - 1,3 və
yuxarı).
downloaded from KitabYurdu.org