S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə83/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   79   80   81   82   83   84   85   86   ...   153

271 

 

Həm sürətli, həm də ləng gedişli allergik reaksiyaların patogenezində 3 



mərhələ ayırd edilir: 

1) 


immunigen və ya immun reaksiyalar mərhələsi; 

2) 


patokimyəvi və ya patobiokimyəvi mərhələ; 

3) 


patofizioloji və ya klinik əlamətlər mərhələsi. 

İmmun reaksiyalar mərhələsində orqanizmə daxil 

olan  allergenə  qarşı  spesifik  antitellər  (əks-cisimlər)  əmələ  gəlir.  Bu, 

orqanizmin  həssaslığını  yüksəldir  -  sensibili-  zasiya  törədir.  Orqanizm 

antigenin  təkrar  daxil  olmasına  allergik  reaksiya  ilə  cavab  vermək 

qabiliyyəti  kəsb  edir.  Allergeııin  orqanizmə  ilk  dəfə  daxil  olan  miqdarı 

(qramın yüzdə, mində biri qədər) sensibilizasiyaedici, təkrarən daxil olub, 

allergiya törədən miqdarı (birincidən təxminən 10 dəfə artıq) isə həlledici 

doza adlanır. 

İnkişaf edəcək allergiya reaksiyasının növü allergenə qarşı sintez edilən 

antitelin  xarakterindən  asılıdır:  humoral  antitellər  sürətli,  xüsusi 

antitellərə və ya reseptorlara malik immun hüceyrələr (sensibilizasiyaya 

uğramış limfositlər) isə ləng gedişli allergik reaksiyanın əmələ gəlməsinə 

səbəb olur. 

Allergik antitellər qan qlobulinlərinin formaca dəyi¬şilmiş növünə oxşar 

olub, 2 əsas qrupa bölünür: 

1. 

Fiksasiya  olmuş  (hüceyrə)  antitellər  -  ləng  tipli  allergik 



reaksiyalarda iştirak edir. 

2. 


Sərbəst  (sirkulyasiya  edən)  antitellər  -  qanda  və  digər  bioloji 

mayelərdə olub, sürətli allergik reaksiyalarda iştirak edir. 

Sirkulyasiya  edən  sərbəst  antitellərdən  presipitasiya  törədənləri  serum 

xəstəliyində,  anafilaktik  şokda  (insanda  və  heyvanlarda),  dovşanlarda 

downloaded from KitabYurdu.org



272 

 

allergik iltihab zamanı (Artyus fenomeni), yumurta zülalına qarşı allergik 



reaksiyada  və  s.  aşkar  edilir.  Presipitasiya  törətməyəniərə  reaginlər, 

bloka¬da edən antitellər və s. aiddir. Reaginlər pollinozlar (ot  

qızdırması), atopik bronxial astma zamanı müşahidə edilir. Reaginlər adi 

seroloji reaksiyalarla (presipitasiya, komple- mentin birləşmə reaksiyası) 

aşkar edilməyib, ancaq sağlam dəridə passiv sensibilizasiya törətdiyi üçün 

sensibilizasiya- . edici dəri antitelləri adlanır. 

Sensibilizasiyaya  uğramış  orqanizmə  təkrarən  spesifik  allergen  daxil 

olduqda,  antitellə  allergen  arasında  fiziki-  kimyəvi  reaksiya  gedir  və 

yüksəkmolekullu  allergen  -  antitel  kompleksi  əmələ  gəlir.  Bu 

komplekslərin yarandığı andan allergik reaksiyaların ikinci - patokimyəvi 

dəyişikliklər  mər¬hələsi  başlanır.  Allergen  -  antitel  kompleksləri 

toxumalarda  fıksasiya  olaraq,  maddələr  mübadiləsində  bir  sıra 

dəyişik¬liklər  törədir.  İlk  növbədə  toxumanın  oksigeni  mənimsəməsi 

fazalı  surətdə  pozulur  (artır,  sonra  azalır).  Orqanizmin  komplement 

sisteminin,  proteolitik  və  lipolitik  fermentlərin  aktivliyi  artır  ki,  bu  da 

müvafiq hüceyrələrin funksiyalarının dəyişilməsinə səbəb olur. Məsələn, 

birləşdirici  toxumanın  iri  hüceyrələrinin,  leykositlərin  (xüsusən 

bazoflllərin və neytro- fillərin) parçalanması nəticəsində çoxlu miqdarda 

fizioloji aktiv maddələr azad olur. 

Allergiya  prosesinin  sonrakı  inkişafı  və  gələcək  klinik  mənzərəsi 

patokimyəvi mərhələdə hasil olan fizioloji və ya bioloji fəal maddələrin, 

yəni  mediatorlarm  xarakterindən  asılıdır.  Sürətli  allergik  reaksiyaların 

həmin mərhələsində əsasən histamin, seretonin, heparin, prostaqlandiniər, 

LTAM  (ləng  təsirli  allergiya  maddəsi)  və  s.,  ləng  gedişli  allergik 

reaksiyalarda  limfokinlərin  müxtəlif  növləri  (keçid  amili,  mitogen 

amillər,  xemotaksis  amili,  limfotoksin,  interferon  və  s.)  xaric  olur. 

Allergiya  reaksiyalarının  digər  növlərində  komplement,  superoksid 

radikalları, lizosom 

downloaded from KitabYurdu.org



273 

 

fermentləri, kininlər, katexolaminlər və s. iştirak edir. 



♦ 

Immunogen  və  patokimyəvi  proseslərdən  sonra  allergik  reaksiyanın 

patofizioloji  dəyişikliklər  mərhələsi  başlanır.  Həmin  mərhələni 

orqanizmdə allergen-antitel kompleks¬lərinin və bioloji fəal maddələrin 

təsirindən törənən funk¬sional pozulmalar, hüceyrə, toxuma, orqanlarda 

və tam orqanizmdə törənən zədələnmələr xarakterizə edir ki, bunlar 

266  

da allergik xəstəliklərin klinik əlamətlərinin əsasını təşkil edir. 



Ayrı-ayrı  hüceyrələrin  allergik  zədələnməsi  qan  ele¬mentlərində 

(eritrosit,  leykosit,  trombositlər),  birləşdirici  toxuma  hüceyrələrində 

(histiositlərdə, tosqun hüceyrələrdə və s.) öyrənilmişdir. Allergiya zamanı 

zədələnmə sinir və saya əzələ liflərinə, ürək əzələsinə də yayıla bilər. Hər 

bir 

orqanın 


zədələnməyə 

cavab 


reaksiyası 

onun 


fizioloji 

xüsusiyyətlərindən  asılıdır.  Məsələn,  sinir  hüceyrəsi  elektrik  potensialı, 

saya əzələ - kontraktura, eritrositlər - hemolizlə cavab verir. 

Allergik zədələnmə orqanizmdə sinir-humoral tənzimi pozur. Bir orqanda 

əmələ gələn zədələnmə digər orqan¬ların və nəhayət, ümumi orqanizmin 

funksiyalarına təsir edir. Ümumiyyətlə, allergik reaksiyanın patofizioloji 

mər¬hələsi  orqanizmin  bütövlükdə  cavab  reaksiyasıdır,  daha  doğrusu, 

allergik xəstəlik və ya allergik sindrom dövrüdür. 

Bu  təsvir  edilən  mərhələlər  həqiqi  allergik  reaksiya¬lara  aiddir. 

Patogenezi  allergen  -  antitel  kompleksinin  əmələ  gəlməsi  ilə  əlaqədar 

olmayan  patoloji  hallar  allergik  proses  hesab  edilmir.  Orqanizmin 

həssaslığının immuno- kompetent sistemlə əlaqədar olmadan yüksəldiyi 

hallar  psevdoallergiya  (yalan  allergiya)  adlanır.  Beləliklə,  həqiqi 

allergiyadan  fərqli  olaraq,  psevdoallergiya  zamanı  birinci,  yəni 

immunogen  mərhələ  olmur.  Müasir  təsəvvürlərə  görə  paraallergiya  və 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə