S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə82/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   78   79   80   81   82   83   84   85   ...   153

268 

 

Təbiətdə  daha  çox  təsadüf  olunan  allergen  müxtəlif  tozcuqlardır. 



Ağacların,  kolların,  alaq  otlarının,  güllərin,  çiçəklərin  ətrafa  səpələdiyi 

tozcuqlar allergik xəstəlik törətməkdə çox mühüm yer tutur. 

Çiçək tozcuqları allergen kimi,  əsas etibarilə, nəfəs borusunu, bronxları 

və ağciyərləri zədələyir, pollinoz (latınca pollen - toz, tozcuq) adlandırılan 

xəstəlik  əmələ  gəlir.  Onlarda  öskürmə,  asqırma,  gözlərindən  yaşaxma, 

qızdırma, başağrısı və s. olur. 

Kosmetik  allergenlər.  Kosmetik  preparatlar  gündəlik  məişətimizdə  çox 

geniş işlədilir, ondan əsasən qadınlar istifadə edirlər. 

Kosmetik preparatlar ekzema və bronxial astma da verə bilər. 

Ailədə məişət kimyası. Hazırda məişətdə hər bir evdə, hər ailədə müxtəlif 

məqsədlər üçün bir sıra kimyəvi maddələr işlədilir. 

Bu  maddələrlə  uzun  müddət  və  dəfələrlə  təmasda  olmaq  bir  sıra  dəri 

xəstəliklərinə səbəb olur. Onlar dəri üçün, habelə ümumi orqanizm üçün 

xarici  qıcıqlandırıcılardır.  Məişətdə  hər  hansı  məqsədlə  kimyəvi 

maddələri işlətdikdə, profilaktika tədbirlərini yaddan çıxarmaq olmaz. 

Dərman allergiyası. Dərman maddələrinin orqanizmə 

■ 

daxil  olması  nəticəsində  baş  verən  allergik  reaksiya  dərman 



allergiyası adlanır. 

Dərmanlardan  ən  çox  allergik  reaksiyanı  antibiotiklər  (penisillin, 

streptomisin və s.), sulfanilamid preparatları (sulfodimitoksin, biseptol və 

s.), başağrısı, yuxu dərman¬ları, B qrupu vitaminləri, yod və i. a. törədir. 

Dərman və qida allergiyalarının birgə təsiri daha ağır fəsadlara səbəb olur. 

Dərman allergiyası nəticəsində bir sıra dəri xəstəlikləri müşahidə olunur. 

Onlardan  övrəni,  Kvinke  ödemini,  dərman  dermatitini,  allergik  kontakt 

der- matitini, çoxformalı ekssudativ eritemanı göstərmək olar. 

downloaded from KitabYurdu.org



269 

 

İnək  südündən,  yumurta,  balıq,  sitrus  meyvələri  (por-  .  tağal,  limon, 



feyxoa, banan, ananas və s.), xörəklər (noxud, ət, meyvə-tərəvəz, kök, nar 

və s. olan), şokolad, qoz ləpəsi və şairədən allergiya müşahidə olunur. Bir 

sıra maddələrə qarşı 

■ 

eyni vaxtda allergiyaya da tez-tez rast gəlmək olur. 



Qida  maddələrinə  qarşı  sensibilizasiya,  yəni  allergik  hazırlıq  mədə-

bağırsaq orqanlarında gedir. Mədə-bağır¬sağa daxil olmuş qida maddələri 

həmin orqanların selikli qişalarından sorulub, orqanizmə keçir. Bu vaxt 

orqanizm  həmin  orqanların  fizioloji  və  immunoloji  amilləri  vasitəsilə 

özünü  qida  allergenlərindən  qoruyur,  qida  allergenlərini  orqanizmə 

buraxmır. Odur ki, bütün insanlar kifayət qədər müxtəlif xörəklər, meyvə, 

tərəvəz qəbul edir və heç bir allergik xəstəliyə tutulmurlar. 

Ancaq  bəzi  mədə-bağırsaq  xəstəlikləri  (infeksion,  parazitar  və  bir  sıra 

iltihab xarakterli xəstəliklər) zamanı həzm orqanlarının müdafiə qüvvələri 

pozulur, nəticədə ' allergik xəstəliklərin baş verməsinə şərait yaranır. 

Qida allergiyası nəticəsində bir sıra xəstəliklər baş verə bilər. Onlar çox 

mürəkkəb və çoxcəhətli olur. On- 

lardan dəri allergik xəstəliklərini, tənəffüs və mədə- bağırsaq orqanlarının 

allergik xəstəliklərini göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, bir 

çox hallarda dəri, yaxud dəri və tənəffüs orqanlarının allergik xəstəlikləri 

eyni  vaxtda  rast  gəlir.  Allergik  dəri  xəstəliklərindən  toksik  allergik 

dermatitə daha çox təsadüf olunur. 

Mikrobdan allergiya. Mikrobların törətdiyi hər hansı xronik iltihab ocağı 

(diş,  boğaz,  mədə-bağırsaq,  qulaq,  dəri,  qurd  xəstəlikləri  və  s.)  bir 

müddətdən sonra allergik xəstəliyə çevrilə büər. Həmin iltihab ocağında 

olan mikroblar daim özlərinin ifrazatı ilə zəhər buraxırlar. Orqanizm üçün 

yad olan bu zəhərə qarşı antitellər əmələ gəlir və allergik xəstəliyə səbəb 

downloaded from KitabYurdu.org



270 

 

olur.  Odur  ki,  allergiya  törədə  biləcək  iltihab  ocaqları  vaxtında  aşkar 



edilib, müalicə olunmalıdır. 

Allergiya törədən amillər insan orqanizminin özündə də vardır. Bunlara 

endoallergenlər  deyilir.  Bəzi  endoallergenlər  anadangəlmə  və  daim 

orqanizmdə  olur,  müəyyən  şəraitdə  allergik  xəstəlik  (revmatizm, 

sklerodermiya və s.) törədir. 

Allergiyanın baş verməsi və gedişi mərkəzi sinir sisteminin vəziyyətindən 

çox  asılıdır.  Belə  ki,  sinir  sistemi  sağlam  və  möhkəm  olan  adamlarda 

allergiya  heç  baş  vermir  və  ya  yüngül  keçir.  Mərkəzi  sinir  sisteminin 

vəziyyəti,  həssaslığı,  mənfi  emosiyalar,  allergiyanın  baş  verməsində  və 

gedişində  həlledici  rol  oynayır.  Odur  ki,  mərkəzi  sinir  sisteminin 

qayğısına  qalmaq,  onu  mənfi  emosiyalardan,  stress  reaksiyalarından 

qorumaq allergiyaya qarşı faydalı profilaktik tədbirlər ola bilər. 

Tədqiqatlardan məlum olmuşdur ki, allergiyalar irsi xəstəlik deyildir. O, 

nəsildən-nəslə keçmir. Lakin nəsildən- nəslə allergik xəstəliklərə meyllik 

keçir.  Xəstəliyin  əmələ  gəlməsi  orqanizmə  təsir  edən  xarici  və  daxili 

amillərdən  asılı  olur.  Hər  bir  kəs  həmin  mənfi  qıcıqlardan,  amillərdən 

özünü qorumalıdır. 

Allergiyanın aktiv və passiv növləri ayırd edilir. Əksər hallarda allergik 

reaksiya  orqanizmin  aktiv  iştirakı  ilə,  yəni  allergenin  bilavasitə  bədənə 

daxil olmasına və ya orqa¬nizmdə əmələ gəlməsinə cavab olaraq əmələ 

gəlir. Bu, aktiv 

allergiyadır. Passiv, transplantasiya edilmiş və ya köçürül¬müş allergiya 

tərkibində  allergik  antitellər  olan  qanın  və  ya  qan  komponentlərinin 

(məsələn,  qan  və  ya  plazma  köçürüldükdə),  yaxud  da  əvvəllər 

allergiyalaşmış  bir  fərdin  limfositlərinin  orqanizmə  daxil  olması 

nəticəsində törənir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə