265
Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir. Fransız alimi
Şarl Rişe, rus alimi Q.P.Saxarov, ingilis pediatrı Smit, iyirminci əsrin
əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş, müəyyən təcrübələr
aparmış və faydalı fikirlər söyləmişlər. Sonralar İ.İ.Meçnikov bu fikirləri
daha da genişləndirmişdir.
Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala
qarşı həssaslığın artması kimi təsəvvür olunur. Müəyyən edilmişdir ki,
immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin, yaxud
maddənin onun özününmü, ya ona yadmı olduğunu yaxşı bilir. Ona görə
də orqanizmə daxil olan hər hansı yad cismə qarşı mühafizə xarakterli
əks-cisimlər hasil olur.
Allergiyaların, yəni allergik reaksiyaların və allergik xəstəliklərin bir neçə
növü, xüsusən aşağıdakılar ayırd edilir:
1.
Sürətli allergik reaksiyalar, allergik xəstəliklər. Bunlar antigenin
orqanizmə daxil olduğu vaxtdan bir neçə
. dəqiqədən bir neçə saata qədər müddətdə meydana çıxır və B -
limfositlərinin iştirakı ilə həyata keçir.
2.
Ləng gedişli allergik reaksiyalar. Allergen orqanizmə daxil
olduqdan bir neçə sutka sonra allergik xəstəlik baş verir. Bunların
patogenezində T - limfositlər iştirak edir.
Müxtəlif yollarla orqanizmə daxil olmuş yad cisim (kimyəvi maddələr,
qida və ərzaq məhsulları, dərmanlar, tozlar, ətirlər və sairə - onları
yüzlərlə saymaq olar) aller¬gen olub xəstəlik törədə bilər.
Bir sıra dərman maddələri və kiçikmolekullu kimyəvi birləşmələr tam
antigen xüsusiyyətinə malik olmayıb, ayrı- ayrılıqda orqanizmdə əks-
cisimlərin əmələ gəlməsinə səbəb olmur. Hapten adlanan bu maddələr
downloaded from KitabYurdu.org
266
orqanizmdə zülallarla birləşdikdən sonra tam antigen xüsusiyyətləri kəsb
edir.
Daxil olan allergenlərə qarşı orqanizmin hasil etdiyi . əks-cisimlər
allergenləri tutaraq, antigen - antitel kompleksi əmələ gətirir. Həmin
kompleks orqanizmdə bioloji fəal maddələrin (histamin, serotonin,
asetilxolin, prostaqlan- dinlər, kininlər və s.) ifrazına səbəb olur ki, bu da
allergik xəstəlik üçün zəmin yaradır.
Tənəffüs və qida ilə, habelə parenteral yolla orqaniz¬mə daxil olmuş hər
bir allergen antigen-antitel kompleksi əmələ gətirə bilər. Bu kompleks qan
dövranında əmələ
gəlirsə, sürətli allergiya reaksiyaları - anafılaktik şok, serum xəstəliyi,
bronxial astma, övrə, Kvinke ödemi və s. baş verir. Hüceyrə ilə əlaqədar
ləng gedişli allergik reaksiyalara isə allergik kontakt dermatiti, toksik
allergik dermatit, bakterial allergiya, transplantatm ayrılma reaksi¬yası,
autoallergik xəstəliklər və s. aiddir.
Düzdür, allergenlərin orqanizmə daxil olması o qədər də asan deyil. Çünki
hər bir canlıda olduğu kimi, insan orqanizminin də müdafiə qüvvələri
vardır. Orqanizmin müdafiə qüvvələri dörd-beş qat baryerdən ibarətdir:
1.
Dəri örtüyü və selikli qişalar (ağız boşluğu, mədə- bağırsaq,
ağciyərlər və s.) onların üzərinə düşən hər bir orqanizm üçün yad maddəni
neytrallaşdırır və orqanizmdən kənar edir. Odur ki, əksər hallarda bu
maddələr orqanizmə daxil ola bilmir.
2.
Əgər bu maddələr hər hansı yolla dəridən və selikli qişalardan
orqanizmə daxil olursa (zədələnmə nəticəsində), limfa və qan dövranında
olan xüsusi «müdafiəçilər» onları məhv edir.
3.
Bu iki «mühafizə xəttini» keçə bilən allergenlər üçüncü «cəbhənin»
müqavimətinə rast gəlir. Bu da orqaniz¬min hüceyrə və toxumalarıdır;
downloaded from KitabYurdu.org
267
onların da özünümüdafiə sistemi vardır. Çox hallarda həmin
mühafizəçilər allergeni məhv edir və nəticədə xəstəlik baş vermir.
4.
Üçüncü mühafizə xəttini keçə bilən maddələr əleyhinə ən güclü
baryerlər olan sinir sistemi və endokrin vəziləri işə qoşulur.
Limfositlərin orqanizmə daxil olmuş allergenlər əleyhinə hasil etdiyi
mühafizə maddələri - əks-cisimlər qan dövranı vasitəsilə bütün orqanizmə
yayılır. Bunlar ən çox allergenlərin orqanizmə daxil olduğu yerlərə yığılır,
orqanizmi müdafiə etmək məqsədilə allergenləri yaxalayır və onlarla
birləşir. Beləliklə, allergen-antitel kompleksi əmələ gəlir ki, allergik
xəstəliyin əsas mahiyyəti də bundan ibarətdir. Əgər hər hansı bir
xəstəliyin baş verməsində allergen-antitel kompleksi əmələ gəlmirsə, o,
allergik xəstəlik sayılmır.
Müdafiə məqsədilə ifraz edilmiş bioloji aktiv mad¬dələr dəri örtüyünün
reaksiya gedən sahəsini qızardır, şişirdir, orada xırda sudurcuqlar və
düyüncüklər əmələ gəlir, qaşınır. Buna allergik dəri xəstəliyi deyilir.
Allergiyanın səbəbləri. Allergik xəstəlik ya qəfildən, ya da tədricən
başlana bilər.
Beləliklə, allergik reaksiya adamların özünün hər hansı bir maddəyə qarşı
şəxsi həssaslığı nəticəsində baş verir. Belə allergik reaksiya törədə biləcək
hər hansı bir maddə allergen sayılır.
Allergenlər 2 qrupa bölünür:
1)
ekzoallergenlər, yəni xaricdən orqanizmə daxil olan allergenlər;
2)
endoallergenlər və ya autoallergenlər - orqanizmin özündə əmələ
gəlir.
Məişət allergenləri. Mənzildə təsadüf olunan tozların (əyin və yatacaq
paltarının, xalçanın, mebelin, kitabların və s.) hər biri ayrı-ayrılıqda
allergen olub, xəstəlik törətmək qabiliyyətindədir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |