S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə89/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   85   86   87   88   89   90   91   92   ...   153

290 

 

sterilizatora  yığılır,  iti  alətlərin  sivri  ucu  pambığa  bükülüb  sterilizatora 



qoyulur  ki,  kütləşməsin.  Şüşə  alətlər,  şprislər  ayrıca  olaraq  sterilizasiya 

edilir, əsasən 20-30 dəqiqə qaynadılır. 

Sterilizasiya olunmuş alətlər yalnız işlənərkən sterili- zatordan çıxarılır. 

Qaynatmaq mümkün olmayan alətlər, əşyalar kimyəvi maddələr, 96 %-li 

spirtlə silinməklə sterilizasiya edilir. 

Bəzi əşyalar əldə işlədilərkən tez-tez spirtlə silinir. 

işlənmiş  əşyalar,  alətlər  hamısı  yenidən  sterilizasiya  olunmamış 

işlədilməməlidir.  Xəstələrlə,  yaralarla  işləyər¬kən  həkim  və  tibb 

işçilərinin  də  əlləri  təmiz  yuyulmalı,  spirt  və  ya  yod  məhlulu  ilə 

silinməlidir. 

Antiseptika - iltihabi proseslərin, yaraların mikrobsuz müalicə üsulu olub, 

iltihab  əmələ  gətirən  mikroorqanizm-  lərlə  mübarizəyə,  yaraların 

mikroblarla  yoluxması  nəticə¬sində  orqanizmdə  baş  vermiş 

intoksikasiyanı  aradan  qaldırmağa  və  orqanizmin  qoruyucu  qüvvələrini 

artırmağa doğru yönəldilmiş bir sıra tədbirlər kompleksini birləşdirir. 

sırf mexaniki yolla 

Antiseptika üç qrupa bölünür: 1. Mexaniki antiseptika - 

yaradakı mikroblarm məhv edilməsidir. 

2. Fiziki antiseptika 

yaraların daxilində olan 

mikroorqanizmlərin həyat fəaliyyəti üçün əlverişsiz şəraitin yaradılması, 

yəni kəsmək, açmaq, sorucu kompreslərin qoyulması və s. ibarətdir. 

3. Kimyəvi antiseptika - kimyəvi maddələrin tətbiq edilməsi ilə yaraların 

mikrobsuzlaşdırılmasıdır. 

downloaded from KitabYurdu.org



291 

 

Antiseptik maddələrə aşağıdakılar aiddir: 



karbol 

turşusu  -  mikroblara  çox  güclü  təsir  edir.  Onun  2-5  %-li  məhlulundan 

alətləri sterilizasiya etmək üçün istifadə olunur. 

Lizol,  xloramin,  etil  spirti  və  başqaları  güclü  antisep¬tik  maddələrdir. 

Onlardan müxtəlif alətləri təmizləmək, mikrobsuzlaşdırmaq üçün istifadə 

edirlər. 

Yod  tinkturasınm  5-10  %-li  məhlulundan  istifadə  edərək,  yaraları, 

operasiya ediləcək nahiyələri təmizləyirlər. 

Hidrogen-peroksid  -  zəif  antiseptikdir.  Bununla  irinli  yaralan 

təmizləyirlər.  Qələvi  və  üzvi  maddələr  toxunduqda  tez  parçalanan 

mayedir. 

Kalium-permanqanat  -  metal  kimi  parıldayan  tünd-  bənövşəyi  rəngdə 

kristaldır. Oksidləşdiricidir. 0,05-0,1 %-li məhlulları ilə yara və xoralar 

yuyulur. 

Furasillin  -  ən  güclü  antiseptik  olub,  sarı  rəngli,  suda  yaxşı  həll  olan 

kristallik  maddədir.  Suda,  spirtdə  məhlul¬larından,  məlhəmlərindən 

istifadə olunur. 

Rivanol - sarı rəngli tozdur, suda yaxşı həll olur. 

Iltihabi proseslərin sağalmasına müsbət təsir göstərir. 



Antibiotiklər də irinli, iltihab törədən mikroblara məhvedici təsir göstərir. 

Dezinfeksiya, dezinseksiya, deratizasiya 

Dezinfeksiya - xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi və ya 

zərərsizləşdirilməsidir.  Dezinfeksiyanı  həm  infeksiya  ocağında,  həm  də 

profilaktika məqsədilə aparırlar. 

downloaded from KitabYurdu.org




292 

 

Nə vaxt aparılmasından və məqsədindən asılı olaraq infeksiya ocağında 



aparılan dezinfeksiya cari və son dezin¬feksiyaya bölünür. 

Cari  dezinfeksiyanı  infeksiyalı  xəstənin,  yaxud  infeksiya  gəzdirənin 

olduğu bütün müddətlərdə xəstənin çarpayısı yanında və onun ətrafında 

aparırlar.  Cari  dezinfeksiyada  məqsəd  infeksiyanı  yayılmağa 

qoymamaqdır.  Yoluxucu ba¬ğırsaq  xəstəliklərində  cari  dezinfeksiyanın 

daha böyük əhəmiyyəti vardır. Xəstənin işlətdiyi əşyaları, onun dəyişəyini 

zərərsizləşdirirlər. 

Otağı  müntəzəm  surətdə  dezinfeksiya  məhlulları  ilə,  sabunla  yuyub 

təmizləyir, oyuncaqları, qab-qacağı qayna¬dırlar. Bəzən xəstənin yatdığı 

otağa ultrabənövşəyi şüalar verirlər. 

Son  dezinfeksiyanı  infeksion  xəstəlik  ocağında  xəstəni  xəstəxanaya 

qoyduqdan, xəstə sağaldıqdan, yaxud öldükdən sonra aparırlar. 

Profilaktika  məqsədilə  dezinfeksiya  infeksion  xəstəli¬yin  olub-

olmamasından  asılı  olmayaraq,  onun  qarşısını  almaq  üçün  aparılır. 

Profilaktik dezinfeksiyaya otaqların havasını hər gün dəyişmək, müalicə-

profilaktika  və  uşaq  müəssisələrinin  otaqlarını  0,5  %-li  xlorlu  əhəng 

məhlulu  ilə  yuyub  təmizləmək,  əlləri  tez-tez  sabunla  yumaq,  suyu 

xlorlaşdırmaq, xəstəlik törədiciləri ilə daimi mübarizə aparmaq aiddir. 

Dezinfeksiya üsulları mexaniki, fiziki və kimyəvi olur. 

Mexaniki  üsullara  yumaq,  silmək,  dəyişmək,  süpürmək  və  s.  aiddir. 

Çirklə birlikdə xəstəlik törədicilərinin bir qismi də kənar edilir. 

Mexaniki  üsullardan  ən  çox  qaynatma,  həmçinin,  kimyəvi  məhlullarla 

(2%-li  natrium-bikarbonat  və  ya  sabun,  sabunlu-sodalı  məhlul,  1%-li 

kalsiumlaşdırılmış soda məhlulu və s.) qaynatma və s. tətbiq edilir. Dezin-

feksiya  üçün  su  buxarından  da  istifadə  olunur.  Su  buxa¬rından  xüsusi 

dezinfeksiya kameralarında və avtoklavlarda istifadə edirlər. 

downloaded from KitabYurdu.org



293 

 

Kimyəvi dezinfeksiya üsulları daha çox yayılmışdır. Bunun üçün müxtəlif 



kimyəvi  maddələrdən: xlorlu  məhlul¬lardan (xlorlu  əhəng, xloramin və 

s.), fenol, kreol, lizol, spirt, qələvi və turşulardan istifadə edilir. 

Xlorlu əhəng kəskin xlor iyi verən ağ tozdur. Zibil qutuları və quyuları 

bununla dezinfeksiya edilir. Xlorlu əhəngin məhlulunu ifrazatı, həmçinin 

otaqları dezinfeksiya etmək üçün işlədirlər. Təsir müddəti 5-6 gün çəkir. 

Xloraminin  tərkibində  24-28  %  fəal  xlor  vardır.  0,2  %-dən  5  %-dək 

xloramin  məhlullarından  profilaktika  məqsədilə  və  infeksiya  ocağının 

dezinfeksiyası üçün geniş istifadə edirlər. Bu məhlullar öz fəallığını 15 

gün saxlayır. 

Qab-qacağı hər dəfə yeyəndən sonra 1-2 %-li natrium- bikarbonat və ya 1 

%-li  sabunlu  suda  15  dəqiqə  qaynadıb  dezinfeksiya  edirlər.  Çiçəyi  və 

hepatiti  olan  xəstələrin  qab-  qacağım  45  dəqiqə,  qarayarada  60  dəqiqə 

qaynadırlar. Qab-qacağı qaynatmaq mümkün deyilsə, 0,5 %-li duruldul- 

ımış  xlorlu  əhəng məhlulu və  ya 0,5 %-li xloramin töküb, 5-10 dəqiqə 

saxlayır və sonra qaynar su ilə yaxalayırlar. 

Dezinseksiya  -  infeksion  xəstəlikləri  yayan  həşərat¬ların  tələf 

edilməsidir. Dezinseksiya həm məişətdə, həm də epidemiyaların qarşısını 

almaq üçün aparılır. 

Məişət dezinseksiyasına otağın dərmanlanması, milçək¬lərin, taxtabiti və 

tarakanların,  həmçinin  digər  həşəratların  artıb  çoxaldığı  yerlərin  planlı 

surətdə dərmanlanıb, onların tələf edilməsi və s. aiddir. 

Epidemik məqsədlə aparılan dezinseksiya yataq ləvazimatlarının, eləcə də 

infeksiya  ocağındakı  bütün  adamların  eyni  vaxtda  hamamda 

yuyundurulmasıdır.  Dezinseksiya  fiziki,  kimyəvi  və  bioloji  metodlarla 

aparılır. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə