S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə91/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   87   88   89   90   91   92   93   94   ...   153

297 

 

ötrü,  aparıcı  patogenetik  amilə  təsir  göstərmək  üçün  müxtəlif 



dərmanlardan istifadə olunıır. 

Törədici  mikroba  təsir  göstərmək  üçün  antibakterial  preparatlar 

(kimyaterapiya,  antibiotikoterapiya),  bakterio-  faqlar  (faqoterapiya), 

immun  serumlar,  spesifik  qamma-  qlobulinlər  (seroterapiya)  tətbiq 

olunur. 

Orqanizmə təsir göstərərkən immunogenezi tənzimlə¬yən spesifik təsirli 

preparatlardan,  o  cümlədən,  vaksinlərdən  (vaksinoterapiya)  və  qeyri-

spesifık  təsirli  vasitələrdən,  yəni  vitaminlərdən  (vitaminoterapiya),  qan 

preparatlarından  (he-  moterapiya),  habelə  pirimidin  törəmələrindən 

(metilurasil,  penteksil),  qlükokortikosteroid  hormonlardan  və  s.  istifadə 

edilir. 

Fərdi  terapiyanın  aparılması  xəstəliyin  dövrünü,  formasını,  gedişini, 

ağırlığını nəzərə almağı, müfəssəl patogenetik diaqnozun qoyulmasını və 

xəstənin  yaşma,  orqanizminin  xüsusiyyətinə  diqqət  yetirilməsini  tələb 

edir. Bununla da müasir tibb qədim (Hippokrat, ibn Sina, M.Y.Mudrov) 

«müalicə xəstəliyin müalicəsindən ibarət deyil, müalicə xəstənin özünün 

müalicəsindən  ibarətdir»  tezisini  təsdiq  edir.  Infeksion  xəstələrin 

müalicəsində rejim, 

qida, ətraf mühitin gigiyenası mühüm amillərdir. 

Infeksion  patologiyada  antibiotikoterapiya  daha  böyük  praktik 



əhəmiyyətə malikdir. Onun əsas prinsipləri aşağıdakılardır: 

1) 


xəstəliyin  törədici  mikroblarmm  ayrılması  və  identifikasiya 

edilməsi,  yəni  növünün  müəyyənləşdirilməsi,  onun  antibiotikoqrammm 

öyrənilməsi; 

2) 


daha aktiv və daha az toksik preparatın seçilməsi; 

downloaded from KitabYurdu.org




298 

 

3) 



antibiotikin optimal dozasının və yeridilməsi metodunun müəyyən 

edilməsi; 

4) 

müalicənin  vaxtında  başlanması  və  antibiotikote¬rapiya  kursunun 



lazımi müddətdə aparılması; 

5) 


antibiotik  təyin  edilən  zaman  əlavə  təzahürlərin  xarakterinin  və 

tezliyinin məlum olması; 

6) 

antibakterial  effekti  gücləndirmək  məqsədilə  anti¬biotiklərin  bir-



birilə və başqa preparatlarla kombinasiya edilməsi. 

Antibiotiki birinci növbədə törədici mikrobun növünə görə təyin edirlər. 

Məlumdur  ki,  penisillin  qrupu  preparat¬ları  (benzilpenisillin  duzları, 

bisillin, fenoksimetilpenisillin, oksasillin, ampisillin, karbenisillin), qram-

müsbət kokkla- ra (streptokokklara, stafılokokklara, pnevmokokklara) və 

qram-mənfi kokklara (qonokokklara, meninqokokklara), habelə qarayara 

çöplərinə,  klostridlərə,  difteriyatörədici  mikroblara,  trepanomalara, 

leptospirlərə qarşı yüksək dərəcədə effektlidir. 

Streptomisin 

qrupundan 

olan 

preparatlar 



(streptomi- 

sin, 


dehidrostreptomisin)  qram-mənfi  bakteriyalara  -  bağırsaq  çöplərinə, 

dizenteriya,  taun,  tulyaremiya,  brusel-  yoz  törədici  mikroblara  və 

mikobakteriyalara  -  vərəmtörə-  dici  mikroblara  bariz  təsir  göstərirdi. 

Hazırda  həmin  mikroorqanizmlər  streptomisinlərə  qarşı  həssaslıqlarını 

qismən  itirmiş,  bununla  əlaqədar  həmin  preparatların  tətbiqi 

məhdudlaşdırılmışdır. 

Göbələklərə  qarşı  antibiotiklər  (nistatin,  levorin)  əksər  göbələklərə-

müxtəlif  mikoztörədici  mikroblara  qarşı  effektli¬dir  və  onlar  hazırda 

başqa  antibiotiklərin  uzunmüddətli  tət¬biqi  hallarında  kandidozun 

profilaktikası üçün təyin edilir. 

downloaded from KitabYurdu.org



299 

 

Antibiotiklər və başqa kimyəvi preparatlar vaxtında tətbiq edildikdə, daha 



yaxşı  effekt  verir,  orqanizmdə  dərin  dəyişikliklərin  inkişafının  və 

xəstəliyin kəskin formadan xronik formaya keçməsinin qarşısını alır. 

İnfeksion  xəstəliklərin  kimyəvi  dərmanlarla  müalicəsi  zamanı  üç  növ 

ağırlaşma baş verə bilər: allergik, endotok- sik və disbakterioz. 

Serumun effekti onun dozasından və yeridilmə  müddətlərindən asılıdır. 

Serum  xəstəliyin  əvvəlindən  nə  qədər  tez  yeridilərsə,  nəticəsi  o  qədər 

yaxşı olar. Çünki serum qanda sərbəst dövr edən toksini yaxşı inaktivasiya 

edir.  Toksinin  dövr  müddəti  1-3  gündür,  bundan  sonra  o,  hüceyrə  və 

toxumalara keçir.  

Bəzi infeksion xəstələrin müalicəsi zamanı immuno- qlobulinlərin böyük 

rolu vardır. Bunlara immunlaşdırılmış donorların qan serumundan alınmış 

immunoqlobulinlər  və  poliqlobulinlər  aiddir.  Həmin  preparatların  əks-

cisim  konsentrasiyası  yüksəkdir,  ballast  zülalları  yoxdur,  onlar  az 

reaktogendir. Homoloji qamma-qlobulinin üstünlükləri vardır: toxumaya 

daha  yaxşı  keçir  və  onun  yeridilməsi  əlavə  reaksiyalarla  müşayiət 

olunmur. 

Hazırda  müalicə  praktikasında  təbii  çiçəyə,  qripə,  gənə  ensefalitinə, 

stafilakokk infeksiyasma, qarayaraya, leptospiroza, göyöskürəyə və başqa 

xəstəliklərə  qarşı  immunoqlobilinlər  vardır.  Xəstənin  orqanizminə 

immuno- qlobulinlərlə birlikdə, qanda bir aya yaxın dövr edən hazır əks-

cisimlər yeridirlər. 

Immunoterapevtik vasitələr arasında vaksinlər əsas rol oynayır. Bunların 

təsir  mexanizminin  əsasını  orqaniz¬min  qoruyucu  qüvvələrini  spesifik 

stimulyasiya  prinsipi  təşkil  edir.  Antigen  qıcıqlandırıcının  yeridilməsi 

faqositozu 

gücləndirir, 

mikroorqanizmin 

spesifik 

əks-cisimlər 

hazırla¬masına səbəb olur. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə