S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə94/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   90   91   92   93   94   95   96   97   ...   153

308 

 

mikobakteriyası” və ya vərəm çöpləri adlandırmağı məsləhət görmüşdür. 



Qısa və sadəcə olaraq “BK” kimi ifadə edilir. •' 

Mikroblar  məişətdə  geniş  yayılmaq  xüsusiyyətlərinə  malikdirlər.  Xarici 

mühit  təsirlərinə  də  davamlıdırlar.  Onlar  soyuq,  qaranlıq  və  rütubətli 

şəraitdə aylarla yaşaya bilir, spirt, turşu, qələvilərə davamlıdırlar. Vərəm 

miko-  bakteriyalarmı  yüksək  hərarət,  günəş  şüaları,  karbol  turşusu, 

xloramin, lizol məhlulları məhv edir. Ona görə də dezinfeksiya işlərində 

həmin  məhlullardan  və  qaynatma¬dan,  günəş  şüalarından  istifadə 

edilməsi  müsbət  nəticə  verir.  Vərəm  çöpünün  uzunluğu  3-5  mikrona 

bərabərdir. 

R.Koxdan  sonra  bir  çox  tədqiqatçılar  vərəm  çöp-  cüklərini  öyrənməyə 

başladılar.  Onlar  müəyyən  etmişlər  ki,  bir  neçə  mikobakteriya  növü 

məlumdur  və  onların  bəziləri  quşlarda,  başqaları  məməli  heyvanlarda 

xəstəlik  törədir.  Öküz  tipi  çöpcüyü  qaramalda  olmaqla,  xəstə  heyvanın 

südünü yaxşı qaynatmadan içdikdə yoluxma ola bilər. 

Qurumuş  bəlğəmdə  vərəm  çöpcüyü  100°C  qızdırıl¬dıqda  ancaq  45 

dəqiqədən sonra tələf olur. Buradan mə¬  

lumdur ki, əsas yoluxma mənbəyi açıq vərəm formasına tutulmuş xəstə, 

yəni  basil  ifraz  edən  şəxsdir.  Vərəm  çöpcükləri  sağlam  adamın 

orqanizminə əsasən tənəffüs yolları ilə, bəzi hallarda həzm yolu vasitəsilə 

daxil olur. Ən çox ağciyər vərəminin baş verməsini alimlər onun yoluxma 

yolunun  hava  vasitəsilə  olması  ilə  izah  edirlər.  Mikrob  hava  ilə 

ağciyərlərin  toxumalarına  düşür,  orada  çökərək  vərəm  ocaqları  əmələ 

gətirir. Vərəm xəstəsinin bir damcı bəlğəmində 2-3 milyona qədər çöpcük 

olur. Belə xəstələr sutka ərzində milyardlarla vərəm çöpcüyü ifraz edirlər. 

İki  cür  vərəm  növü  (açıq  və  ya  yoluxan,  qapalı  və  ya  yoluxmayan) 

müəyyənləşdirilmişdir. 

downloaded from KitabYurdu.org



309 

 

Profilaktikası.  Basil  ifraz  edən  adamın  ətrafında  digər  şəxslərin 



yoluxmaması üçün bir sıra profilaktik tədbirlər həyata keçirilməlidir: 

1. 


İnfeksiya ocağı gündəlik dezinfeksiya edilməli

2. 


Ümumi gigiyena qaydalarına ciddi əməl olunmalı; 

3. 


Bəlğəm,  qidanın  qalıqları  toplanmalı  və  dezin¬feksiya  həyata 

keçirilməli; 

4. 

Xəstənin dəyişəyi dezinfeksiya edilərək ayrılıqda yuyulmalı; 



5. 

Xəstənin  otağı,  təmasda  olduğu  əşyalar  müntəzəm  surətdə 

təmizlənməli və dezinfeksiya edilməli

6. 


Milçəklərlə mübarizə aparılmalı; 

7. 


Xəstə  və  ona  qulluq  edən  şəxslər  ciddi  surətdə  şəxsi  gigiyena  və 

profilaktikaya riayət etməlidirlər. 

Hər  vərəm  xəstəsi  ətraf  mühit  üçün  qorxulu  sayılmır.  Şəxsi  gigiyena 

qaydalarına əməl etməyən, pinti, eqaist xəstələr daha qorxuludurlar. Lakin 

yeni aşkara çıxarılmış açıq vərəm formalı xəstələri təcrid etməklə müalicə 

aparılması əsas şərtlərdəndir. 

  

xəstənin 



Vərəm  xəstəsi  özünü  elə  aparmalıdır  ki,  o  yoluxma  mənbəyi  olmasın. 

Başqa  adamların  mədəniyyətindən,  tibbi  təhsilindən,  intizamlı 

olmasından  çox  asılıdır.  Belə  xəstələrin  qab-qacağı,  yorğan-döşəyi, 

xüsusilə  otağı  ayrı  olmalıdır.  Xəstəyə  dezinfeksiya  üçün  məhlullar:  2 

faizli soda və 5 faizli xloramin məhlulu 

301  


downloaded from KitabYurdu.org


310 

 

verilməlidir.  Xəstə  və  onun  yaxınları  geniş  istifadə  edilən  dezinfeksiya 



məhlullarını  hazırlamağı  və  istifadə  etməyi  bacarmalıdırlar.  Ən  çox 

işlənən və yaxşı təsir göstərən dezinfeksiyaedici xloramindir. Ondan 0,5; 

1; 2; 5 faizli məhlullar hazırlamaq üçün bir litr suya 5, 10, 20, 50 qram 

quru maddə- tökülür, ağac çubuqla şəffaf olanadək qarışdırılır və müvafiq 

işlərdə istifadə edilir. 

insanların vərəmlə yoluxma yolları müxtəlifdir: 



1.  Damcı  vasitəsilə  yoluxma.  Öskürdükdə,  asqırdıqda  bəlğəm,  hava  və 

tüpürcəklə  mikroblar  ətrafa  yayılaraq  ətrafdakı  şəxslərin  tənəffüs 

yollarına  düşməsi  ehtimalı  artır.  Buna  görə  də  insan  asqırdıqda, 

öskürdükdə sol əlinin arxası ilə ağzını tutması lazımdır ki, həmin əllə heç 

kimlə 

• • 


goruşmur. 

2. 


Təmas  vasitəsilə  yoluxma.  Xəstənin  məişət  əşya¬larından  istifadə 

etdikdə, əllə görüşdükdə, öpüşdükdə, sağlam adamlar yoluxur. Xəstə və 

əhatəsində  olanlar  gigiyena  qaydalarını  gözləsələr,  yoluxmanın  qarşısı 

almır. 


3. 

Toz vasitəsilə yoluxma. Vərəm çöpləri xəstənin bəlğəmi, tüpürcəyi 

ilə ətraf mühitə düşür, quruyur və tozlara qarışaraq həmin hava ilə nəfəs 

alan  şəxslərin  tənəffüs  yollarına  düşə  bilir.  Ona  görə  tozla  mübarizə, 

təmizlik işləri, bitkilərin artırılması çox faydalıdır. 

4. 


Qida  vasitəsilə  yoluxma.  Qida  məhsulları  ilə  vərəm  çöpləri 

orqanizmə  düşür.  Xəstənin  bəlğəm  və  tüpürcək  qalıqları  ilə  çirklənmiş 

ərzaq  məhsulları  ilə  qidalandıqda  sağlam  şəxslər  yoluxur.  Xəstə 

heyvanlardan sağılmış süd və süd məhsullarını yaxşı qaynatmayıb qəbul 

downloaded from KitabYurdu.org



311 

 

etdikdə  xəstəliyə  yoluxma  baş  verir.  Milçəklər  mikrobun  yayılmasında, 



az da olsa, müəyyən rola malikdirlər. 

Orqanizmin xəstələnməsi üçün mikrobun, vərəm çö¬pünün - törədicinin 

orqanizmə  daxil  olması  kifayət  deyildir.  Onun  inkişafı  üçün  müəyyən 

şəraitin olması da lazımdır. Bədənimizdə bir çox müdafiə vasitələri vardır 

ki,  onlar  bizi  vərəmlə  yoluxmadan  və  xəstələnmədən  qoruyur. 

Orqanizmin vərəm xəstəliyi törədicilərinin uzun müddət  

latent  (qeyri-fəal)  mikrobizm  deyilən  halı  olur.  Orqanizmdə  törədicinin 

olmasına  baxmayaraq  xəstəlik  əlamətləri  meyda¬na  çıxmır.  Çünki 

orqanizmə  düşmüş  törədici  faqositar  sistemlə  zəngin  olan  orqanlarda  - 

qaraciyər, dalaq, sümük iliyi, limfa düyünləri və ağciyərlərdə olurlar. Bu 

orqanlarda  törədicilər  mürəkkəb  müdafiə  mexanizmlərinə  rast  gəlir  və 

insan xəstəlikdən sovuşmuş olur. Burun boşluğunun seliyi də mikrobun 

daxilə  keçməsinin  qarşısını  alır.  Ağciyərə  çatmış  mikrobları  burada 

faqositar mikrofaqlar udur və onların xəstəlik törətməsinə imkan vermir. 

Eyni  zamanda  orqa¬nizmin  vərəmə  qarşı  immuniteti  də  mühüm  rol 

oynayır. Qandakı Kox hasillərini (KB) tutub məhv etməyə qabil xüsusi 

immunitet hüceyrələri də onları məhv edir. Limfa sistemi də orqanizmin 

müdafiəsini təşkil edir. Toxumalarda iltihab ocaqlarının əmələ gəlməsi də 

mahiyyət etibarilə müdafiə reaksiyalarmdandır. 

Buradan  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  orqanizmin  vərəmlə 

xəstələnməsinə  səbəb  törədicilərin  çoxlu  miqdarda  orqanizmə  daxil 

olması  və  insanın  xəstəliyə  qarşı  rezistent-  liyinin  (davamlılığının) 

azalmasıdır. 

Orqanizmin vərəmə qarşı müqaviməti bir çox səbəblər üzündən insanın 

həyatı  boyu  dəyişə  bilər.  Deməli,  psixi  və  fiziki  cəhətdən  zəifləmiş 

orqanizmlərdə  xəstəliyin  baş  verməsi  ehtimalı  daha  çoxdur.  Vərəmə 

tutulma peşə ilə də əlaqədardır, yəni tozlu işlərdə çalışanlarda daha çox 

müşahidə  edilir.  Digər  amillərdən  pis  mənzil  şəraiti,  qeyri-  normal 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə