S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə97/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   93   94   95   96   97   98   99   100   ...   153

318 

 

Malyariya.  Xəstəliyin  klinik  mənzərəsi  qızdırma  tut¬maları  ilə 



xarakterizə olunur. Tutmalar titrətmə, qızdırma və tər ifrazı ilə müşayiət 

olunur. 


Tropik  malyariyanın  bədxassəli  formasının  müalicəsi  zamanı 

malyariyaya qarşı (xinin, xinqamin) preparatları parenteral olaraq bədən 

çəkisinin hər kiloqramına 5-10 mq dozada, gündə 2 dəfə yeridirlər. 

Leyşmaniozlar. Başlanğıc dövrdə zəiflik, iştahanın azalması, dalağın azca 

böyüməsi qeyd edilir. Xəstəliyin qızğın dövründə visseral leyşmaniozun 

kardinal  simptomu  -  qızdırma  başlanır.  Visseral  leyşmaniozun  daimi 

əlaməti qaraciyərin və dalağın böyüməsi, bərkiməsi sayılır: dalaq qarın 

boşluğunun  2/3  hissəsini  tuta  bilər.  Xəstəliyin  birinci  üç  ayı  dalağın 

ölçüləri  sürətlə,  sonralar  isə  tədricən  böyüyür.  Limfatik  düyünlər  şişir, 

ağrı vermir. Xəstələr taqətdən düşənə qədər arıqlayırlar. 

Müalicə.  Visseral  leyşmanioz  zamanı  beşvalentli  antimon  preparatları 

effektlidir. 

Solüsurmin (solüstibozon, stibanol, pentostam) 7-16 gün ərzində hər gün 

əzələyə və ya venaya yeridilir. 

Neostibozam sutkada 0,1 q ilk dozada və 0,4 q maksimal dozada venaya 

və  ya  əzələyə  yeridirlər;  müalicə  kursu  18-20  inyeksiyadan  ibarətdir. 

Habelə  qlükantim  (sutkada  əzələyə  12  ml,  bir  müalicə  kursunda  12-15 

inyeksiya) geniş tətbiq olunur. 

Antimonlu preparatlar effektli olmadıqda, hər gün və ya günaşırı 0,004 

q/kq  birdəfəlik  dozada  pentamidinin  (lomidin)  əzələyə  yeridilməsinə 

göstəriş vardır; müalicə kursu 10-15 inyeksiyadan ibarətdir. 

Epidemik qayıdan yatalaq. Bitlə yoluxan qayıdan yatalaqdır. İnkubasion 

dövrü 3 gündən 14 günə qədər olur. Xəstəlik qızdırma və temperaturun 

39-40°C-dək  yüksəlmə¬si  ilə  növbələşən  qısamüddətli  titrətmə  ilə 

qəflətən  başlanır.  Yuxusuzluğa  səbəb  olan  şiddətli  baş  və  əzələ  ağrıları 

downloaded from KitabYurdu.org




319 

 

əmələ  gəlir.  Baldır  əzələlərində  xüsusilə  şiddətli  ağrılar  olur,  onların 



palpasiyası  ağrı  verir.  Ağrılar  həmçinin  oynaqlar  nahiyəsində  sinirlərin 

gedişi  boyu  aşkar  edilir.  Xəstələrin  iştahası  pozulur.  Ürəkbulanma, 

qusma,  ishal  müşahidə  edilir.  Dil  quru,  ağ  və  ya  sarımtıl  ərplə  örtülür, 

diurez azalır. 

Qayıdan  yatalağın  ciddi  ağırlaşmalarına  dalağın  partlaması  aiddir. 

İrinlədici  mikroflora  qoşulduqda  pnev-  moniya,  plevrit,  dalağın  absesi, 

fleqmona  inkişaf  edir.  Gözlərin,  qulaqların,  oynaqların,  qığırdaqlarm 

zədələn- məsi halları qeydə alınmışdır. 

Müalicə.'  Penisillin,  tetrasiklin,  levomisetin,  eritromi-  sinlə  etiotrop 

müalicə aparırlar. Penisillinin 5 gün müddə¬tində 2000000 TV sutkalıq 

dozada  yeridilməsi  tutmaları  äradaıı  qaldırır,  residivlərin  qarşısını  alır. 

Tetrasiklini 5-7 gün müddətində, gündə 4 dəfə 0,2 - 0,4 q təyin edirlər. 

Profilaktika. Bu infeksiyamn əsas profilaktikası pedi- kulyozla (bitliliklə) 

mübarizədən ibarətdir. Epidemik yata¬laq lı xəstələr hospitallaşdırılırlar. 

Xəstələrin  əşyaları  kamera¬da  dezinfeksiya  olunmalıdır.  Təmasda  olan 

şəxslər gündəlik termometriya aparılmaqla 25 gün nəzarət altında qalırlar. 

Gənə  qayıdan  yatalağı.  '  Gənənin  dişlədiyi  yerdə  həmişə  nöqtəvarı 

qansızma və  hemorragik haşiyəyə  alınmış kiçik papula şəklində  çıxıntı 

olur. 

Inkubasion  dövr  6-10  gün  çəkir.  Xəstəlik  qəflətən  başlanır  və  qızdırma 



tutmaları ilə təzahür edir. Tutma vaxtı temperatur 39 - 40°C-dək yüksəlir. 

Titrətmə, baş və 

əzələ  ağrıları,  yuxusuzluq  başlanır,  iştaha  itir.  Xəstələr  özlərini  narahat 



hiss edir, bəzən sayıqlayırlar. Sifət sarılıq çaları ilə hiperemiyalaşır, nəbz 

tezləşir. 

downloaded from KitabYurdu.org



320 

 

Müalicə. Antibiotiklər işlədilir. Xlortetrasiklin ən çox terapevtik aktivliyə 



malikdir. Sutkada 6 dəfə 0,25 q təyin edilir. Habelə temperatur enənədək 

gündə 3-4 dəfə 0,2 q tetrasiklin təyin edilməsinə göstəriş vardır. 

Profilaktika.  Xəstəlik  ocağında  gənələrlə  kompleks  mübarizə  tədbirləri 

aparılır və insanları onlardan qoruyan tədbirlər həyata keçirilir. 

Endemik, yaxud siçovul səpgili yatalağı. İnkubasiya dövrü orta hesabla 5-

15 gündür. Xəstəlik çox vaxt kəskin başlanır: başağrısı, oynaq və əzələ 

ağrıları,  titrətmə  olur.  Temperaturun  xəstəliyin  1-ci  həftəsinin  axırma 

yaxın 38 - 40°C-dək yüksəlməsi tez və ya tədricən ola bilər. Səpgi çox 

vaxt xəstəliyin 4-7-ci günü olur. Səpgi sinədə, qarında, üzdə, ətraflarda, 

ovucun içində və ayağın altında lokallaşır. 

Sinir  sistemi  cüzi  zədələnir.  Ürək-damar  sisteminin  zədələnməsi, 

hipotoniyaya və bradikardiyaya meyllik təza¬hür edir. Bronxit əlamətləri 

ola bilər. 

Profilaktika.  Siçovulun  yoluxdurduğu  səpgili  yatalağı  olan  xəstə 

ətrafdakılar üçün yoluxdurucu deyildir və onu məcburi hospitallaşdırmaq 

lazım gəlmir. Profilaktik tədbirlər infeksiya mənbəyinin - gəmiricilərin və 

onların ektoparazitlərinin məhv edilməsinə yönəldilməlidir. 

Ağcaqanad  ensefaliti.  İnkubasion  dövr  5  gündən  14  günə  qədərdir. 

Xəstəlik,  bir  qayda  olaraq,  kəskin  başlanır.  Xəstəliyin  birinci  2-3  günü 

temperatur qəflətən 39-40°C-dək və hətta 41°C-dək yüksəlir. 6-10 gün bu 

səviyyədə  qalır.  Titrətmə,  xüsusən  alın  nahiyəsində  baş¬ağrısı,  beldə, 

qarında, ətrafda ağrılar, ürəkbulanması, qus¬ma xarakterikdir. 

Müalicə. Xəstəliyin erkən vaxtlarında rekonvalessent- lərin qan serumu, 

hiperiııımun at serumu, yaxud qamma- qlobulin tətbiq edilir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə