S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə100/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   96   97   98   99   100   101   102   103   ...   153

327 

 

Xəstəliyin  başlanmasından  əvvəl  kefsizlik,  zəiflik,  əhval-ruhiyyənin 



düşkünlüyü,  kəskin  zehni  və  fiziki  yorğunluq,  başağrısı,  iştahanın 

azalması  müşahidə  olunan  prodromal  dövr  3-5  gün  davam  edir.  Sonra 

xəstəlik gər-ginləşir, temperatur yüksəlir, şiddətli tərləmə üstünlük təşkil 

edir. Qızdırma uzun çəkir, xəstəliyin qızğın dövrün¬də temperatur qalxır.  

Limfatik düyünlər, xüsusən boyun və qoltuqaltı düyün¬lər paxla boyda 

olur, ağrımır və ətraf toxuma ilə bitişmir. 

Müalicə.  Brusellyozun  müalicəsində  əsas  məsələ  xəstəlik  prosesinin 

aradan  qaldırılmasından,  onun  nəticə¬lərinin  ləğv  edilməsindən  və 

xəstənin əmək qabiliyyətinin bərpa edilməsindən ibarətdir. 

Brusellyozun  kəskin  və  yarımkəskin  formalarının  müalicəsinə 

antibiotiklərin  tətbiq  edilməsi  ilə  başlayırlar,  bunlar  antibakterial  təsir 

göstərir,  bədənin  temperatu¬runun  enməsinə,  intoksikasiyanm  və  tər 

ifrazatının azal¬masına səbəb olur. Brusellyozda levomisetin, tetrasiklin, 

streptomisin daha çox effektlidir. 

Taun.  Taunda  inkubasion  dövr  3-6  gündən  peyvənd  olunmuşlarda  10 

günə qədər davam edir. 

Xəstəlik prodromal əlamətlər olmadan, nəzərə çarpan titrətmə və bədən 

temperaturunun  39-40°C-dək  yüksəl¬məsilə  qəflətən  başlanır.  Xəstələr 

tez-tez  ürəkbulanması  və  qusma  ilə  müşayiət  olunan  şiddətli  başağrısı, 

əzələ  ağrıları,  əzginlik,  çox  vaxt  dəhşət,  qorxu  hiss  edirlər.  Uz  və 

konyunktivalar  hiperemiyalaşır,  burun  dəlikləri  genişlənir,  dodaqlar 

quruyur. Ağız boşluğunun selikli qişasında çox vaxt hemorragiyalar və 

xoralar  aşkar  edilir.  Dil  şişmiş,  quru,  titrəyir,  qalın  ərplə  örtülür.  Dilin 

ölçülərinin  xeyli  böyüməsi  və  onun  son  dərəcədə  quruluğu  xəstənin 

nitqini anlaşılmaz edir. Xəstəliyin ağır gedişi zamanı üz göyərir, cizgiləri 

kəskinləşir, dözülməz iztirab və dəhşət ifadəsi meydana çıxır. 

downloaded from KitabYurdu.org



328 

 

Nəbzin  pozulması:  taxikardiya  (dəqiqədə  120  -  160  vurğuya  qədər), 



aritmiya, ürək tonlarının karlaşması, arterial, xüsusən maksimal təzyiqin 

kəskin  enməsi  (sianoz  və  təngnəfəslik)  ürək-damar  sisteminin 

zədələnməsi erkən müəyyən edilir. 

Müalicə.  Taun  tutmuş  xəstələr  ciddi  təcrid  edilməli  və  məcburi 

hospitallaşdırılmalıdırlar. 

Taunun  etiotrop  müalicəsində  antibiotiklər:  yüksək  dozalarda  təyin 

olunan tetrasiklin, streptomisin və levomisetin əsas əhəmiyyət kəsb edir. 

Streptomisin taunun bütün formalarında effektlidir. 

Quduzluq.  Quduzluq  ağır  ensefalitin  inkişafı  ilə  xarakterizə  olunan 

zoonoz virus neyroinfeksiyasıdır. 

Quduzluqda infeksiyanm giriş qapısı dəri üzərində, az ' hallarda  selikli 

qişalarda  zədələnmələr  (yara,  sıyrmtı)  sayılır.Törədici  mikrob 

mərkəzəqaçan sinir lilləri ilə irəliləyir və mərkəzi sinir sisteminə çatır. 

İnkubasiya dövrü 12 gündən 90 günə qədər, nadir hallarda isə bir ilə qədər 

və daha çox davam edir. 

Xəstəliyin  gedişini  üç  dövrə  bölürlər:  1)  xəbərdarlıq  dövrü,  2)  oyanma 

dövrü, 3) iflic dövrü. 

Xəbərdarlıq dövründə ümumi kefsizlik və başağrısı ilə yanaşı, dispeptik 

əlamətlər  müşahidə  edilir,  temperatur  subfebril  olur.  Dişlənmə  yerində 

iltihab təzahürləri kəskin¬ləşir, çapıq toxuma yenidən qızarır, şişir, yara 

nahiyəsində 

sızıldayan ağrılar meydana çıxır. Eyni vaxtda psixikanın 

pozulmasının  ilk  simptomları  (qorxu,  dəhşət,  kədər,  həyə¬can,  qəmli 



fikirlər)  aşkar olunur. Xəstə  məyus, qaradin-  məz, laqeyd olur, qidadan 

downloaded from KitabYurdu.org




329 

 

imtina edir, yuxusu pisləşir. O, vahiməli yuxular görür. Xəbərdarlıq dövrü 



2-3  gün  davam  edir.  Sonradan  laqeydlik  və  depressiya,  nəbzin  və 

tənəf¬füsün  tezləşməsi  ilə  müşayiət  olunan  narahatlıqla  əvəz  olunur. 

Udma çətinləşir, tənəffüsün daha da pozulmasının ilk əlaməti kimi “döşdə 

sıxıntı” hissi baş qaldırır. 

Oyanma dövrü reflektor oyanmanın yüksəlməsi və xəstəlik tutmalarının 

inkişafı ilə xarakterizə olunur. 

Tutma zamanı xəstənin görünüşü son dərəcə xarak¬terikdir: o, qışqırıqla 

başını  və  bədənini  geriyə  əyir,  titrəyən  əllərini  irəli  atır,  su  olan  qabı 

itələyir. 

Xəstənin 

boynu  dartılır,  əziyyətli  qıcolmalar  üzünü 

eybəcərləşdirir,  sifəti  göyərir  və  dəhşət  ifadə  edir,  göz  bəbəkləri 

genişlənir, nəzərləri bir nöqtəyə zillənir. Xəstə fışıltı ilə nəfəs alır, yardım 

istəyir, bəzən qusma müşahidə edilir. Tutmanın qızğın çağında ürəyin və 

tənəffüsün dayanması mümkündür. ' Tutma bir neçə saniyə davam edir, 

bundan  sonra  əzələ  spazması  keçib  gedir.  Xəstəliyin  bu  qızğın  inkişaf 

dövründə  xəstələrdə  şiddətli  psixomotor  oyanma  baş  verir  ki,  bu  da 

xəstəliyin  adlandırılması  üçün  əsas  olmuşdur.  Xəstələr  aqressiv  olurlar, 

özlərini  və  ətrafdakılan  cırmaqlayır  və  dişləyir,  tüpürür,  qışqırır  və 

ümidsiz  qəzəblə  vurnuxur,  geyimlərini  cırır,  insan  qüvvəsindən  xaric 

“quduz” qüvvə əldə edərək mebeli, pəncərəni, qapmı sındırırlar. 

Müalicə.  Quduzluğun  spesifik  müalicəsi  işlənib  hazır¬lanmamışdır. 

Xəstənin  iztirablarını  azaltmağa  yönəldilmiş  simptomatik  müalicə 

aparırlar. 

Quduzluğa tutulmuş xəstənin sakitliyi və xarici qıcıqlardan (səs-küydən, 

parlaq  işıqdan,  havanın  kəskin  hərəkətindən)  qorunması  vacibdir.  Onu 

sakit,  qaranlıq-  laşdırılmış,  isti  palatada  yerləşdirirlər,  fərdi  post  təyin 

edirlər.  Mərkəzi  sinir  sisteminin  ifrat  qıcıqlanmasmı  azaltmaq  üçün 

yuxugətirici,  qıcolma  əleyhinə  və  ağrıkəsən  dərmanlardan  (morfin, 

xloralhidrat, aminazin, lüminal və s.) istifadə edirlər. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə