S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə102/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   98   99   100   101   102   103   104   105   ...   153

333 

 

Helmintozlar 



Helmintozlar  parazit  qurdların  -  helmintlərin  törət¬diyi  xəstəliklər 

qrupudur.  İnsan  bədənində  250  növdən  artıq  helmint  parazitlik  edir. 

Helmintlər  həyat  prosesində  bir  neçə  ardıcıl  inkişaf  dövrü  keçir.  İnsan 

helmintlər üçün həm son, həm də ara sahib ola bilər. 

Helmintozlarla  mübarizə  üçün  sanitariya-baytarlıq,  sanitariya  maarifi 

tədbirləri həyata keçirirlər. 

Fassioloz.  Törədiciləri  qaraciyər  sorucusudur.  Ölçüləri  müvafiq  surətdə 

20 - 30 x 8 - 12 mm-dir. Yumurtaları çox iri, qapaqcıqlıdır. 

insanlar  və  heyvanlar  açıq  sututarlardan  su  içəndə,  adoleskarilərlə 

çirklənmiş  su  bitkiləri  ilə  qidalananda  yoluxurlar.  Adoleskarilər 

bağırsağın  selikli  qişasına  daxil  olub,  qaraciyərə  və  öd  axarlarına 

miqrasiya  edir.  Orada  marit  hala  qədər  yetişir  və  3  -  4  aydan  sonra 

yumurta ifraz etməyə başlayır. 

İnkubasion  dövr  1  həftədən  8  həftəyə  qədərdir.  Xəstəliyin  ilk 

mərhələsində klinik təsvirdə allergiya simp- tomları üstünlük təşkil edir, 

qaraciyər  böyüyə  və  ağrı  verə  bilər.  Sonrakı  dövrlərdə  qaraciyərin 

funksiyası, həzm prosesi pozulur, xəstə taqətdən düşür. 

Müalicə  üçün  30-60  mq/kq  sutkalıq  dozada  bir  kursa  0,3  q/kq  xloksil 

tətbiq edilir. 

Proqanimoz. Törədicisi ağciyər sorucusudur. Yumur- ta-şəkillidir, ölçüsü 

7,5-13 x 4-8 mm-dir. Bədəninin səthi tikancıqlarla örtülüdür. Yumurtaları 

ovalşəkilli, qapaq- cıqlıdır. 

Parazitin son sahibləri və invaziya ocağı bəlğəmlə (nadir hallarda nəcislə) 

helmint yumurtalarını xaricə ifraz edən insan, pişiklər, itlər, donuzlar və 

ətyeyən vəhşi heyvanlardır. Ara sahibləri şirin su molyusklarıdır. Əlavə 

sahibləri şirin su krabları və xərçənglərdir. 

downloaded from KitabYurdu.org



334 

 

İnkubasiya  dövrü  bir  neçə  gündür.  İnvaziyanın  erkən  mərhələsi  üçün 



enterit,  hepatit  və  təhlükəsiz  gedişli  aseptik  peritonit  simptomları 

xarakterikdir.  Bu  mərhələdən  sonra  cavan  qurdların  parazitliyi 

nəticəsində plevra-ağciyər sindromu inkişaf edir. Həmin sindrom bronxit, 

ocaqlı pnevmoııiya, çox vaxt ekssudativ plevrit simptomları ilə müşayiət 

olunur. Bu mərhələdə bəlğəmdə helmint yumur¬taları tapılmır. 

Müalicə zamanı sutkada 2-3 dəfə yeməkdən sonra 40 mq/kq bitinol təyin 

edilir;  yaşlılara  bir  müalicə  kursunda  300  -  400  mq/kq  bitinol  verilir. 

Simptomatik və patogenetik terapiya aparılır. 

Teniarinxoz.  Törədicisi  öküz  soliteri  və  qarmaqsız  soliterdir.  Lentvarı 

bədəni  çoxlu  sayda  buğumlardan  iba¬rətdir,  uzunluğu  7-18  m-ə  çatır. 

Qurdun başcığmm dia- metri 1,5-2 mm-dir, dörd sormacı (sorucu orqanı) 

var. Bədəninin distal hissəsində yetkin buğumların ölçüsü 20-30 x 12 mm-

dir, uzunluğu enindən artıqdır. Bir yetkin buğumda 170000-dək yumurta, 

yumurtaların da içində rüşeym (onkosfer) olur. 

Teniarinxoz  helmintoz-antroponozdur  son  sahib  və  invaziya  ocağı 

insandır. Yoluxandan 2 - 3 ay sonra insanın nazik bağırsağında parazitlik 

edən  strobiladan  vaxtaşırı  yetkin  uc  buğumları  qopur.  Onlar  ya  nəcislə 

xarici  mühitə  ifraz  olunur  ya  da  defekasiya  aktından  asılı  olmayaraq 

bağırsaqdan aktiv surətdə çıxır. Hər buğumda 150000-dək yumurta olur, 

bunlar  buğumdan  ya  insanın  bağırsağına,  ya  da  onun  orqanizmindən 

kənara  çıxır  və  xarici  mühitə  yayılır.  Ara  sahib  qaramaldır.  Onun 

əzələarası  birləşdirici  toxumasında  sürfə  mərhələsi  sistiserk  formalaşır. 

Sistiserk 4 ay keçdikdən sonra insan üçün invazion olur. 

insan kifayət qədər emal edilməmiş invaziyalı qara- . mal əti yeyən zaman 

yoluxur. 2 aydan sonra helmint yetkinləşir və bir neçə on il parazitlik edir. 

Xəstələrdə  ürəkbulanması,  qarında  qurultu,  meteorizm,  vaxtaşırı  və  ya 

tez-tez  olur.  Zəif  xəstələrdə  invaziya  ağır  nevroloji  simptomlarla  - 

downloaded from KitabYurdu.org




335 

 

başağrısı,  başgicəllənmə,  ürəkkeçmə,  yuxunun  pozulması,  hətta 



qıcolmalarla  müşayiət  olunur.  Qan¬da  yüngül  leykopeniya  və 

eozinofıliya  olur,  invaziyanm  gedi¬şində  aradan  qalxır.  Xəstələrdə 

yüngül anemiya inkişaf edir. 

Dehelmintizasiyası üçün fenosaldan geniş istifadə olunur. 

Erkək ayıdöşəyinin efirli ekstraktı geniş işlədilir. Bu preparat böyüklərə 

4,5 - 5,5 q təyin olunur. 2 yaşlı uşaqlar üçün doza 1 q, 3 yaşlılar üçün  - 

1,5 q, 4 yaşlılar üçün 2 q, 5 - 6 yaşlılar üçün 2 - 2,5 q, 7 - 10 yaşlılar üçün 

3 q, 11 - 16 yaşlılar üçün 3,5 - 4,0 q təşkil edir. 

Difiilobotrioz.  Difillobotrioz  -  peroral  biohelmintoz,  zoonozdur.  Son 

sahibi və invaziya ocağı nazik bağırsağında parazitlik edən yetkin helmint 

olan  insan  və  nadir  hallarda  ■  balıq  yeyən  heyvanlardır.  Birinci  ara 

sahibləri ibtidai avarayaqlı xərçənglər, ikinci sahibləri balıqlardır. Onların 

orqanizmində  pleroserkoidlər  formalaşır.  İnsan  yoluxmuş,  yaxşı 

bişməmiş,  duzlanmamış  balığı  və  ya  onun  kürüsünü  yeyəndə 

invaziyalanır. Böyümüş qurd insanın bağırsağında 10 ilə qədər yaşayır. 

İnvaziyaya həssaslıq ümumidir. 

Bəzi  adamlarda  zəiflik,  başağrısı,  başgicəllənmə,  iş  qabiliyyətinin 

azalması,  mədə-bağırsaq  yolu  fəaliyyətinin  pozulması  əlamətləri, 

ürəkbulanma,  bəzən  qusma,  yemək  və  defekasiya  proseslərilə  əlaqədar 

qarında ağrılar, qurul¬tu, meteorizm olur, bağırsaq fəaliyyəti pozulur. 

Difillobotriozun profilaktikasında əsas şərt invaziya . olunmuş adamların 

dehelmintləşdirilməsi, sututarların nəcislə çirklənmədən qorunmasıdır. 

Askaridoz. Askaridoz - peroral geohelmintoz, antro- ponozdur. Son sahibi 

və  vahid  invaziya  ocağı  insandır.  Onun  nazik  bağırsağında  cinsi  yetkin 

askaridlər parazitlik 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə