S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə105/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   101   102   103   104   105   106   107   108   ...   153

343 

 

infeksiya mənbəyinin ötürülmə yollarına təsir edən profilaktik tədbirlərə 



infeksion  xəstəliklər  ocaqlarında,  həm¬çinin  infeksion  xəstəliyin 

varlığından  asılı  olmayaraq  ictimai  yerlərdə  (vağzallarda,  nəqliyyatda, 

ümumi yataqxanada, ümumi tualetlərdə) aparılan dezinfeksiya da aiddir. 

Tənəffüs yollarının infeksiyaları (qızılca, məxmərək, difteriya, skarlatina, 

qrip və s.) zamanı törədici mikrobun yoluxma yollarını aradan qaldırmaq 

üçün tədbirlərin aparılması bağırsaq infeksiyalarmdakına nisbətən böyük 

çətinlik  törədir.  Tənəffüs  yolları  infeksiyalarmm  havadan  verilməsi 

mexanizmində bakterial aerozollar (damcı və 

nüvə) və bakterial toz iştirak edir. Tənəffüs yollarının törədici mikrobları 

xarici  mühitdə  azdavamlı  olan  infeksi-  yalarda  (qızılca,  su  çiçəyi, 

məxmərək, epidemik parotit) dezinfeksiya, demək olar ki, tətbiq edilmir. 

Dezinfeksiya əsasən skarlatina və difteriya zamanı aparılır. 

Transmissiv infeksiyaların qarşısını almaq üçün törədici mikrobları yayan 

qansoran  gənələrin,  həşaratların 

məhv  edilməsinə  yönəldilmiş 

dezinseksiya  vasitələri  böyük  əhəmiyyət  kəsb  edir.  Həmçinin 

yoluxdurucularm  dişləmə-sindən  və  hücumundan  kollektiv  və  fərdi 

qorunma tədbirləri tətbiq edilir. 

İnfeksion  xəstəliklərlə  mübarizənin  bir  yolu  da  epide¬mik  zəncirin 

üçüncü  hissəsi  -  əhalinin  həssaslığı  barədə  tədbirlərin  işlənib 

hazırlanmasıdır. 

Süni  aktiv  immunitet  yaratmaq  üçün  vaksinlər  (vaksinlə  profilaktika) 

tətbiq edirlər. Süni passiv immunitet yaratmaq üçün immun serumlardan 

(seroprofilaktika) isti¬fadə edilir. 

Bütün  vaksinlər  canlı,  ölü  və  kimyəvi  vaksinlərə  bölü¬nür.  Canlı 

vaksinləri  virulentliyi  zəiflədilmiş  mikroblardan  hazırlayırlar.  Təbii 

çiçəyə  qarşı  immunlaşdırma  aparmaq  üçün  canlı  vaksinin  effektliyini 

downloaded from KitabYurdu.org




344 

 

ingilis  alimi  E.Cenner  (1796)  göstərmişdir.  Bu  vaksində  insanlar  üçün 



azvirulentli inək çiçəyinin törədici mikrobları olmuşdur. 

Öldürülmüş  vaksinləri  mikroorqanizmlərin  kulturala-  rını  qızdırmaqla 

(qızdırılmış vaksinlər), formalinin (formol vaksinlər) və ya başqa kimyəvi 

vasitələrin (fenol, spirt) təsiri ilə alırlar. 

Peyvəndlər yalnız tibbi idarələrdə: poliknikalarm, ambulatoriyaların, tibb 



məntəqələrinin peyvənd kabi¬netlərində aparılmalıdır. 

Süni  aktiv  immunitet  vaksin  yeridildikdən  dərhal  sonra  deyil,  spesifik, 

hüceyrə və humoral müdafiə amil¬lərinin hasil edilməsi üçün lazım olan 

vaxt keçəndən sonra yaranır. Bu, adətən, bir neçə həftə çəkir. 

XVIIİ. ŞİŞLƏR 

Şiş  -  toxumaların  patoloji  artması  olub,  orqanizmin  normal 

toxumalarından əmələ gəlir və inkişaf edir. Lakin normal toxumalardan 

böyümə (artma) və quruluş xüsusiy¬yətləri ilə fərqlənir. O, toxumaların 

hüceyrə  elementlərinin  sürətlə  çoxalması  ilə  xarakterizə  edilən  və 

orqanizmin  tənzimedici  mexanizmlərinin  təsiri  ilə  məhdudlaşmayan 

patoloji prosesdir. 

Şişlər klinik baxımdan iki böyük qrupa bölünür: xoşxassəli və bədxassəli 

şişlər. 

Xoşxassəli  şişlər  yavaş  böyüməsi  ilə  fərqlənir:  onlar  ətraf  toxumalara 

keçib,  onları  dağıtmır,  lakin  onları  aralayır,  itələyir,  sıxır  və  s.  Onlar 

metastaz  vermir,  başqa  orqan  və  toxumalara  keçmir,  orqanizmi 

zəhərləmir, arıq- laşmaya səbəb olmur. 

Bədxassəli  şişlər,  bir  qayda  olaraq  tez  artır,  ətraf  toxumalara  keçərək 

onları  dağıdır  -  infıltrativ  üsulla  böyü¬yür.  Bədxassəli  şişlər  üçün 

metastaz  vermə,  bədənin  digər  orqanlarına  keçmə,  maddələr 

downloaded from KitabYurdu.org



345 

 

mübadiləsinin  pozulması,  orqanizmin  intoksikasiyası  və  arıqlama 



xarakterikdir. 

Lakin  yaddan  çıxarmaq  olmaz  ki,  bir  sıra  hallarda  mühüm  həyati 

əhəmiyyətli orqanlarda olan xoşxassəli şişlər, məsələn beyinin xoşxassəli 

şişi,  adi  orqanların  məsələn,  dəri¬nin  xərçəngi  kimi  bədxassəli  şişə 

nisbətən daha təhlükəli olur. 

Şişləri əmələ gəldiyi toxumalara əsasən aşağıdakı kimi qruplaşdırırlar: 

1. 

Epitel şişləri. Bunlar xoşxassəli (papillomalar, adenomalar, kistalar) 



və bədxassəli şişlərə (karsinomalar və ya xərçənglər) ayrılır. 

2. 


Birləşdirici  toxuma  şişləri.  Xoşxassəli  (fibromalar,  lipomalar)  və 

bədxassəli şişlərə (sarkomalar) bölünür. 

3. 

Sinirlərin  xoşxassəli  şişləri  qanqlionevromalar,  nevri-  nomalar, 



qliomalar, bədxassəli şişləri neyrosarkomalardır. 

4. 


Əzələ  şişləri.  Xoşxassəli  şişlərə  miomalar,  bədxas¬səli  şişlərə 

miosarkomalar aiddir.  

5. 

Damar  şişləri.  Xoşxassəli  şişlərə  angiomaları,  bəd-  xassəli  şişlərə 



angiosarkomaları aid edirlər. 

Çox  vaxt  hər  hansı  orqanın  quruluşunu  təkrar  edən  şişləri  xüsusi  qrupa 

ayırırlar: hepatoma (qaraciyərin şişi), hipernefroma (böyrəküstii vəzinin 

şişi), meningioma (beyin qişalarının şişi) və i.a. 

Adətən  şişin  adı  əsas  toxumanın  adma  «oma»  şəkilçi¬sinin  əlavə 

edilməsindən əmələ gəlir: fıbroma (birləşdirici toxuma şişi), lipoma (piy 

şişi), adenoma (vəzi şişi) və i.a. 

Şişlərin metazlaşması onların infıltrasiyaedici, bədxas- səli böyüməsi ilə 

əlaqədardır.  Bu  zaman  şiş  toxumasında  qan  və  limfa  damarlarının 

divarları pozulur, damarlarda şiş hüceyrələri əmələ gəlir, sonra onlar qan 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə