S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə106/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   102   103   104   105   106   107   108   109   ...   153

346 

 

və  limfa  cərəyanı  .  ilə  başqa  toxuma  və  orqanlara  aparılır.  Yeni  yerə 



gətirilən hüceyrələr şəraitə uyğunlaşmır, artır və onlardan yeni, ikinci şiş 

düyünü - metastaz inkişaf edir. 

Şişlərin  əmələgəlmə  səbəbləri  hələ  tam  aydınlaşdırıl¬mamışdır.  Onun 

etiologiyası haqqında bir sıra nəzəriyyələr irəli sürülmüşdür: 

1. 

Dizontogenetik  nəzəriyyə  -  şişlər  hüceyrələrin  embrional  inkişaf 



qüsurları  əsasında  yaranır,  xarici  mühit  amilləri  isə  bu  prosesin  yalnız 

sürətinə təsir göstərir (məsələn, dəridəki xalın melanomaya çevrilməsi). 

2. 

Fiziki-kimyəvi  nəzəriyyə  -  şişlər  bir  sıra  kanserogen  kimyəvi 



maddələrin (benzantrasen, fenantren, nitrobirləş- mələr, anilin boyaqları, 

parafin, asbest, tütün tüstüsünün tərkibindəki maddələr və s.), ionlaşdırıcı 

şüaların təsirin¬dən törənir. 

3. 


Virus  -  genetik  nəzəriyyə  -  şişləri  törədən  əsas  amil  onkogen 

viruslardır  (məsələn,  toyuq  sarkomasmın  hüceyrəsiz  filtratmı  sağlam 

toyuqlara yeritməklə onlarda sarkoma, 

' viruslar vasitəsilə siçanlarda leykoz və s. törətmək mümkün olmuşdur). 

4. 

Polietioloji  nəzəriyyə  -  şişin  əmələ  gəlməsi  müxtəlif  amillərin 



(fiziki, kimyəvi, radiasion, dishormonal və s.) təsiri ilə izah edilir. 

insanlarda  təsadüf  olunan  şişlərin  yayılması  və  əmələgəlmə  tezliyi 

müxtəlifdir.  Xoşxassəli  şişlərin  əhali  arasında  yayılması  barədə  dəqiq 

məlumat  vermək  çətindir.  Lakin  bədxassəli  şişlər  haqqında  məlumat 

dəqiqdir.  Belə  ki,  onlar  arasında  birinci  yeri  mədə  xərçəngi,  ikinci  yeri 

uşaqlıq  xərçəngi,  üçüncü  yeri  qida  borusu  şişləri,  dördüncü  yeri 

ağciyərlərin  şişləri,  beşinci  yeri  süd  vəzilərinin  şişləri,  altıncı  yeri  dəri 

şişləri tutur. 

Şişlərin  diaqnostikası  xəstələrin  rentgenoloji,  endosko-  pik  və  sitoloji 

müayinəsi daxil olmaqla adi klinik müayinə üsullarına əsaslanır. Şişlərin 

downloaded from KitabYurdu.org



347 

 

erkən  diaqnostikasının  xüsusi  əhəmiyyəti  vardır,  çünki  erkən  dövrlərdə 



faydalı təsir göstərən vasitələrdən istifadə etməklə onun qarşısını almaq 

ehtimalı böyükdür. 

Bədxassəli şişlərin inkişafında dörd dövr olduğunu müəyyənləşdirmişlər: 

-  erkən  dövr  olub,  kiçik  ölçüdə  şişlərin  və  ya  xoraların  olması  ilə 



xarakterizə olunur, regionar limfa düyünlərində dəyişikliklər yoxdur. 

II 


-  ətraf  toxumalara  infıltrasiya  edən,  lakin  zədələn¬miş  orqanın 

hüdudlarından kənara çıxmayan tamamilə 

inkişaf etmiş şişin olması, regionar düyünlərdə metastaz 

əlamətləri xarakterikdir. 



III 

-  aydın  regionar  metastazlarla,  zədələnmiş  orqandan  kənara  çıxan 

şişin gecikmiş formasıdır. 

IV 


-  şişin  zədələnmiş  orqandan  digər  orqanlara  metastaz  verməklə, 

yayılması  ilə  xarakterizə  edilir.  Bu  dövrdə  ancaq  simptomatik  müalicə 

aparmaq mümkündür. 

Şişlərin müalicəsi operativ üsulla, şüa və dərmanla (kimyəvi müalicə) ola 

bilər.  Xoşxassəli  şişləri  toxuma  hüdudunda,  bədxassəli  şişləri  isə,  onlar 

yenidən  baş  verməsin  deyə,  ətraf  sağlam  toxumaların  xeyli  hissəsi  ilə 

birlikdə kənar edirlər. 

Şüa müalicəsi müstəqil və ya cərrahi üsulla birlikdə tətbiq edilir. Şişlərin 

kimyəvi maddələrlə müalicəsi də müəyyən əhəmiyyət kəsb edir. Süd və 

prostat  vəzilərin  xərçəngi  zamanı  hormonal  preparatlardan,  bir  sıra 

şişlərin  müalicəsində  Tio-TZF,  sarkolizin,  embixin,  dopan  və  b. 

preparatlardan istifadə edilir. 

downloaded from KitabYurdu.org



348 

 

Bəd  xassəli  şişlərin  müalicəsinin  müvəffəqiyyəti,  hər  şeydən  əvvəl, 



müalicəyə nə vaxt başlanmasından asılıdır. Erkən dövrlərdə müalicə daha 

yaxşı nəticə verir, xəstəlik köhnəldikcə, müalicənin nəticələri də pis olur. 

Xərçəng xəstəliyi 

Latınca  «kaııser»  və  yunanca  «karkinos»  sözlərinin  mənası  «xərçəng» 

deməkdir. Xərçəng 'şişinin rişələri ətraf toxumaya girdikdə yengəcə və ya 

xərçəngin  ayaqlarına  oxşayır.  Xəstəliyin  adı  da  elə  buradan  əmələ 

gəlmişdir. 

İnsanlarda  bədxassəli  şişlər  daha  çox  və  dünyanın  hər  yerində  təsadüf 

edilir.  Əldə  olunan  məlumatlara  görə  hər  il  dünya  əhalisinin  6,5  mln. 

nəfəri  bədxəssəli  şiş  xəstəliklərinə  tutulur,  4,3  mln.  nəfəri  isə  bu 

xəstəliklərdən ölür. 

Şiş xəstəlikləri təkcə tibb işçilərini, alimləri deyil, demək olar ki, haınmı 

narahat  edir.  Bu  böyük  bəlanın  əmələ  gəlməsi  səbəblərinin, 

xüsusiyyətlərinin  tezliklə  öyrənil¬məsini  və  müalicəsinin  tapılmasını 

hamı səbirsizliklə gözləyir. 

Xərçəng  ağır  və  qorxulu  xəstəlikdir.  Onun  müalicəsi  əksər  hallarda  pis 

qurtarır. Çünki şiş prosesi orqanizmdə sürətlə yayılaraq, mühüm orqanları 

zədələyir, fəaliyyətini pozur. Xərçəng o zaman tam sağalır ki, erkən aşkar 

edilmiş olsun. 



Xərçəng  hüceyrələri  normal  hüceyrələrin  işini  icra  edə  bilmir.  Lakin 

normal  hüceyrələr  üçün  səciyyəvi  olmayan  yeni  xassələr  əldə  edir. 

Düzdür,  sümüklərdə  əmələ  gələn  xərçəng  hüceyrələri  azca  sümük 

hüceyrəsi  əmələ  gətirir,  qalxanabənzər  vəzi  hüceyrələri  müəyyən  qədər 

tiroksin  hormonu  ifraz  edə  bilir.  Lakin  şiş  hüceyrələrinin  bu  işi  qeyri-

mütəşəkkil  xarakter  daşıyır,  orqanizmin  tələbatına  uyğun  olmur.  Başqa 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə