S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə114/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   110   111   112   113   114   115   116   117   ...   153

372 

 

infarktının  əmələ  gəlməsinə  zəmin  yaradır.  Miokard  infarktı  bu  gün 



ölkəmizdə  və  bütün  dünyada  ölümə  ən  çox  səbəb  olan  xəstəliklərdən 

biridir. Siqaret çəkənlər arasında çəkməyənlərlə müqayisədə, həm infarkt, 

həm də infarktdan ölüm təsadüfləri 10 dəfə daha çox müşahidə edilir. 

4. 


Hafizə zəifləyir, çünki damarlar kirəcləşir. Əhvali- ruhiyyə pozulur, 

yuxusuzluq  əmələ  gəlir.  Dəridə  qırışlar  yaranır.  Hamilə  qadınların  hələ 

doğulmamış  uşaqları  ana  bətnində  zərər  çəkir:  cılız,  zəif  uşaqların 

doğulması, hətta 

• 

ölüdoğulma ehtimalı artır. Siqaret çəkənlərin yanında oturanlar da 



siqaretdən zərər çəkir, evdə siqaret çəkən ata öz uşaqlarını da zəhərləyir.  

Siqaret çəkməyə vərdiş etməyənlər heç bir zaman bu  işə başlamasınlar, 

çəkənlər isə tərgitməyin yollarını axtarsınlar. 

Zərərli vərdiş yaradan maddələr 

Zərərli  vərdiş  yaradan  maddələr  dedikdə,  ilk  ağla  gələn  alkohol  olur. 

Alkohol zərərli vərdiş yaradan maddələrdən ən ' birincisi olmaqla bərabər, 

bura başqaları da əlavə oluna bilər. Bunlardan morfm, heroin, həşiş, LSD 

(lizergin  turşu¬sunun  dietilamidi)  ən  çox  yayılmış  olanlarıdır.  Hətta 

tibbdə  istifadə  olunan  sakitləşdirici  (hipnosedativ),  yuxugətirici 

(barbituratlar), təlqinedici (amfetaminlər) dərmanlar və narkotik maddələr 

də  diqqətsiz  və  uzun  müddət  qəbul  edildikdə,  zərərli  vərdiş  (asılılıq) 

əmələ gətirir. 

Narkotik maddələr. Bu ad altında verilən maddələrin əksəriyyəti xaşxaş 

bitkisindən iki yolla əldə edilir: 

1. 

Xaşxaş  bitkisinin  toxumu  yetişməmişdən  əvvəl  bıçaqla  kəsilir  və 



axıb  tökülən  mayenin  gündə  quru¬masından  əldə  edilən  tiryək 

saqqızından hasil edilir. 

2. 

Yetişmiş toxumu qurumuş artıqlarından əldə edilir. 



downloaded from KitabYurdu.org


373 

 

Xaşxaş bitkisinin toxumundan əldə edilənlər: tiryək, 



morfın, kodein, tebain, hidromorfın, heroin (yarımsintetik). 

Meperidin  və  metadon  isə  tamamilə  sintetik  üsulla  laboratoriyalarda 

hazırlanan  narkotik  maddələrdir.  Meta-  dondan  heroin  mübtəlalarının 

müalicəsində daha az zərərli bir maddə kimi istifadə edilir. 

Narkotik  maddələr  ağrıkəsici  və  yuxugətirici  kimi  işlədilir.  Məsələn, 



morfin çox şiddətli ağrıları olan xərçəng xəstəliyinə tutulanlara ağrıkəsici 

dərman kimi həkim nəzarəti altında verilir. Kodein öskürəkkəsici maddə 

kimi işlədilir. 

Zərərli  vərdiş  yaradan  dərmanlar  aşağıdakı  kimi  səciyyələndirilə  bilər: 

həmin maddələr mərkəzi sinir siste¬mində, yəni beyində, beyincikdə və 

onurğa  beynində  nəzərə  çarpan  dərəcədə  dəyişiklik  və  ya  depressiya 

törədir və nəticədə insanın təfəkküründə, xasiyyətində və zehni  

qabiliyyətində  dəyişikliklər  olur:  davranışı,  bədənində  gedən  maddələr 

mübadiləsi pozulur.  ' ' 

Belə maddələrdən istifadə edən şəxslərdə iki cür zərərli vərdiş olur. 

Psixi  asılılıq.  Zərərli  vərdişlərə  mübtəla  olmuş  bir  şəxsin,  məsələn  bir 

alkoholikin və ya narkomanın içkini, yaxud narkotik maddələri davamlı 

olaraq  qəbul  etmək  arzusu  meydana  gəlir.  Alkoholik  içkini,  narkoman 

narkotik  maddələri  müəyyən  zamanlarda  tapa  bilməzsə  və  ya  istifadə 

etməzsə,  o  zaman  onlarda  psixi  rahatsızlıq,  kefsizlik  və  əsəbilik  əmələ 

gəlir. 


Fiziki  asılılıq.  Alkoholik  və  ya  narkoman,  yəni  içkiyə  və  ya  narkotik 

maddələrə  mübtəla  olmuş  şəxs  bu  işə  elə  vərdiş  edir  ki,  onun  bədən 

hüceyrələrinin normal fəaliyyətdə olması müəyyən zamanlarda alkoholun 

qəbul edilməsindən asılı olur. Alkoholun kəsilməsi mübtəla olmuş şəxsdə 

downloaded from KitabYurdu.org



374 

 

abstinensiya  («məhrumiyyət  mənzərəsi»,  özünü  saxlama)  adlandırılan 



vəziyyətin yaranmasına səbəb olur. Belə şəxs pis xəyallar görür, gözünün 

qabağına ilan, əqrəb kimi heyvanların gəldiyini söyləyir. 

Alkoholizm 

Alkohol  sözü  ərəb  dilində  kirpikləri  boyamaq  üçün  işlədilən  pudra 

şəklindəki toz mənasını verən «əl-kuhl» kəlməsindən əmələ gəlib, bütün 

Qərb dillərinə keçmişdir. Dilimizdə isə göstərilən formada işlənir. 

Alkohollu içkilər. Alkohollu içkilər taxıldan və 

meyvədən əldə edilir, insanlarda sərxoşluq vəziyyətini yaradan, yəni əsl 



zərərli olan daha çox içkilərdəki etil aikoholu deyilən kimyəvi maddədir. 

Hər bir içkidə fərqli nisbətlərdə etil aikoholu vardır. Pivə də spirtli içkidir, 

ancaq alkohol dərəcəsi digərlərinə nisbətən bir az aşağıdır. 

içki içən şəxsin orqanizmində etil aikoholu sürətlə sorularaq, qana keçir, 

qan  dövranı  vasitəsilə  bədənin  bütün  orqanlarına  yayılır  və  istisnasız 

olaraq, bədənin bütün  

hüceyrələrinə təsir edir. Deməli, içkinin nəinki bədənin hər bir orqanına, 

hətta onun hər bir hüceyrəsinə istisnasız zərəri vardır. 

Alkohol insan bədənində qaraciyərdə oksidləşir, yəni yanır. Burada o, sıı 

və karbon-dioksidə qədər parçalanır. Az bir hissəsi böyrəklər vasitəsüə və 

nəfəslə ağızdan xaric olunur, buna görə içki içmiş şəxslərin nəfəsi alkohol 

qoxuyur. 

Alkohol keyləşdirici, yəni yuxugətirən bir maddədir. Qanla beyinə gedir 

və  məhz  orqanizmin  idarə  mərkəzi  olan  beynin  fəaliyyətini  pozur.  Hər 

şeydən  əvvəl,  qəra.rsızlığa  səbəb  olur,  insanın  mühakimə  qabiliyyətini 

aradan qaldı¬rır. Sərxoş bir şəxs ayıq ikən yol vermədiyi hərəkətlər edir. 

Alkohollu  içkilər,  bundan  başqa,  görmə  qabiliyyətini  və  gözəl  nitqi  də 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə