S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə122/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   118   119   120   121   122   123   124   125   ...   153

398 

 

zirvəsi dişin dentin qatma doğru yönəlmiş olur. Sonra dişin mina təbəqəsi 



ilə  bərabər,  dentin  təbəqəsi  də  zədələnir.  Qüsur  dərinləşir.  Soyuq,  isti, 

turş,  şirin  qıcıqlandırıcılar  qısamüddətli  ağrı  verməyə  başlayır.  Dişin 

boşluğuna qida qalığı keçərsə, o da ağrı verir. Qıcıqlandırıcı amillər kənar 

edilən kimi ağrı kəsilir. 

Kariyes xəstəliyinin müalicəsi. Bu məqsədlə 2,5-3 %-li remodent, 10 %-

li  kalsium-qlükonat,  1,2  %-li  natrium  flüorid  məhlulu,  75  %-li  naftezin 

pastası,  flüoıiu  lak,  vitak-  rildən  istifadə  olunur.  Dişin  mina  və  dentin 

təbəqəsində  qüsur  baş  verdikdə  isə  dişlər  müvafiq  surətdə  mexaniki  və 

kimyəvi üsulla təmizlənib plomblanır. 

Məlumdur ki, xəstəliklərin qarşısını almaq, onları müalicə etməkdən çox 

asandır.  Kariyes  xəstəliyini  törədən  səbəblər  çoxdur.  Ona  görə  də 

profilaktik tədbirlər çoxcəhətli olmalı və kompleks halında aparılmalıdır. 

Birincili  profilaktik  tədbirlərə  əhalinin  gigiyena  qayda¬larına  əməl 

etməsi,  qidalanmanın  normal  hala  salınması,  əhalinin  dispanser 

müşahidəsinə  götürülməsi,  xarici  mühitin  sağlamlaşdırılması,  əmək  və 

məişət şəraitinin yaxşılaşdırıl¬ması və i. a. aiddir. 

Ikincili profilaktik tədbirləri bilavasitə dişlərin sağlamlığını təmin edən, 

onların  kariyesə  qarşı  immuno-  bioloji  müqavimətini  artıran  tədbirlər 

təşkil edir. Bu 

tədbirlərə içməli suya flüorun qatılması, flüor və digər preparatların tətbiq 

edilməsi, ağız boşluğuna gigiyenik qulluq edilməsi və s. daxildir. 

Üçüncülü profilaktik tədbirlərə isə kariyeslə zədələn¬miş dişlərin erkən 

aşkar edilib, müalicəsinin aparılması, ağız boşluğunun sağlamlaşdırılması 

aiddir. 


Stomatoloji  xəstəliklərin,  xüsusən  dişlərin  kariyesinin  profilaktikasında 

qidalanmanın düzgün tənzim olunması¬nın xüsusi əhəmiyyəti vardır. 

downloaded from KitabYurdu.org



399 

 

Qida maddələrinin tərkibində zülal (onların tərki- bindəki aminturşular), 



yağ,  karbohidrat,  mineral  mad¬dələr,  vitaminlər  lazımi  miqdarda 

olmalıdır. 

Mineral duzlara, mikroelementlərə, vitaminlərə olan tələbatı kəsmik (50 

q-dan  az  olmayaraq)  və  ya  pendir  (20-  .  30  q),  süd  (3  stəkandan  az 

olmayaraq), yumurta (1-2 ədəd), tərəvəz (təzə xiyar, yerkökü, turp və s. - 

800  q-dan  az  olmayaraq),  meyvə,  giləmeyvə,  göyərti  qəbul  etməklə  ■ 

ödəmək olar. 

Karbohidratların  dişlərin  kariyesinin  əmələ  gəlməsinə  səbəb  olmasını 

nəzərə  alaraq,  qidada  onların  miqdarını  məhdudlaşdırmaq  lazımdır. 

Kariyesin  baş  verməməsi  üçün  şirniyyatdan  sonra  B  və  C  vitaminləri 

qəbul edilməlidir. 

Dişlərin kariyesinin profilaktikasında vitaminlərin, xüsusən A, D, C, Bı, 

BÖ, B12 əhəmiyyəti böyükdür. 

Qiymətli qida maddələrindən olan düyü (xüsusən onun qabığı, kəpəyi) və 

qarğıdalı antikariyes xassəyə  malikdir. Dişdə 20-dən çox mikroelement 

mövcuddur. Bu mikroele- mentlərdən kariyesin profilaktikasında xüsusən 

flüorun,  stronsium,  mis,  molibden,  manqan,  kobalt,  mərgümüş,  .  brom, 

nikel, vanadium və digərlərinin rolu böyükdür. 

Dişlərin  kariyesinin  profilaktikasında  flüor  çox  səmərəli  vasitədir. 

Ölkəmizdə  və  xaricdə  aparılmış  tədqiqat  işləri  və  klinik  müşahidələr 

nəticəsində müəyyən edilmişdir ki, içməli suda flüorun optimal miqdarda 

(hər litrdə 0,8-1,2 mq) olması orta hesabla dişlərin kariyesinin 30-50 % 

azalmasına səbəb olur. 

Kariyesin kütləvi və fərdi profilaktikasında tərkibində flüor və vitaminlər 

(A,  C,  D  vitaminləri)  olan  vitaflüor  həblərinin  tətbiqi  də  müsbət  nəticə 

verir. 


downloaded from KitabYurdu.org


400 

 

Vitaflüor həbləri məktəbəqədər və məktəbyaşlı uşaq¬larda ilboyu hər üç 



aydan sonra 2-4 həftə fasilə etmək şərtilə yemək vaxtı və ya yeməkdən 10 

dəqiqə sonra verilir. 

Fərdi profilaktik tədbirlər arasında ağız boşluğuna müntəzəm və düzgün 

qulluq etmək əsas yer tutur. 

Dişlərin  kariyesinin  profilaktikası  və  müalicəsi  məqsə¬dilə  «Kolqeyt», 

«Pepsodent»,  «Binaka»,  «Jemçuq»,  «Meri»,  «Ftoristaya»,  «Ftorodent», 

«Çeburaşka»,  «Lazur»,  «Den-  tolinz»,  «Flüodent»  pastaları  ilə  dişlərə 

gigiyenik qulluq 

edilməsi çox faydalıdır. 

« • 


Umumi  sağlamlaşdırıcı  tədbirlərə  orqanizmin  ultra¬bənövşəyi 

şüalandırılması,  su  proseduraları,  bədən  tərbiyə¬si,  sanatoriya-kurort 

müalicəsi, səmərəli əmək və istirahət rejimi, dərmanlarla müalicə aiddir. 

Təbii dişlər düşdükdə və ya çəkildikdə diş sırasının tamlığı pozulur, qüsur 

(defekt) yaranır. Qüsur vaxtında protezlənməsə, başqa sözlə, süni dişlərlə 

bərpa edilməsə, diş sıralarında ikincili deformasiya, dişləm deformasiyası 

baş verir. 

Dişləri süni qapaqlarla ancaq tibbi göstərişlər olduqda, yəni dişin tacının 

çürümüş,  zədələnmiş  hissəsini  terapevtik  üsulla  plombla  bərpa  etmək 

mümkün  olmadıqda  örtmək  lazımdır.  Məsələn,  dişin  tacı  kariyeslə 

zədələndikdə, travma, flüoroz, hipoplaziya, patoloji sürtülmə, pazabənzər 

defektlər,  bir  sıra  anomaliyalar  olduqda,  dişin  formasını  və  vəzifəsini 

bərpa  etmək  üçün,  kosmetik  məqsədlə  dişləri  süni  qapaqlarla 

protezləməyə icazə verilir. 

Patoloji  yeyilmə  zamanı  sağlam  dişlər  sürtülmə  nəti¬cəsində  qısalır, 

dişləm aşağı düşür, dişlər formasını itirir, xəstənin üzünün konfiqurasiyası 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə