S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə123/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   119   120   121   122   123   124   125   126   ...   153

401 

 

dəyişilir, qoca görünür və çeynəmə aparatının funksiyası pozulur. Bütün 



bu  xoşagəl¬məz  halları  yalnız  protezləmə  vasitəsilə  aradan  qaldırmaq 

mümkündür. 

XXL ŞƏXSİ GİGİYENA 

VƏ XƏSTƏLƏRƏ QULLUQ 

Xəstələrə qulluğun əhəmiyyəti 



Xəstələrə stasionarlarda orta tibb personalı, evdə isə xəstənin qohumları 

və tibb bacısı qullııq edir. 

Xəstəyə qulluq dedikdə, aşağıdakılar anlaşılmalıdır: 1) palatada və evdə 

sanitariya-gigiyenik  şərait  yaratmaq  və  onu  gözləmək;  2)  rahat  yataq 

düzəltmək  və  onu  təmiz  saxlamaq;  3)  xəstəni  təmiz  saxlamaq,  tualet, 

yemək, orqanizmin fizioloji və ağrılı fəaliyyəti 'zamanı ona yardım etmək; 

4)  həkim  təyinatlarını  yerinə  yetirmək;  5)  xəstənin  dincəlməsini  təşkil 

etmək; 6) mehriban söz və qayğıkeş münasibət göstərməklə xəstədə xoş 

əhval-ruhiyyə yaratmaq. 

Xəstəni  gecə-gündüz  müşahidə  etmək  (xəstədəki  dəyi¬şikliklər  və 

təzahürlər, fiziki fəaliyyətlər, xəstənin əhval-ruhiy- 

yəsi)  qulluqla  sıx  əlaqədardır.  Orta  tibb  personalı  bütün  qeyd  olunmuş 



dəyişiklikləri  həkimə  xəbər  verməklə  həkimdə  xəstənin  vəziyyəti 

haqqında düzgün təsəvvür yaradır və onun müalicəyə düzgün rəhbərlik 

etməsinə kömək edir. 

Xəstəyə vaxtında diaqnoz qoyulduqda, yaxşı qulluq etdikdə və müalicəni 

düzgün apardıqda xəstə sağalır. 

downloaded from KitabYurdu.org




402 

 

Bir sıra xəstəliklər zamanı hələ lazımi dərəcədə təsirli müalicə vasitələrini 



bilmədiyimizə görə qulluq əsas metod olur. Belə hallarda deyirlər: xəstəni 

müalicə ilə yox, ancaq yaxşı qulluqla ayağa qaldırmışlar. 

Stasionarda  üçpilləli  xidmət  sistemi  şəraitində  xəs¬tələrə  tibb  bacısı  və 

sanitar  qulluq  edir.  Bu  sistemdə  sanitarlar  otaqları  yığışdırmaqdan, 

dəyişəklərə  baxmaqdan  başqa,  xörək  paylamaqda  və  xəstələri 

yedizdirməkdə  tibb  bacılarına  kömək  edirlər;  onlar  xəstələrin  yerini 

dəyişir, imalə edir, ləyən verir, onların tualeti ilə məşğul olur və ayrı-ayrı 

xahişlərini yerinə yetirirlər. Tibb bacısı xeyli xəstəyə xidmət etdiyi üçün 

onun sanitarların işinə  lazımi dərəcədə  rəhbərlik  etməyə  imkanı olmur, 

həm də o tez-tez  

şöbədən getməli olur (aptekə, laboratoriyaya gedir, sənədləri yazır və s.). 

Tibb  bacısı  olmadıqda,  xəstələr  bütün  məsələlər  barəsində  sanitarlara 

müraciət  edirlər  və  beləliklə,  çox  vaxt  xəstələrə  qulluğu  tibbi  savadı 

olmayan şəxslər icra etməli olurdular. Aydındır ki, belə sistem xəstələrin 

narazılığına 

səbəb olur və həkimləri qane etmirdi. 

• • 

Uçpilləli  xidmət  sistemi  ilə  işləyən  xəstəxanalar  hazırda  öz  işlərini 



yenidən quraraq ikipilləli xidmət sisteminə keçirlər. Bu zaman sanitarların 

işi 


otaqları 

yığışdırmaqdan, 

ləyənləri 

verməkdən, 

xəstələri 

yuyundurmaqdan  və  xəstələrin  yerini  dəyişdikdə,  onları  daşıdıqda  tibb 

bacılarına kömək etməkdən ibarət olur. Sanitarların sayı ixtisar edilir, tibb 

bacılarının  sayı  isə  şöbədə  müvafiq  surətdə  artırıldı.  Beləliklə,  bütün 

qulluq və həkim təyinatlarının yerinə yetirilməsi tibb bacılarının üzərinə 

düşdü. Bir tibb bacısının xidmət etdiyi xəstələrin sayı iki dəfə azaldılır. 

Ölkəmizin  bütün  stasionarlarında  ikipilləli  xidmət  sisteminin  həyata 

downloaded from KitabYurdu.org




403 

 

keçirilməsi tibb xidməti mədəniyyətini yüksəltmək yolunda irəliyə doğru 



atılmış böyük addımdır. 

Xəstələrə  qulluq  etməyi  bacarmaq  və  həkimlərin  la¬yiqli  köməkçisi 

olmaq üçün orta tibb işçisinin  müəyyən dərəcədə  tibbi biliyi olmalıdır. 

Tibb bacıları, feldşerlər, mamalar və digər orta tibb işçiləri tibbi bilikləri 

müvafiq ixtisas verən tibb məktəblərində alırlar. 

Tibb bacısının şəxsi gigiyenası və vəzifələri 

Feldşerin vəzifə dairəsi, xüsusilə həkim olmadıqda, xeyli genişdir. Tibb 

bacısının vəzifəsi isə ancaq həkimin təyinatlarını yerinə yetirmək, xəstəyə 

qulluq  və  müşahidə,  həkiməqədər  ilk  yardım  göstərmək  və  kiçik  tibb 

perso-nalına rəhbərlik etməkdən ibarətdir. 

Feldşer və tibb bacısı öz vəzifələrini yerinə yetirmək üçün müəyyən biliyə 

və praktik bacarığa malik olma¬lıdırlar; onlar bunu nəzəri və praktik təlim 

prosesində əldə edirlər. 

Tibb  işçisinin  şəxsi  gigiyenası.  Tibb  işçisi  biliklərdən  başqa,  müəyyən 

şəxsi keyfiyyətlərə də malik olmalıdır. Bu keyfiyyətləri iki qrupa bölmək 

olar: zahiri keyfiyyətlər - əsasən tibb işçisinin ümumi sanitariya-gigiyenik 

mədəniy-yətindən  ibarətdir  və  daxili  keyfiyyətlər  -  tibb  işçisinin 

davranışında -və mənəvi simasında öz əksini tapan keyfiy- yətlərdir. 

Gün rejimini 

gözləmək 

şəxsi gigiyenanın əsas 

Hər hansı rütbə və dərəcədən olan tibb işçisi öz sağlamlığını qoruyaraq, 

şəxsi  gigiyena  qaydalarını  gözləməli¬dir.  Bu  həm  onun  özü,  həm  də 

xidmət etdiyi xəstələr üçün lazımdır. Hər bir tibb işçisi yüksək sanitariya 

mədəniyyətinin canlı nümunəsi olmalıdır. Heç bir təbliğat şəxsi nümunə 

downloaded from KitabYurdu.org




404 

 

kimi  nəticə  verə  bilmir.  Əgər  tibb  işçisinin  özü  öz  sağlamlığım 



qorumursa, o bunu xəstələrə necə öyrədə bilər?  

qaydasıdır. Həmişə səhərlər eyni vaxtda yuxudan durmaq və eyni vaxtda 

yatmaq, səhər,, günorta və axşam yeməyini eyni vaxtda yemək lazımdır. 

İş  və  istirahət  saatları  düzgün  bölüşdürülməlidir  ki,  zehni  və  fiziki  iş 

növbələnsin.  Yalnız  düşünülmüş  həyat  tərzi  gümrah  əhval-ruhiyyə 

yaradır  ki,  bu  da  həmişə  xəstələrin  arasında  olan  tibb  işçisi  üçün  çox 

vacibdir,  çünki  xəstələrin  sağalmağa  inamı  artıran  təsəlliyə  ehtiyacı 

vardır. 


Şəxsi gigiyenada qidalanma rejimi əsas cəhətdir. Qida¬nın eyni saatlarda 

qəbulunun, ərzaqların yaxşı seçilməsinin, keyfiyyət və kəmiyyət cəhətdən 

qidalanma  rejimini  gözlə¬məyin  sağlamlıq  üçün  çox  böyük  əhəmiyyəti 

vardır. 


Tibb  işçisinin  zərərli  adətləri  olmamalıdır  və  varsa,  onları  tərgitməyə 

çalışmalıdır. Tibb peşəsi ilə bir araya sığmayan zərərli adətlərə papiros 

çəkmək, alkoholdan, narkotik maddələrdən sui-istifadə etmək və s. aiddir. 

Sağlamlığı qorumaq və xəstəliklərin qarşısını almaq üçün bədən tərbiyəsi 

ilə  məşğul  olmaq  və  orqanizmi  möhkəmlətmək  lazımdır.  Sonradan  su 

proseduraları etməklə səhər gimnastikası adət şəkli almalıdır. 

Tibb işçisi öz bədəninin təmizliyinə xüsusi fikir vermə-  

lidir. Həftədə 2-3 dəfə, həddən artıq tərlədikdə isə daha tez-tez isti su ilə 

yuyunmaq, üzü və boyunu sutkada iki dəfə yumaq, həmçinin sutkada 1-2 

dəfə aralıq nahiyəsini yumaq lazımdır. Ayaqlan, xüsusilə tərlədikdə, hər 

gün  yumalı.  Səhərlər  (bədən  tərbiyəsi  hərəkətlərindən  sonra)  qurşağa 

qədər yuyunmaq lazımdır. Aralıq nahiyəsini və ayaqları ilıq su ilə yumaq 

məsləhət görülür. 

Əllərə  xüsusi  qulluq  edilməlidir.  Tibb  işçisi  əllərini  yalnız  yeməkdən 

əvvəl  və  ayaqyoluna  getdikdən  sonra  de¬yil,  hər  bir  tibbi 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə