S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə126/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   122   123   124   125   126   127   128   129   ...   153

411 

 

vermək lazımdır. Bəd¬bəxt hadisələrlə daxil olmuş xəstələr haqqında da 



polis şöbəsinə xəbər verirlər. 

Xəstənin  yoxlanmasının  və  müayinəsinin  nəticələrini  və  rejim,  dieta, 

müalicəyə aid bütün təyinatları, habelə sanitariya təmizliyinin xarakterini, 

daşınmanın (nəqliyyatın) növünü həkim xəstəlik tarixinə yazır. 

Xəstənin sanitariya təmizliyi. Sanitariya buraxılışında, hər şeydən əvvəl, 

xəstənin  saçları  nəzərdən  keçirilir.  Başda  bit  tapdıqda,  saçları  qısaca 

ülgüclə qırxırlar. Səpgili yata¬laqda saçlar mütləq qırxılmalıdır. Xəstəni 

uzun  müddət  yataq  rejimi  gözləməyə  vadar  edən  və  onu  özünə 

baxmaq¬dan məhrum edən ağır xəstəliklər zamanı saçların qırxıl- ması, 

yaxud heç olmasa, qısaldılması məsləhət görülür. Bu halda xəstəyə izah 

etmək  lazımdır  ki,  bu  onun  xeyrinə  edilir,  çünki  uzun  saçları  tez-tez 

daramaq onu narahat edib əziyyət verəcəkdir. 

Baş  bitlərini  təmizləmək  üçün  50%-li  sabun-solvent  pastası,  yaxud 

emulsiyası tətbiq etmək məsləhət görülür: 20 %-li emulsiyanı başın tüklü 

hissəsinə  sürtür  və  15  dəqiqəliyə  yaylıqla  bağlayırlar,  sonra  isti  su  və 

sabunla  yuyurlar.  Emulsiyanm  gözlərə  düşməməsinə  diqqət  yetirmək 

lazımdır. Bu məqsədlə həmçinin şöbədə xüsusi sabadil sirkəsi də tətbiq 

etmək olar.. Bunun üçün başı üç gün dalbadal həmin sirkə ilə isladır, sonra 

isə  yuyurlar.  Hər  iki  maddənin  tətbiqindən  sonra  başı  bit  sirkəsindən 

təmizləmək üçün tez-tez yumaq və sirkəni tüklərə yapışdıran xitini əridən 

ilıq mətbəx sirkəsi ilə başı islatmaq məsləhət görülür. 

Qasıq bitlərini qırmaq və kənar etmək üçün isti su və sabunla yuyub, sıx 

daraqla darayırlar. Sonra bit və sirkələri tamamilə məhv edirlər və təkrar 

yuyurlar. Həmçinin boz, ağ civə məlhəmindən, yaxud DDT tozundan da 

istifadə  etmək  olar.  Bu  məqsədlə  DDT  sabunu  da  işlədilir.  5-7  gündən 

sonra  isə  əməliyyatı  təkrar  edirlər.  Çünki  DDT  maddəsi  sirkələri 

öldürmür. 

downloaded from KitabYurdu.org




412 

 

Gigiyenik vanna və duş. Çimməzdən əvvəl vannanı lif, yaxud şotka ilə 



isti su və sabunla yumaq lazımdır. Bu məqsəd üçün işlədilən lifi və şotkanı 

içərisində 0,5 faizli durulaşdırılmış xlorlu əhəng məhlulu olan qaba salıb, 

qaynayana qədər orada saxlayırlar. Lif və şotka saxlamaq üçün qabların 

üzərində  müvafiq  yazı  olmalıdır:  «Vanna  üçün  liflər  -  çirklidir»,  yaxud 

«Vanna üçün liflər - təmizdir». Vannanı yuduqdan sonra onu əlavə olaraq 

3 %- li lizol  məhlulu ilə dezinfeksiya etmək olar, sonra isə bu  məhlulu 

yuyub təmizləmək lazımdır. 

Xəstənin çəkilməsi, boyunun və döş qəfəsinin dairəsinin ölçülməsi. Xəstə 

stasionara  daxil  olduqda  onu  çəkir,  boyunu  və  döş  qəfəsinin  dairəsini 

ölçürlər. 

Xəstələrin çəkilərinə stasionarda xüsusi fikir verilir, belə ki, ağır, üzücü 

xəstəliklərdə çəkinin artması xəstənin  

əhvalındakı  yaxşılaşmanı  göstərir,  ümumi  piylənmədə  isə  çəkinin 

azalması  müalicənin  düzgün  təyin  olunduğuna  dəlalət  edir.  Buna  görə 

bütün  stasionar  xəstələri  hər  həftə  və  evə  yazılarkən  çəkirlər;  xəstədə 

ödemlər  olduqda  bu  xüsusilə  mühümdür:  gündəlik  çəkilmə  ödemlərin 

azalması dinamikasına-nəzarət etməyə kömək edir. 

Adamın boyunu boyölçən vasitəsilə ölçürlər; bu, santi- metrli şkalası olan 

dik  taxtadan  və  onda  sərbəst  hərəkət  edən  üfüqi  xətkeşdən  ibarət  olub, 

meydança üzərində qurulmuş¬dur. Xəstə meydançada arxası dik taxtaya 

tərəf  durur:  dabanları,  sağrısı,  kürəklərarası  sahə  və  peysəri  plankaya 

toxunur,  başa  isə  elə  vəziyyət  verilir  ki,  qulaqlarla  göz  bir  səviyyədə 

olsun. Üfüqi xətkeşi təpəyədək endirirlər. 

Xəstələrin daşınması. Xəstə qəbul şöbəsindən palataya daxil olur. Palata 

tibb  bacısı  onu  qarşılayır,  sanitariya  təmizliyinin  keyfiyyətini  yoxlayır, 

xəstə  və  onun  xəstəlik  tarixi  ilə  tanış  olur,  xəstəni  şöbənin  rejimi, 

yeməkxana, ayaqyolu və başqa otaqlarla tanış edir. 

downloaded from KitabYurdu.org




413 

 

Xəstəni  şöbəyə  tibb  bacısının,  yaxud  sanitarın  müşaiyəti  ilə,  həkimin 



sərəncamından  asılı  olaraq,  piyada,  diyircəkli  kresloda  və  ya  xərəkdə 

gətirirlər. 

Xəstələrə qulluq 

Xəstənin yataqda  vəziyyəti. Xəstə öz xəstəliyinin xarakterinə və ağırlıq 

dərəcəsinə görə yataqdan dura, otura, gəzə bilərsə, onun yataqdakı belə 

vəziyyətinə  aktiv  vəziyyət  demək  qəbul  edilmişdir.  Passiv  vəziyyət 

xəstənin  yataqda  elə  vəziyyətinə  deyilir  ki,  o,  özü  hərəkət  edə,  çevrilə, 

başını, yaxud qolunu qaldıra bilmir, ancaq müəyyən vəziyyətdə qalır. 

Xəstənin  öz  əziyyətini  yüngülləşdirmək  üçün  aldığı  vəziyyətə  məcburi 

vəziyyət deyilir. 

Yataq dəyişəkləri - mələfələr, yorğanağı, balışüzləri təmiz, ağ olmalı və 

hər  həftə  dəyişdirilməlidir.  Adətən,  yataq  ağını  xəstələrin  növbəti 

sanitariya təmizliyi ilə bir vaxtda dəyişdirirlər. Ağır xəstələrin yatağındakı 

mələfələr¬də  qırışlar  və  tikişlər,  xəstənin  başını  qoyduğu  balışların 

üzündə  düyün  və  düymə  olmamalıdır.  Xəstə  yataq  dəyişəyi  ilə  birlikdə 

dəsmal da alır. 

Əgər xəstəyə yataqda yarımoturaq vəziyyət vermək lazımdırsa, başaltıdan 

başqa, xəstə sürüşməsin deyə, onun ayaqları üçün dayaq düzəldirlər. 

Xəstənin  yatağını  müntəzəm  -  səhər,  axşam  və  gündüz  istirahətindən 

qabaq yenidən salmaq lazımdır; sanitar mələfəni çırpıb düzəldir, balışları 

çırpıb qoyur; xəstəni bu vaxt stulda oturtmaq olar. Xəstəyə hərəkət etmək 

olmazsa,  onu  ikilikdə  çarpayının  kənarına  qoyub,  sonra  azad  olmuş 

hissədə qırıntıları kənar etməklə döşəyi və mələfəni düzəldirlər, bundan 

sonra  xəstəni  yığışdırılmış  hissəyə  qoyub,  həmin  işi  ikinci  hissədə  də 

görürlər. 

Xəstəyə tamamilə hərəkət etmək olmazsa, mələfəni iki üsulla dəyişmək 

olar.  Çarpayının  ayaq  tərəfindən  başlayaraq  çirkli  mələfəni,  xəstənin 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə