435
ona çobanyastığı tinkturası verilir (bir stəkan suya bir xörək
qaşığı töküb qaynatmalı, sonra duruldub süzməli) - bundan
gündə bir stəkan, yaxud gündə 3-4 dəfə 2-3 həb karbolen
verməli. Müayinə qabağı axşam və səhər tezdən, müayinəyə
%
2-3 saat qalmış 5-6 stəkan çobanyastığı tinkturası ilə imalə etməklə
bağırsaqları yuyurlar. Axşam xəstəyə demək lazımdır ki, müayinəyə 7-8
saat qalmış yemək, içmək, dərman qəbul etmək, papiros çəkmək olmaz.
Mədənin rentgenoloji müayinəsini səhər acqarına aparmaq daha yaxşıdır,
bu, mümkün deyilsə, müayinəyə 5-8 saat qalmış xəstəyə yüngül qəlyanaltı
etməyə icazə verilir: bir stəkan şirin çay, manna sıyığı, yaxud kisel.
Duodenal zondlama. Onikibarmaq bağırsağa zondu müalicə və
diaqnostika məqsədilə salırlar.
Öd kisəsinin və öd yollarının müxtəlif xəstəlikləri zamanı ödün axması
çətinləşir. Bu vaxt öd kisəsində qalan öd ağrılar törədir. Duodenal zond
salmaqla öd kisəsini boşaldırlar: onikibarmaq bağırsağa zonddan hər
hansı bir ödqovucu dərman yeridirlər; onun təsirindən öd kisəsi reflektor
surətdə yığılaraq, içərisindəki ödü bağırsağa ötürür.
Duodenal zond diametri 3-5 mm və uzunluğu 1,5 m olan rezin borudur.
Zondun mədəyə salman başına 2 x 0,5 sm ölçüdə içiboş ucluq
bərkidilmişdir; bunun bir neçə deşiyi vardır. Rezin borunun o biri ucuna
20 - 25 sm aralı olan hissələri arasına müvafiq diametrli və 5 sm
uzunluğunda şüşə boru birləşdirilmişdir. Zondun üzərində üç nişan vardır:
bunların biri uduqdan 40 - 45 sm aralı (kəsici dişlərdən mədənin
girəcəyinə qədər olan məsafə), ikinci nişan - 70 sm (kəsici dişlərdən mədə
çıxacağına
downloaded from KitabYurdu.org
436
qədər olan məsafə), üçüncü nişan - 80 sm (kəsici dişlərdən Fater
məməciyinə - ümumi öd və mədəaltı vəzi axacaq¬larının onikibarmaq
bağırsağa açıldığı yerə qədər olan məsafə) olur. Duodenal zondu
işlətdikdən sonra şprislə bir neçə dəfə su ilə yuyurlar; onu işlətməzdən
qabaq qaynadır
və qaynanmış suda soyudurlar.
» +
Od kisəsinin və öd yollarının rentgeııoloji müayinəsi üçün xəstənin
hazırlanması. Qaraciyərin geniş rentgen şəklində öd kisəsi çox nadir
hallarda (divarı çox qalınlaş¬mış olduqda), öd kisəsindəki daşlar isə
yalnız onların tərkibində kalsium duzları olduqda görünür. Qaraciyərdə
və öd kisəsində olan patologiyanı aşkar etmək üçün ultrasəs müayinəsi də
tətbiq edilir.
Təmizləyici imalələri aşağıdakı hallarda tətbiq edirlər:
1)
hər hansı mənşəli qəbizlik və defekasiyanm ləngiməsi zamanı; 2)
xarici və daxili mənşəli zəhərlənmələr zamanı; 3) operasiya, doğuş, qarın
boşluğundakı və kiçik çanaq- dakı orqanların rentgeııoloji müayinəsi
qabağı, habelə dərman, damcı və qidalandırıcı imalələrdən qabaq.
m
İmalə ilə yeridilən maye həm bağırsaqların peristalti- kasına və
boşalmasına, həm də nəcis kütlələrini yumşaldıb onların asan çıxmasına
mexaniki, termik və kimyəvi təsir göstərir.
Yeridilən mayenin miqdarı, onun yeridildiyi təzyiq və sürət nə qədər çox
olsa, imalənin mexaniki təsiri bir o qədər güclü olur. Orta hesabla orta
yaşlı adam üçün 1/, südəmər uşaqlar üçün 30-150 ml, 1 yaşdan 5 yaşadək
150- 300 ml, 6 yaşdan 14 yaşa qədər 300-500 ml su götürürlər. Krujka
downloaded from KitabYurdu.org
437
ştativdən nə qədər hündürdə asılsa, yeridilən maye¬nin təzyiqi də bir o
qədər yüksək olur. Suyun sürətini kranla tənzim edirlər.
Təmizləyici imalə aparılan cihazın aşağıdakı hissələri vardır. 1) Esmarx
krujkası - tutumu 2 litrədək, üzərində bölgüləri və aşağıda tubusu olan
şüşə qabdır, həmçinin eyni quruluşda və həcmdə olan metal və rezin qab
da işlədirlər;
2)
suyu axıdan qalın rezin boru; Esmarx krujkasımn tubusuna taxılır;
3) suyun axmasını tənzim etmək üçün kranla birlikdə birləşdirici boru; 4)
şüşə, rezin ucluq.
Esmarx qabma su, yaxud təyin edilmiş tərkibli və temperaturlu başqa bir
maye tökülür və kranı açıb, havanı çıxararaq boruları doldururlar. Sonra
kranı bağlayır, Esmarx qabını isə müəyyən hündürlükdə ştativdən asırlar.
Yataq rejimində olan xəstələrə palatada, gəzən xəstələrə isə ayaqyolunda
imalə edirlər.
Uduğu yeritdikdən sonra kranı açır, qabı əvvəlcə 40-50 sm qaldırır və
sonra onu yavaş-yavaş 1 metrədək qaldıraraq mayeni yeridirlər.
Böyrək xəstəlikləri olan şəxslərə qulluq müalicənin əsası¬dır və buna
görə də son dərəcə böyük əhəmiyyəti vardır.
Kəskin nefritin gedişində kəskin şəkildə başlanan ağırlaşmalar ola bildiyi,
həmçinin onun xronik şəklə düş¬məsi qorxusu olduğu üçün belə xəstələri
dərhal xəstəxa¬naya aparmaq lazımdır. Xronik böyrək xəstəlikləri olan
şəxsləri kəskinləşmə dövründə xəstəxanaya qoyurlar.
İsti yataqda uzun müddət rahat uzanmağın sağalma üçün böyük
əhəmiyyəti vardır.
Böyrək xəstələrinin yeməyinə duz qatılmır və dietada zülal azaldılır,
xəstənin özünə 1 - 4 q duz verirlər. Onların yeməyi vitaminlə zəngin
downloaded from KitabYurdu.org
438
olmalıdır. Yüngül dieta günləri: ancaq şəkər, alma və kompot verilən
günlər olur.
Ürəyin xaricdən masaj edilməsi. Xəstəni bərk bir yerə (döşəməyə)
uzadırlar. Yaxasını açır, yaxud əynindən paltarını çıxarırlar. Yardım
göstərən şəxs sol tərəfdə durur və əlini can verən xəstənin döş sümüyünün
aşağı üçdə bir hissəsinə qoyur. Əl mil-bilək oynağında mümkün olduğu
qədər qatlanmalıdır. Bərk basmaq üçün ikinci əli birinci əlin üstünə
qoyurlar, döş qəfəsini basmaq üçün əllərin gücü çatmırsa, bədənin
ağırlığını da salırlar. Döş sümüyünü arada bir saniyə fasilə verib tez-tez
təkan verməklə basmaq lazımdır. Belə etdikdə, o içəri batır və onurğa
sütununa
3-
4 sm yaxınlaşır, ürək döş sümüyü ilə onurğa arasında qalıb sıxılır,
onun içərisindəki qan isə aortaya və ağciyər arte¬riyalarına qovulur. Döş
sümüyünü basmağı dayandırdıq¬dan sonra əli tez götürmək lazımdır.
Onda döş qəfəsi əvvəlki formasını alır, ürək isə boşalır və içərisinə
venalardan axan qan dolur.
Ağızdan-ağıza və ağızdan-buruna süni tənəffüs. Süni tənəffüsə
başlamazdan əvvəl çıxarılan diş protezlərini çıxarmaq, barmağa tənzif,
yaxud dəsmal sarıyıb ağızı selikdən, qusuntu kütlələrindən, yad
cisimlərdən təmizləmək lazımdır. Xəstənin ağzını açmaq mümkün
olmursa,
burnuna hava üfürürlər.
kimi edirlər.
Ağızdm-ağıza süni tənəffüsü
Xəstənin başını mümkün qədər çox dala əyirlər. Yardım göstərən şəxs bir
əli ilə xəstənin ağzını açır, o biri əli ilə isə onun burnunu sıxır. Dərindən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |