464
Bir çox ölkələrdə yenidən təbii qida vasitələrinə qayıtmağın sirləri
aydınlaşdırılır, faydalı yollar araşdırılır. Biz də həmin üsullardan çox
faydalana bilərik. Ağıllı, savadlı ziyalılarımız, bioloq-alimlərimiz, tibb
işçilərimiz bu sahədə öndə irəliləməlidirlər.
Keçmiş təbabətin bir cəhətini də bilmək lazımdır. Bitki, heyvan və
mineral mənşəli təbii vasitələrin xammal
şəklində alınması, hazırlanması və saxlanması qədim əczaçı- ların,
əttarların və təbiblərin diqqət mərkəzində olmuşdur.
Heyvan mənşəli dərmanları cavan və sağlam heyvan¬dan, baharda, alınan
dərmanın xüsusiyyətindən asılı olaraq diri halda və ya kəsilən kimi dərhal
götürmək məsləhətdir. Mineral mənşəli (mədən) dərmanları isə qışın
əvvəlində, torpağa qatışıq, rəngi, iyi tam qalmış halda əldə etmək tövsiyə
edilir. Dərman meyvələrdən alınarsa, onu meyvə yetişəndən sonra,
ağacdan özü düşməmişdən əvvəl dərmək lazımdır. Bəzi hallarda isə
yetişməmiş meyvə tələb olunur. Yarpaqlar tam inkişafa çatdıqdan,
quruyub saralmamış tam yetişib, quruluğu orta həddə çatdıqda yığılır.
Çiçəklərin tam açılıb, iyi, rəngi normaya çatdıqda, əsasən səhər sərində
dərilməsi faydalıdır, köklər isə payızın sonunda, yarpaqlar tökülməmiş
yığılmalıdır.
Bu göstərilən prinsiplərdən kənara çıxmalar da ola bilər.
Bir sıra bitkilərdən alman vasitələr acı və xoşagəlməz olur. Acılığı
aparmaq və dadını yaxşılaşdırmaq üçün bal, şəkər qatırlar. Bəzi vasitələr
sirkədə, şərabda, işgəncəbidə hazırlanır, başqaları gülabın, zeytunun,
küncütün və s. yağında hazırlanmaqla daxilə və ya xaricə işlədilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan təbiəti ta qədim zamanlardan şəfalı
bitkilərlə, heyvanat aləmi və mineral¬larla zəngin olmuş və indi də
zəngindir. Torpağın mün¬bitliyi, iqlim şəraitinin əlverişli olması, su
ehtiyatı və lazımi günəş istiliyi, həyat üçün zəruri sayılan qədim dörd
downloaded from KitabYurdu.org
465
ünsürün varlığı burada yaşayan bitki və heyvanların sağlamlığına dəlalət
edir. Bu isə insanların sağlamlığını, uzunömürlü olmasını təmin etmişdir.
Deyilən milli sərvətlərin qorunması bu gün bütün Azərbaycan
vətəndaşlarının ümdə borcudur.
XXII. DƏRMANLAR VƏ ONLARIN NÖVLƏRİ
Xəstəliklərin müalicəsi və profilaktikası üçün müxtəlif
bitki, heyvan və mineral mənşəli maddələrdən dərman preparatları
hazırlanır.
Dərman maddələri və dərman xammalı tibbi prakti¬kada işlədilməzdən
əvvəl müəyyən üsullarla emal edilir. Bundan sonra dərman maddəsi
dərman preparatı adlanır.
Tibbdə işlədilən dərman preparatları konsistensi- yalarına görə üç növ
olur.
1.
Sərt və ya bərk dərman formaları (tozlar, kapsul¬lar, tabletlər,
drajelər və s.).
2.
Yumşaq dərman formaları (məlhəmlər, linimentlər, pastalar,
plastırlar, şamlar, kürəciklər, çubuqcuqlar və s.).
3.
Maye dərman formaları (məhlullar, inyeksiyalar, damcılar,
emulsiyalar, dəmləmələr, bişirmələr, cövhərlər, şirələr, miksturalar yaxud
qarışıqlar və s.).
Dərman maddələrini təsir növlərinə görə qruplaş¬dırırlar. Dərmanların
aşağıdakı təsir növləri vardır:
1.
Yerli və ümumi təsir. Yerli təsir orqanizmin müəy¬yən nahiyəsinə,
dərmanın işlədildiyi yerə göstərilən təsirdir ki, bu da keyidici,
qıcıqlandırıcı, dezinfeksiyaedici və s. olur. Ümumi təsir isə dərmanın
qana sorulduqdan sonra bütün orqanizmə göstərdiyi təsirdir. Dərmanların
downloaded from KitabYurdu.org
466
ümumi və yerli təsir göstərməsi şərti qəbul olunmuşdur. Hər bir dərman
yerli təsirlə yanaşı, müəyyən dərəcədə ümumi təsir də göstərir.
2.
Reflektor təsir. Bu təsir dərman maddələrinin hissi sinir uclarına
olan təsiri nəticəsində mərkəzi sinir sisteminin iştirakı ilə həyata keçirilir.
Reflektor təsir çox tez baş verir, lakin qısamüddətli olur. Məsələn,
tənəffüs fəaliyyətinin kəskin zəifləməsində xəstəyə naşatır spirti iylədiılər
ki, bu da burun boşluğundakı selikli qişa resep- torlarmı qıcıqlandırır,
uzunsov beyindəki tənəffüs mərkə¬zini oyadır və tənəffüs yaxşılaşır.
3.
Bilavisitə və dolayı yolla təsir. Bilavisitə təsir dərman preparatının
müəyyən orqana və ya toxumaya
birbaşa ilkin təsiridir. Dolayı yolla təsir isə digər orqan və ya toxuma
vasitəsilə göstərilən ikincili təsirə deyilir.
4.
Dönən və dönməyən təsir (Əksər dərmanlar dönər təsir göstərir).
Dönən təsir müəyyən müddətdən sonra keçib gedir. Dönməyən təsir isə
həmişəlik qalır (Belə dərmanlar azlıq təşkil edir).
5.
Əsas və yanaşı təsir. Əsas təsir dərman maddələ¬rinin göstərdiyi
müalicəvi təsirdir. Yanaşı təsir isə lazımsız, arzıı olunmayan, bəzən də
hətta zərərli təsirə deyilir.
6.
Etiotrop və simptomatik təsir. Etiotrop təsir xəstəliyin səbəblərinə
və amillərinə qarşı yönəldilmiş təsirdir. Simptomatik təsir isə xəstəliyin
simptomlarma, əlamətlərinə qarşı olan təsirdir.
7.
Kombinəedilmiş təsir. Bir neçə dərmanın eyni vaxtda və eyni
məqsədlə işlədildiyi zaman verdiyi effektə deyilir. Sinergist dərmanlar
eyni istiqamətdə təsir göstərən dərmanlardır. Antaqonist dərmanlar isə
bir-birinin əksinə (zidd) təsir göstərir. Bunlardan zəhərlənmələrdə geniş
istifadə olunur.
downloaded from KitabYurdu.org