449
alifatik turşular, yağda əriyən A, D, E vitaminləri və sairə maddələr vardır.
Orqanizmin yağa olan tələbatını ödəmək yalnız heyvani yağlarla bitki
yağlarını birgə işlətdikdə mümkün olur. Çünki onlar bir-birini həyat üçün
zəruri maddələrlə •tamamlayır. Orta yaşlı adam üçün ağır fiziki işdə,
xüsusilə soyuqda sutkalıq yağ norması 100-dən 150 q-a qədərdir. Sutkalıq
yağ rasionunun 60 - 70 %-ni heyvani yağlar və 30 - 40 %-ni bitki yağları
təşkil etməlidir.
Karbohidratlar orqanizmin sərf etdiyi enerjini ödəyən əsas mənbədir.
Karbohidratlarm mənbəyi şəkər, bal, tərəvəzlər, taxıllar və onlardan
hazırlanan yeyintilər, şirin meyvələrdir. Bundan əlavə, bitki
məhsullarında qeyri-qida karbohidratları - sellüloza vardır ki, bu, həzm
olunmur və sorulmur, lakin qidanın həcmini artıraraq, bağırsaqların
hərəkət funksiyasını normal saxlayır. Sutkalıq qida rasionunda
karbohidratlarm orta norması 400 - 500 q-dır.
Su insan bədəninin çəkisinin 65 %-ni təşkil edir. Hücey¬rələrin və
toxumaların, qanın, limfanm, vəzi şirələrinin əsas kütləsi sudur.
Orqanizmdə həyat üçün zəruri olan bütün proseslər müxtəlif maddələrin
suda məhlulunda gedir. Orqa-nizmin 10 % su itirməsi onun vəziyyətinə
pis təsir edir, 20-25 % su itirməsi isə ölümə səbəb olur. İnsan sutka ərzində
orta hesabla 2,5 1 su qəbul edir (təxminən 1,5 1-i müxtəlif mayelər
şəklində, 1 1-ə qədərinr 40 % sudan ibarət olan bərk qidalarla alır). Əzələ
işi zamanı və xarici mühitin temperatu¬ru yüksək olduqda, insanın suya
tələbatı xeyli artır.
Mineral maddələr - qida rasionunun mütləq tərkib hissəsi olub, düzgün
maddələr mübadiləsi üçün böyük əhəmiyyətə malikdir. Orqanizmdə
miqdarı bədən kütləsi¬nin 0,001%-dən az olan mineral maddələrə
(manqan, sink, mis, molibden, kobalt, qalay, selen və s.) mikroelementlər
deyilir. Belə cüzi miqdarda olsalar da, onların çatışmazlığı
downloaded from KitabYurdu.org
450
orqanizmin funksiyalarının ciddi pozulmasına səbəb olur. Çünki
mikroelementlər mühüm funksiyalar daşıyan fermentlərin, hormonların,
vitaminlərin tərkibinə daxildir.
Natrium (əsasən xörək duzu şəklində) qanda və toxumaarası mayelərdə
olur və osmos təzyiqini müəyyən səviyyədə saxlamaq üçün zəruridir ki,
bunsuz həyat proses¬lərinin normal gedişi qeyri-mümkündür. Xörək
duzunun orta sutkalıq norması 15 q-dır. Natrium duzlarında suyu
orqanizmdə saxlamaq xassəsi olduğuna görə ödemləri və iltihab
proseslərini müalicə edən dövrdə duzların miqdarı sutkalıq rasionda xeyli
azaldılır (axlorid dieta).
Kalium orqanizmə çox daxil olduqda oradan natrium duzlarını və suyu
sıxışdırıb çıxarmaq xassəsinə malikdir, buna görə də ödem və iltihablarda
tətbiq olunur. Bundan əlavə, o, ürək əzələlərinin yığılmasını gücləndirir.
Kartofda, quru meyvələrdə, paxlalılarda, yulaf yarma¬sında, balıq ətində,
buğda kəpəyində olur.
Kalsium sümüklərin böyüməsi və normal vəziyyətdə olması üçün
zəruridir, qanın laxtalanma proseslərində iştirak edir, sinir sisteminə
müsbət və iltihab əleyhinə təsir göstərir. O, süddə və süd məhsullarında,
habelə soyada və göyərtidə olur.
Fosfor maddələr mübadiləsinin bütün əsas proseslə¬rində iştirak edir,
beynin, cinsiyyət orqanlarının, əzələlərin hüceyrələri üçün, xüsusilə zehni
və fiziki iş zamanı zəruridir. Fosfor duzlarının orqanizmə daxil olması və
mənimsənilməsi zülalların, yağların, karbohidratlarm və başqa mineral
duzlarin daxil olması ilə sıx əlaqədardır. Fosfor yumurta sarısmda,
beyində, pendirdə, paxlalılarda, buğdada, yulafda, qoz-fmdıqda daha çox
olur.
downloaded from KitabYurdu.org
451
Dəmir hemoqlobinin əmələ gəlməsi üçün zəruridir və hüceyrə nüvələrinin
əsas tərkib hissəsidir. Yumurta sarışın¬da, qaraciyərdə, soyada, lobyada,
çiyələkdə, almada olur.
M
kalsium
Maqnezium
buna görə daralmaya meyllik olan damar xəstəliklərində
tətbiq edilir. Kartofda, kələmdə, pomidorda, çovdar çörəyin¬də, kəpəkdə,
buğdada, lobyada, pendirdə, badamda olur.
Kükürd orqanizm üçün əvəzedilməz aminturşularm (metionin, sistein)
tərkibinə daxildir. Oksidləşmə və mübadi¬lənin zəhərli maddələrinin
zərərsizləşdirilməsi proseslərində iştirak edir. Paxlalılarda, kəsmikdə,
pendirdə, yağsız ətdə, yulafda olur.
Yod qalxanabənzər vəzinin normal fəaliyyəti üçün zəruridir, soğanda və
dənizlərdə yaşayan balıqlarda olıır.
Vitaminlər də mineral duzlar kimi istilik enerjisi vermir və orqanizmə çox
az miqdarda lazımdır, lakin onlarsız normal həyat qeyri-mümkündür.
C vitamini - askorbin turşusu suda əriyir, yüksək temperaturda və qələvi
mühitdə parçalanır, bir sıra metallarla və oksigenlə oksidləşir, aktivliyini
itirir. Ərzaq məhsullarını bişirəndə bunu nəzərə almaq lazımdır. C
vitamini skorbutun (sinqa) müalicəsində və orqanizmin müqavimətini
artırdığı üçün, həm də başqa xəstəliklər zamanı tətbiq edilir. Sağlam adam
üçün sutkalıq dozası 50 mq-dır. Xəstə üçün 3-5 dəfə artıq tələb olunur. C
vitamini tərəvəzdə, göyərtidə, meyvə və giləmeyvələrdə çox olur
downloaded from KitabYurdu.org
452
B qrupu vitaminləri (Bı, B2, BÖ, B12, Bis, PP, pantoten turşusu, xolin,
inozit, paraaminobenzoy turşusu, fol turşusu) suda əriyir, yüksək
temperatura davamlıdır, orqanizmdə bir-biri ilə sıx əlaqədədir.
Bı vitamininin - tiaminin - əsas əhəmiyyəti sinir sistemini normal
vəziyyətdə saxlamaqdan ibarətdir. Tiamin karbohidrat mübadiləsində
mühüm rol oynayır və zülal mübadiləsində iştirak edir. Əsasən,
karbohidratlardan ibarət olan qida orqanizmin tiaminə tələbatını artırır.
Tiamin az miqdarda mayalarda (pivə və çörək mayasında), habelə iri
üyüdülmüş unun çörəyində, donuz ətində, paxlalılarda, qarabaşaq, yulaf
və arpa yarmasındı olur.
B? vitamini - riboflavin - zülal mübadiləsində.
• *
boyatma prosesində və görmə funksiyasının tənzimində iştirak edir. Süd
məhsulları, yumurta ağı, mayalar, buğda,
pomidor, soğan, göy noxud və s. ribofiavinlə zəngindir.
PP vitamini - nikotin turşusu - pellaqraya qarşı amildir. Ərzaq
məhsullarında digər B kompleksli vitamin¬lərlə bir yerdə olur.
B12 vitamini bədxassəli qanazlığmm müalicəsində müstəsna dərəcədə
təsirlidir - lakin başqa növ qanazlığmm müalicəsində təsiri azdır.
A vitamini yağlarda əriyir, temperatura xeyli davamlıdır. Boyatma,
gözlərin normal funksiyası, həmçi¬nin dərinin və selikli qişaların normal
vəziyyətdə olması üçün zəruridir. A vitamini ilə balıq yağı, kərə yağı, süd,
yumurta, qaraciyər, kök, pomidor, qabaq, ispanaq, göy noxud, ərik,
qarğıdalı yağı zəngindir.
D vitamini yağlarda əriyir. Ultrabənövşəyi şüalarda aktivləşən bir neçə
maddədən ibarətdir. Orqanizmdə bu proses dəridə gedir. D vitamini
kalsium, fosfor mübadilə¬sində və böyüməkdə olan orqanizmin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |