446
Qarışıq zədələnmələr zamanı ilk tibbi yardım gös¬tərmək çox çətinlik
törədir. Bu zaman ən əvvəl həyat üçün təhlükəli olan, sonra isə bir qədər
yüngül zədələri aradan qaldırmaq lazımdır. Məsələn, bud sümüyünün
arterial qanaxma törədən sınığı zamanı əvvəlcə qanaxmanı kəsmək, sonra
isə sınıq yerini təmizləmək, gipsə qoymaq lazımdır.
İlk tibbi yardımın bütün üsulları mövcud qaydalara ciddi əməl etməklə,
ehtiyatla tətbiq edilməlidir. Ehtiyatsız, kobud ilk yardım yaralıya əlavə
əziyyət verib, onun halını ağırlaşdıra bilər. Əgər ilk tibbi yardımı bir deyil,
bir neçə adam göstərirsə, onlar bir-birinə uyğun hərəkət etməli¬dirlər.
Belə halda bir nəfər bütün tədbirlərə başçılıq edir.
ilk tibbi yardım göstərilərkən həm təchizat cədvəlinə əsasən verilən
vəsaitlərdən (tabel vasitələri), həm də əl altında olan yardımçı
vasitələrdən istifadə edilir. Tabel vasitələri ilə sanitar drujinaları, sanitar
postları təchiz edilir; inşaat və istehsalat sahələrində, sexlərdə, ferma və
briqadalarda, tədris müəssisələrində, idarələrdə, istirahət yerlərində ilk
tibbi yardım göstərmək üçün dərman qutuları komplektləşdirilir və
saxlanılır. Sərnişin daşıyan nəqliyyat maşınları, şəxsi avtomobillər də
dərman qutuları ilə təchiz edilir. İlk tibbi yardım üçün təchizat
material¬larına aşağıdakılar aiddir: sarğı materialları (bint, fərdi sarğı
paketi, sarğı salfetləri, pambıq), turna, müxtəlif şinalar, bir sıra dərmanlar
(yodun 5%-li spirtli məhlulu, brilyant abısının 1-2 %-li spirtli məhlulu,
validol həbləri, valerian məhlulu və ya tableti), naşatır spirti, çay sodası,
vazelin, leykoplastır və s. Bundan başqa, dərman qutuların¬da ağrıkəsən,
zəhərlənməni, allergiyanı aradan qaldıran, qan təzyiqini endirən və ya
yüksəldən vasitələr də olmalıdır.
Aşağıdakı əşyalardan ilk tibbi yardım göstərmək üçün yardımçı vasitələr
kimi istifadə etmək olar: sarğı üçün təmiz döşəkağı, ümumiyyətlə yumşaq
parça, alt köynəyi, qanaxmanı saxlamaq üçün şalvar kəməri, qayış,
burmac, sümük sınığı zamanı şina əvəzinə karton, faner lövhə vəs.
downloaded from KitabYurdu.org
447
Sınıqlar,- şok, dərin yanıqlar zamanı zərərçəkənə ağrıkəsən dərman
vurulur. Bu dərman şpris-tübikdə hazır olur. İynənin örtüyü çıxarılır,
bazunun arxa tərəfinə və ya budun arxa hissəsinə batırılır, polietilen gövdə
sıxılır, dərman yeridilir. Sonra tübik yaralının döş hissəsində paltarına
keçirilir. Bununla xəstəxanada həkimlər bilirlər ki, yaralıya ağrıkəsən
iynə vurulmuşdur.
Dietoterapiya
Dieta - sağlam və xəstə adamın qidalanma rejimi - qidanın keyfiyyət
tərkibindən, miqdarından (ümumi və ayrı-ayrı tərkib hissələri), qəbul
edilməsi vaxtından və sayından ibarətdir.
Dietoterapiya (pəhrizlə müalicə) - müalicə dövründə xəstəyə təyin
olunmuş və həkimin nəzarəti altında aparılan müalicəvi qidalanmadır.
Müalicə qidasını düzgün qurmaq üçün: 1) həzmin və qidalanmanın
fiziologiyasını bilmək; 2) qidanın tərkib hissələrinin xəstəlik proseslərinə
təsirini nəzərə almaq və 3) bişirilmə üsulundan asılı olaraq qidanın
dəyişilməsini əsas götürmək lazımdır.
Sağlam
və
xəstə
adamın
qidası
zülallardan,
yağlar¬dan,
karbohidratlardaıı, vitaminlərdən, mineral duzlardan və sudan ibarətdir.
Qidanın əsas tərkib hissələri olan zülallar, yağlar, karbohidratlar orqanizm
üçün qidalanma və enerji mənbəyidir. Onlar orqanizmdə yanaraq, yaxud
oksidləşə- rək istilik verir ki, bunu kalorilərlə hesablamaq qəbul
edilmişdir. 1 litr suyu 1°C qızdırmaq üçün lazım olan istilik miqdarı
böyük kalori ilə göstərilir. Orqanizmdə 1 q zülal
oksidləşdikdə 4,1, 1 q karbohidrat - 4,1, 1 q yağ isə 9,3 kkal verir. Verilmiş
məhsulun tərkibində olan zülal, yağ və karbohidratlarm miqdarı
məlumdursa, onun kaloriliyini hesablamaq olar.
downloaded from KitabYurdu.org
448
Uşağın qida rasionunun kaloriliyini hesabladıqda nəzərə almaq lazımdır
ki, qida kaloriliyinin 2/3-si boyatmaya sərf olunur, buna görə uşağın
bədəninin 1 kq çəkisinə orta hesabla 120 - 130 kkal tələb olunur. Oturaq
işlə məşğul olan yaşlı adama 1 kq çəkiyə 40 - 50, ağır fiziki işlə məşğul
olan adama 1 kq çəkiyə 70 - 100 kkal lazımdır, az hərəkətli həyat tərzi
keçirən pensiyaçıya isə 1 kq çəkiyə 30 - 35 kkal kifayətdir.
Zülallar orqanizmin bütün toxumalarının əsas tərkib hissəsidir. Onlar yeni
hüceyrələrin qurulmasına və ömrünü sürmüş hüceyrələrin əvəz
edilməsinə sərf olunur. Bundan əlavə, zülallar orqanizmin müdafiə
reaksiyalarını həyata keçirməkdə çox mühüm rol oynayır. Zülalların əsas
mənbəyi heyvan mənşəli məhsullardır: ət, balıq, kəsmik, yumurta. Lakin
bitki məhsullarında da zülallar vardır, xüsusilə paxlalılar və qoz-fmdıq
zülallarla zəngindir. Həzm prosesində zülallar aminturşulara parçalanır,
bunlar sorulub insan orqanizminin zülallarının qurulmasına sərf olunur,
habelə mübadilə proseslərində iştirak edir.
Müxtəlif zülallarda ayrı-ayrı aminturşular kompleksi vardır, buna görə
orqanizmin cürbəcür zülallar almasının və ona lazım olan bütün
aminturşuların olmasının əhəmiy¬yəti böyükdür. Müəyyən edilmişdir ki,
qida rasionundakı zülalların 1/3-i heyvan mənşəli olmalıdır. Orta yaşlı
adam üçün sutkalıq rasionda zülal norması 100 - 120 q-dır, ağır iş zamanı
onu 150 - 160 q-a çatdırmaq olar.
Yağlar ən güclü enerji mənbəyidir. Bundan əlavə piy yığınları (yağ
deposu) orqanizmi istilik itirməkdən və əzilmədən qoruyur, daxili
orqanların piy kapsulları isə onlar üçün dayaq rolunu oynayır və mexaniki
zədələn¬mədən mühafizə edir. Ehtiyat halında olan piylər kəskin
infeksion xəstəliklər zamanı, iştaha azaldıqda və qidanın
mənimsənilməsi məhdudlaşdıqda əsas enerji mənbəyi olur. Yağların
mənbəyi heyvan və bitki yağları, habelə ət, balıq, yumurta, süd və süd
məhsullarıdır. Yağlarda orqanizmə lazım olan doymuş və doymamış
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |