442
Dərmanların tənəffüs yollarına yeridilməsi. Tənəffüs yollarının və
ağciyərlərin müxtəlif xəstəliklərində dərman¬ları bilavasitə tənəffüs
yollarına yeridirlər. Çox vaxt dərman maddələrini aerozol şəklində nəfəs
almaqla - inhalyasiya ilə yeridirlər. Nadir hallarda dərman məhlulla¬rını
rezin boru ilə, yaxud bronxoskop adlanan xüsusi cihazın borusu ilə
traxeyaya tökürlər.
Dərmanların parcnteral (mədə-bağırsaq yolundan
kənar) yeridilməsi. Dərmanlar parenteral (həzm yollarına
%
düşmədən) yolla inyeksiya (iynə ilə yeritmək) vasitəsilə yeridilir: 1)
dəriyə; 2) dəri altına; 3) əzələyə; 4) venaya;
5)
arteriyaya; 6) qarın və plevra boşluqlarına; 7) ürəyə; 8) döş sümüyü
iliyinə (intrasternal); 9) onurğa beyni kanalına; 10) hər hansı xəstə ocağa.
Son vaxtlar xəstələr və tibb personalı arasında bəzi dərmanlara (dərman
allergiyası), xüsusilə antibiotiklərə həssaslıq artdığına görə baş verən
xəstəliklər geniş yayıl¬mışdır. Məlum olduğu kimi, penisillin daha çox
işlədilir. Həll edilmiş penisillini saxladıqda bir neçə saatdan sonra onda
penisillin turşusu əmələ gəlir və flakonun, şprisin divarına yapışır. Onu
yumaq çətindir və qaynatdıqda da parçalanmır. Əgər belə şprisdən
xəstələrə başqa dərmanları yeritmək üçün istifadə edilərsə, onlarda
allergik reaksiyalar baş verə bilər.
Belə reaksiyaların qarşısını almaq üçün: 1) dərmanları saxlamaq
qaydalarını gözləmək lazımdır (penisillini bilava¬sitə inyeksiyadan əvvəl
həll etməli); 2) penisillin üçün ayrı şprislər və sterilizator olmalıdır; 3)
antibiotikləri yaxud serumları ancaq əvvəlcədən dəri daxilinə sınaq aparıb
həssaslığı yoxladıqdan sonra vurmalı.
downloaded from KitabYurdu.org
443
Dəriyə inyeksiya. Dəriyə inyeksiyaları diaqnostika məqsədilə vərəmi
(Mantu sınağı), brussellyozu (Bürne sınağı), exinokokkozu (Katsoni
sınağı), gizli ödemləri (Mak Klür-Oldric sınağı) aşkara çıxarmaq,
dərmana
həssaslığı müəyyən etmək və yerli anesteziya (keyitmə) üçün tətbiq
edirlər.
Yeridilən mayenin miqdarı 0,01 - 1 ml-dir. Kəsiyi 40-45° olan ən nazik
və qısa iynə və birqramlıq yaxşı kip şpris götürürlər, çünki dəri dərman
yeritməyə xeyli müqavimət göstərir. Diaqnostik allergiya sınaqları və
dər¬manlara həssaslığı müəyyən etmək üçün sınağı saidin içəri səthinin
dərisində qoyurlar.
Dəri altına inyeksiya etmək və məhlul yeritmək.
Dərialtı birləşdirici piy toxuması damarlarla zəngin kövşək toxumadır,
buna görə dəri altına bir neçə millilitrdən (inyeksiya) 0,5 1-dək (məhlul
yeritmək) dərman məhlulları yeritmək olar. Yağ məhlulları yavaş sorulur,
onları bir neçə millilitr miqdarında və həm də sorulmanı yaxşılaş¬dırmaq
üçün mütləq isidilmiş halda yeridirlər.
Dozaya əməl etməmək və inyeksiyanın vaxtını nəzərə almamaq xəstənin
halının tez xarablaşmasına səbəb ola bilər.
Dəri altına maye yeridilməsini orqanizm susuzlaşanda (qarşısıalınmaz
qusma və ishal), intoksikasiyalarda (zəhər¬lənmə) toksini (zəhəri)
durulaşdırmaq məqsədilə və operasi¬yadan sonrakı dövrdə tətbiq edirlər.
Əzələyə inyeksiya. Əzələlərin dəriyə və dərialtı piy qatma (birləşdirici
toxumaya) nisbətən həssaslığı azdır və onlara yeridilən dərmanlar çoxlu
miqdarda damarların və əzələ yığılmalarının hesabına daha tez sorulur.
Əzələlərə yeridilən dərmanların miqdarı 5 ml-dən artıq olmamalıdır.
downloaded from KitabYurdu.org
444
Venaya inyeksiya etmək və məhlul yeritmək. Əvvəlcə venepunksiyadan
danışmaq lazımdır, çünki tibb bacısı analiz üçün qan götürməli və qan
buraxmalı olur. Venaya dərman yeritmək və qan köçürmək həkimin işidir.
Qanburaxma və qanköçürmə üçün diametri 1,5 mm olan xüsusi Dyufo
iynəsindən istifadə edirlər. Müayinə üçün 3-5 ml qan götürmək və dərman
yeritmək üçün kiçik diametrli iynələrdən istifadə etmək olar, lakin bütün
hallarda iynənin kəsiyi 45° bucaq altında olmalıdır ki, venanın əks
tərəfdəki divarının yaralanması, yaxud deşil-
423
məsi ehtimalı azalsın, iynənin içərisindəki kələ-kötürlük burada qanın
laxtalanmasma səbəb ola bilər.
sm) yuxarı, bazuya turna
venaya dirsək büküşündən
Venepunksiyanı müvəffəqiyyətlə etmək üçün venanın hazırlanmasının
.böyük əhəmiyyəti vardır. Qanla dolmuş
(rezin boru) - qoyurlar və bununla qanın venadan axıb getməsinin
qarşısını alırlar.
Turna venanı sıxmalıdır, lakin arteriyalarla qan gəlmə¬sini qətiyyən
pozmamalıdır. Mil arteriyasında nəbzi yoxla¬maqla (əlləməklə) bunun
baş vermədiyinə əmin olmaq olar.
Venaya inyeksiyalar. Həyat üçün təhlükəli vəziyyət¬lərdə təcili yardım
göstərmək məqsədilə (tənəffüsün dayanması, ürəyin kəskin zəifliyi,
zəhərlənmə, qanaxma), habelə güclü qıcıqlandırıcı dərman maddələrini nə
dəri altına, nə də əzələyə yeritmək mümkün olmadıqda, dərmanları
venaya yeridirlər.
downloaded from KitabYurdu.org
445
İlk tibbi yardım
İlk tibbi yardım - zədələnmənin və ya xəstəliyin mümkün olan
ağırlaşmalarının qarşısını almaqla və onların gedişini yüngülləşdirməklə,
zədələnmiş şəxsin
I
həyatını xilas edə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən
ibərətdir.
Sadə ilk tibbi yardım tədbirlərini hər kəs bilməlidir. Eyni zamanda, hər
bir ziyalının az-çox tibbdən başı çıxmalı, sadə tibbi biliklərə malik
olmalıdır. İndiki dövrdə, yəni respublikamızda müharibə getdiyi bir
vaxtda hər kəsin ilk tibbi yardım göstərə, bilməsi məsələsi daha zəruri
olmuşdur. Odur ki, ali məktəblərdə tibbi biliklər haqqında məlumat
verilməsi dövrün tələbi kimi meydana çıxır.
Sadə tibbi biliklər dedikdə, geniş yayılmış xəstəliklər, onları törədən
səbəblər, ağırlaşmaları, zədələnmə, yaralan¬ma zamanı özünə və
yoldaşına ilk yardım göstərilməsi, xəstənin yaxındakı tibb məntəqəsinə
vaxt itirmədən çatdı¬rılması və s. tədbirlər başa düşülür. Bu tədbirlər isə
yara¬lanmanın müsbət nəticəsinə, yaralı şəxsin həyatının xilas edilməsinə
xidmət edir.
#
ilk tibbi yardım göstərərkən güclü qanaxma, elektrik- vurma, günvurma,
dəm qazı ilə zəhərlənmə, boğulma, ürək fəaliyyətinin dayanması,
tənəffüsün kəsilməsi, habelə bir sıra başqa hallarda vaxt itirilməməlidir.
Çünki vaxtın itirilməsi zərərçəkənin ölümü ilə nəticələnə bilər. Eyni
zamanda çoxlu yaralılar olduqda, birinci növbədə, vəziyyəti daha ağır
olanlara, xüsusilə uşaqlara yardım göstərilməlidir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |