429
Gicişmə və irinləmə prosedura vaxtı zəlidən və ondan sonra yaranın
çirklənməsi nəticəsində ola bilər. Zəli qoyulan yer düzgün seçilməzsə, zəli
səthdə yerləşmiş iri damarı dişlərsə, qanaxma baş verə bilər. Zəli dərialtı
birləşdirici toxuma boş olan yerlərə qoyularsa, qansızmalar əmələ gələ
bilər.
Qanburaxma. Qanburaxma yaxud qanalma müxtəlif məqsədlər üçün
tətbiq edilir:
1)
aydın şəkildə özünü göstərən durğunluq əlamətləri (ağciyər ödemi)
ilə ürək çatışmazlığında dövr edən qanın kütləsini azaldaraq, ürəyin işini
yüngülləşdirmək üçün;
2)
arterial təzyiq müxtəlif səbəblərdən qalxdıqda (hipertoniya
xəstəliyi, kəskin nefrit, eklampsiya), onu aşağı salmaq və kəllədaxili
təzyiqi azaltmaq üçün;
3)
böyrəklərin azotçıxarma funksiyası pozulduqda, xronik nefrit
zamanı və zəhərlənmələrdə sonradan fizioloji məhlul, yaxud 5 %-li
qlükoza məhlulu yeritməklə azotlu maddələri və başqa zəhərləri
orqanizmdən xaric etmək üçün; qanın bir hissəsini maye ilə əvəz edərək,
qandakı zəhərin miqdarını azaldır və onun böyrəklər vasitəsilə xaric
olmasını gücləndirirlər;
4)
çoxqanlılıqda qanın özlülüyünü azaltmaq üçün.
Qanburaxmada ağırlaşmalar. Venepunksiya texnikası
ilə əlaqədardır. Bəzən çoxlu miqdarda qan aldıqda, bayılma baş verir.
Yüngül təsadüflərdə naşatır spirtində, yaxud sirkədə isladılmış pambığı
buruna yaxınlaşdırmaq kifayət edir. Bu kömək etmirsə, ürək-damar
dərmanları verir və bədənə fizioloji məhlul yeridirlər.
Damar çatışmazlığı və belə xəstələrə qulluq. Nəbz - qanın sistolik
dalğasının təsiri ilə arteriya divarlarının titrəməsidir.
downloaded from KitabYurdu.org
430
Nəbzi yoxlamaq üçün II, III, IV barmaqları saidin üzərinə elə qoyurlar ki,
nəbzi yoxlanan şəxsin baş barmağının qaidəsində nəbzi yoxlayan şəxsin
II barmağı, bunun yanında dirsəyə tərəf III və IV barmaqları olsun.
Arteriyanı mil sümüyünə sıxırlar. Nəbzi yoxlanan adamın əli sərbəst və
münasib şəkildə yarımqatlanmış vəziyyətdə olmalıdır.
Nəbz vurğularının sayı dəqiqədə 60-dan az olarsa, buna bradikardiya, 90-
dan çox olarsa - taxikardiya deyilir.
Arterial təzyiq və onun ölçülməsi. Arterial təzyiq əsas etibarilə ürəyin
yığılmalarının qüvvəsindən və damarların
tonusundan asılıdır. Sağlam insan orqanizmində mürəkkəb neyrohumoral
tənzim mexanizmləri arterial təzyiqin nisbi sabitliyini təmin edir.
Arterial təzyiqi ölçməzdən əvvəl xəstə 10-15 dəqiqə dincəlməlidir, otağın
havası kifayət qədər isti olmalı, səs- küy olmamalıdır.
Arterial təzyiqi xəstənin oturmuş və ya uzanmış vəziyyətində ölçürlər.
Onun qolunu paltarından çıxarmaq lazımdır (xüsusən paltarın qolu
dardırsa). Xəstənin qolunu stolun üstünə, yaxud çarpayının kənarına
təxminən ürək səviyyəsində qatlayıb qoyurlar, ovuc yuxarı baxır, əzələlər
boş saxlanılır.
1.
Manjeti bazunun üzərinə qoyurlar; o bir qədər boş olmalıdır ki,
altından barmaq keçirmək mümkün olsun; manjetin aşağı kənarı dirsək
büküşündən 2,5 sm yuxarıda, borular isə yuxarıda, yaxud yanlarda
olmalıdır.
2.
Nəbzi dirsək arteriyasında tutur və həmin yerə fonendoskop qoyub
(onu bərk basmalı) qulaq asırlar.
3.
Manjetə yavaş-yavaş hava vurub qulaq asırlar, səs gəlmədikdə civə
sütununu bir daha 30 - 40 mm qaldırırlar; bu vaxt manjet arteriyanı tamam
sıxmış olur.
downloaded from KitabYurdu.org
431
4.
Balonun vintini azca açıb havanı buraxırlar ki, civənin səviyyəsi
birdən-birə düşməsin, eyni zamanda manjetdə təzyiq azalacaqdır.
5.
Diqqətlə qulaq asırlar: manjetdəki təzyiq arteri- yadakı qanın
təzyiqindən azca aşağı- olan kimi, qan arteriyanın sıxılmış hissəsindən
keçməyə başlayacaq və ilk səslər - damar tonları əmələ gələcəkdir. Ton
əmələ gələn andakı təzyiqə sistolik (maksimal) təzyiq deyilir; o, sistola
zamanı qanın arteriya divarını genəltməsi nəticəsində əmələ gəlir. Şkala
üzrə bu təzyiqi qeyd edirlər.
6.
Arteriyanın hər hansı dərəcədə sıxılmış olduğu müddətdə səslər
eşidiləcəkdir: əvvəlcə səs tonları, sonra küy (həmişə yox) və sonra bir
daha tonlar eşidilir. Manjetdən arteriyaya olan təzyiq kəsilən kimi və onun
mənfəzi tama¬milə əvvəlki halına düşdükdə səslər eşidilmir. Tonların
itdiyi andakı təzyiqə diastolik (minimal) təzyiq deyilir, başqa sözlə, bu,
diastola vaxtı qanın arteriya divarına etdiyi təzyiqdir.
7.
2 - 3 dəqiqə fasilə verib, arterial təzyiqi yenə iki
dəfə ölçməli və üç dəfədə alman nəticələrdən orta rəqəm
• •
çıxarmalı. Ölçmələr arasındakı fasilədə manjeti çıxarmırlar, lakin onun
havasını tamam buraxırlar.
Təzyiqi kəsr şəklində yazırlar: surətdə - sistolik təzyiq, məxrəcdə -
diastolik təzyiq yazılır.
Mədənin funksiyalarının pozulması. Qusma - mürək¬kəb koordinasiyalı
akt olub bu zaman mədənin çıxacağı qapanır, girəcəyi açılır nəticədə
mədənin bütün möhtəviy- yatı xaricə çıxır.
Həmçinin, mədənin, yaxud mərkəzi və periferik sinir sisteminin
qıcıqlanması nəticəsində qusma baş verə bilər.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |