S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə129/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   125   126   127   128   129   130   131   132   ...   153

420 

 

serini  tablet  şəklində  də  qəbul  etmək  olar).  Urək  nahiyəsinə  xardal 



kağızları, sol kürəyə və qola isitqac qoymaq, yaxud sol qola isti vanna 

etmək ağrıları azaldır. Oksigenlə nəfəs almaq yaxşı təsir edir. 

Miokard infarktı olan xəstəni bir yerdən başqa yerə aparmağın mümkün 

olub-olmaması məsələsini həkim həll edir. 

Bədən  temperaturunun  ölçülməsi.  İnsan  bədəninin  temperaturunda 

fizioloji  fərqlər  mövcuddur.  Qoltuq  nahi¬yəsində  ölçülən  orta  bədən 

temperaturu  36,5  -  37°C,  uşaqlarda  -  0,5  -  1°C  yüksək  (37  -  37,5°C), 

qocalarda  isə  bundan  aşağı  (35,5  -  36,5°C)  olur.  Adətən,  temperatur 

axşamlar səhərə nisbətən bir qədər yüksək olur. 

Lakin fizioloji temperatur fərqi nədən asılı olursa- olsun normal halda 1°C 

-dən  çox  olmur.  Beləliklə,  bədənin  normal  temperaturu  anlayışı  yalnız 

onun orta göstərici¬lərinin hüdudu ilə deyil, həmçinin sutkalıq temperatur 

fərqi ilə əlaqədardır. 

Terınometr.  Bədənin  temperaturunu  ölçmək  üçün  maksimal  tibbi 

termometrlərdən  istifadə  edirlər.  O,  kapilyar  boru  birləşdirilmiş  şüşə 

rezervuardan  ibarətdir.  Kapilyar  boru  qalın  və  nazik divarlı  olur.  Nazik 

divarlı kapilyarı Selsə görə +34°-dən +42°-yə qədər onda bir dərəcələrə 

bölünmüş işarələri olan metal lövhəyə - şkalaya bərkidir və bütün qurğunu 

şüşə  futlyara  yerləşdirirlər.  Qalın  divarlı  kapilyarm  futlyara  ehtiyacı 

yoxdur, şkala onun xarici səthində işarə edilir. Qalm divarlı kapilyarları 

olan  çubuqşəkilli  termometrlər  daha  möhkəmdir,  lakin  onda  civənin 

yuxarı  səviyyəsini  görmək  çətindir,  buna  görə  son  vaxtlar  yalnız  nazik 

divarlı kapilyarları olan termo¬metrlər hazırlayırlar. 

Rezervuarı  və  kapilyar  borucuğun  azca  hissəsini  civə  ilə  doldururlar. 

Kapilyar borucuqda civə, üzərindəki vakuumda civə buxarları olur. Civə 

qızdırıldıqda  onun  həcmi  rezervuarın  həcminə  görə  çox  artır,  nəticədə 

downloaded from KitabYurdu.org



421 

 

kapilyarda  civə  sütununun  meniski  qalxır.  Qızdırılma  dayandırıldıqdan 



sonra civə sərbəst olaraq rezervuara qayıda bilmir. 

Temperaturu ölçmə texnikası. Temperaturu çox vaxt qoltuqaltı çuxurda, 

nadir hallarda qasıq büküşündə ölçür¬lər. Üzülmüş xəstələrdə və südəmər 

uşaqlarda  temperaturu  düz  bağırsaqda,  yaxud  ağız  boşluğunda  ölçmək 

olar. 

Temperatur  ölçülən  nahiyələrdə  iltihab  prosesi  olma¬malıdır,  çünki 



burada temperatur yüksək ola bilər. 

Temperaturu  ölçməzdən  əvvəl  qoltuq  nahiyəsini  silib  qurudurlar  ki, 

buxarlanma  nəticəsində  termometr  tempera¬turu  olduğundan  az 

göstərməsin.  Dezinfeksiya  edilmiş  quru  termometri  silkələyir  və  civə 

sütununun şkaladan aşağı düşdüyünə əmin olduqdan sonra, aşağı ucunu 

qoltuq  nahiyəsinə  elə  qoyurlar  ki,  termometrin  rezervuarı  dəriyə  hər 

tərəfdən toxunsun. Xəstə, qolunu köksünə tərəf gətirərək 

termometri sıxır. Narahat xəstələrin və kiçik uşaqların qolunu tibb bacısı 

tutur. Temperatur ölçülən zaman xəstə oturmalı, yaxud uzanmalıdır. 

Temperaturu  ölçmə  müddəti  qoltuqaltı  nahiyədə  və  qasıqda  10  dəqiqə, 

boşluqlarda isə 5 dəqiqədir. 

Stasionarda səhər saat 7 ilə 9 arasında, axşam saat 5 ilə 7 arasında bütün 

xəstələrin  temperaturu  ölçülür.  Bəzən  temperaturu  daha  tez-tez  ölçmək 

lazım  gəlir:  gündə  3-4  dəfə,  yaxud  hər  2  saatdan  bir;  çünki  bütün 

xəstələrdə tempe-raturun qalxma dövrü adi ölçmə vaxtına uyğun gəlmir. 

Qızdırmalı  xəstələrə  qulluq.  Qızdırmanın  gedişindəki  iiç  dövrdən  hər 

birinin öz klinik mənzərəsi vardır; buna görə də xəstələrə qulluq onların 

hər birində öz xüsusiy¬yətlərinə malikdir. 

Qızdırma zamanı istilik tənziminin pozulmasından başqa, bütün orqan və 

sistemlərin  fəaliyyətində  də  pozulma  əlamətləri  müşahidə  edilir.  İlk 

downloaded from KitabYurdu.org



422 

 

növbədə maddələr mübadi¬ləsi pozulur: bir tərəfdən, yanma artır, digər 



tərəfdən isə həzm və sorulma funksiyası, iştaha azaldığına görə orqanizmə 

qidalı maddələr az daxil olur. Bu, orqanizmin öz toxumalarının yanmağa 

başlamasına gətirib çıxarır: qaraci¬yərin karbohidratları, piy toxumasının 

piyi  və  nəhayət,  zülallar  da  parçalanmağa  başlayır;  xəstə  arıqlayır. 

Tempera¬tur nə qədər yüksəkdirsə, nə qədər çox davam edirsə və fərq nə 

qədər çoxdursa, xəstə də bir o qədər çox arıqlayır. 

Xəstə orqanizmin itkisini doldurmaq, həmçinin infek- siyaya qarşı onun 

müqavimətini  artırmaq  üçün  xəstəyə  qüvvətli  yeməklər  verilməlidir. 

Mədə-bağırsaq yolları . funksiyasının lazımi dərəcədə olmadığını nəzərə 

alaraq,  qızdırmalı  xəstəyə  yüksək  kalorili  və  asan  mənimsənilən 

yeməkləri duru və yarımduru şəkildə vermək lazımdır. 

iştaha  xeyli  azaldığına  görə  qidanı  tez-tez  -  sutkada  6  -  7  dəfə  vermək 



lazımdır; bunun üçün axşam saatlarından, temperatur bir qədər düşdüyü 

üçün  hətta  gecə  saatlarından  da  istifadə  edilir.  Lakin  maddələr 

mübadiləsinin pozulması yalnız yanmanın artmasından ibarət olmur, həm 

də yanma 

axıra  qədər  getmir  və  natamam  mübadilə  məhsulları,  habelə  mikrob 

toksinləri  (qızdırma  infeksiondursa)  orqa¬nizmdə  yığılaraq,  hüceyrə  və 

toxumaları  zəhərləyir.  Böyrəklərin  funksiyası  zəiflədiyinə  görə  zəhərli 

məhsullar bədəndən az çıxır. 

Xəstələr  qızdırma  dövründə  susuzluq  hiss  edirlər  və  həvəslə  su  içirlər. 

Onlara tez-tez, hər 20 - 30 dəqiqədən bir az-az maye içməyi təklif etmək 

lazımdır; mayelərlə bir yerdə vitaminlər, xüsusilə C və A vitamini vermək 

məsləhət  görülür,  çünki  qızdırma  zamanı  mübadiləsi  pozulmuş  bu 

vitaminlərə tələbat artır. Bu məqsədlə tərəvəz, meyvə və giləmeyvə şirəsi, 

itburnu dəmləməsi, süd, çay,  mineral sular vermək  yaxşıdır. Qızdırmalı 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə