S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə127/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   123   124   125   126   127   128   129   130   ...   153

414 

 

baldırlarını, budlarını və sağrısını növbə ilə azca qaldırıb, xəstənin altında 



yumurlayırlar.  Çirkli  mələfənin  bürməsi  xəstənin  belinin  altında 

olacaqdır.  Eninə  istiqamətdə  yumrulanmış  təmiz  mələfəni  çarpayının 

ayaq  tərəfinə  qoyub,  həmçinin  xəstənin  aşağı  ətrafını  və  sağrısını  azca 

qaldıraraq çarpayının baş tərəfinə doğru hamarlayırlar. Təmiz mələfənin 

bürməsi  xəstənin  beli  altında,  çirkli  mələfənin  biirməsinin  yanında 

olacaqdır. Sonra sanitarlar¬dan biri xəstənin başını və döş hissəsini azca 

qaldırır, digəri isə bu zaman çirkli mələfəni götürür və onun yerinə təmiz 

mələfə salır. 

Ağır  xəstənin  köynəklərini  aşağıdakı  kimi  dəyişirlər.  Gövdənin  yuxarı 

hissəsini  azca  qaldıraraq,  köynəyi  arxa  tərəfdən  boyuna  doğru  yığırlar. 

Sonra köynəyi xəstənin başı üzərindən keçirirlər ki, bundan sonra ancaq 

qolları  azad  etmək  qalır.  Təmiz  köynəyi  əks  qaydada  geyindirirlər: 

əvvəlcə  xəstə  qoldan,  sonra  başdan  keçirir,  axırda  köynəyi  arxadan 

çəkirlər. 

Ləyənin  verilməsi.  Xəstədə  defekasiya  ehtiyacı  olduq¬da,  hər  şeydən 

əvvəl, onu başqa xəstələrdən şirma ilə  

ayırmaq lazımdır. Ləyəndən istifadə etməzdən əvvəl ilıq su ilə yaxalayır 

və içində bir qədər su saxlayırlar. Örtüyü açıb xəstədən ayaqlarını dizdən 

bükməyi  xahiş  edirlər  və  sol  əli  omanın  altına  salaraq,  çanağını 

qaldırmaqda ona kömək edirlər. Ağzı açıq ləyənin borucuğunu sağ əllə 

tutaraq,  onu  sağrıların  altına  elə  qoyurlar  ki,  aralıq  böyük  deşiyin 

üzərində, borucuq isə budlar arasında, dizlərə tərəf qalsın. 

Ciddi  yataq  rejimində  olan  xəstələr  sidikburaxmanı  da  yataqda  ediıiər. 

Bunun  üçün  xüsusi  qablar  -  sidik  qabları  vardır.  Bu  qablar  şüşədən  və 

metaldan oval formada hazırlanır və onların deşikli qısa borucuğu olur. 

Dəriyə  qulluq.  İnsanın  xarici  örtüyü  olan  dərinin  bir  sıra  mühüm 

funksiyaları  vardır:  o,  qoruyucu  rol  oynayır,  istiliyin  tənzimində, 

downloaded from KitabYurdu.org




415 

 

maddələr  mübadiləsində  (tənəffüsdə,  ifrazetmədə)  iştirak  edir  və  ən 



mühüm duyğu orqanların¬dan biridir. 

Dəri  orqanizmi  mexaniki  zədələnmələrdən,  həddindən  artıq  günəş 

işığından,  xarici  mühitdən  ona  zəhərli  və  zərərli  maddələrin, 

mikroorqanizmlərin  keçməsindən  qoruyur.  Dəriyə  daima  mikroblar,  o 

cümlədən, xəstəliktörədən mikroblar düşür, lakin xəstəlik nadir hallarda 

baş  verir.  Dəri  sağlam  və  təmizdirsə,  mikroblar  onun  səthindən 

buynuz¬laşaraq qabıqlaşan hüceyrələrlə kənar olur. Sağlam dəri səthinin 

turş  mühiti  bir  çox  mikroorqanizmlərin  inkişafı  üçün  əlverişli  deyildir; 

həmçinin  dəri  üzərində  qurumaq  onları  məhv  edir.  Bundan  əlavə,  dəri 

mikroblara zərərli təsir göstərən xüsusi maddə ifraz edir. 

Dərinin mühüm funksiyası duyğu orqanı kimi analizatorun tərkibinə daxil 

olmasıdır:  dəridəki  sinir  ucları  -  reseptorlar  xarici  mühitdən  gələn  və 

orqanizmə təsir gös¬tərən müxtəlif qıcıqlanmaları: isti və soyuq, toxunma 

və təzyiq, ağrı və i. a. qəbul edir. Xarici mühitdən gələn qıcıqları qəbul 

edən  çoxlu  və  müxtəlif  dəri  reseptorları  ■  şərtsiz  reflekslərin  əsas 

halqasıdır və şərti reflekslərin yaranmasında iştirak edir. Dəri hissiyyatı 

ilə  orqanizmin  mühüm  funksiyaları  bağlıdır:  əzələlərin  işi,  istiliyi 

tənzimet- mə, cinsi əlaqə, müdafiə refleksləri və i.a.  

Dərinin ona xas olan funksiyaları icra etməsi sağlam¬lığın əsas şərtidir. 

Dərinin  düzgün  funksiyası  üçün  onu  təmiz  saxlamaq  və  maserasiyadan 

qorumaq lazımdır. 

Xəstəlik  insan  orqanizminin  bütün  orqan  və  sistemlə¬rinin  fəaliyyətini 

pozur. Xəstəlik vəziyyətində olan orqanizm dəriyə olan tələbatını artırır 

ki,  bununla  əlaqədar  olaraq,  xəstənin  dərisini  təmiz  saxlamağın 

əhəmiyyəti daha da artır. 

Dərini piy və tər vəzilərinin ifrazatı, buynuzlaşmış pul- cuqlar, mikroblar 

və toz çirkləndirir. Qoltuq dərisini isə, əla¬və olaraq, apokrin vəzilərinin 

downloaded from KitabYurdu.org




416 

 

sekreti,  aralığın  dərisini  -  sidik-  cinsiyyət  orqanlarının  və  bağırsaqların 



ifrazatı çirkləndirir. 

Üzü, boyunu və gövdənin yuxarı hissəsini hər gün yumaq lazımdır. Xəstə 

ciddi  yataq  rejimindədirsə,  onu  hamam  lili  və  ya  taınpon  vasitəsilə,  tas 

üzərində dolçadan su tökərək yuyundururlar. Bu işdə xəstəyə tibb bacısı 

və kiçik tibb işçisi kömək etməlidir. Stasionarda olan kiçik yaşlı uşaqları 

tibb bacısı yuyundurmalıdır. Əlləri səhər, yeməkdən qabaq və gün ərzində 

hər  dəfə  çirkləndikdə,  xüsusilə  ayaqyo¬luna  getdikdən  sonra  yumaq 

lazımdır.  Ayaqlar  hər  axşam  isti  su  və  sabunla  yuyulmalıdır.  Yataq 

rejimində olan xəstənin ayaqlarını həftədə 2-3 dəfə çarpayı üzərində tas 

qoyaraq yumaq lazımdır. 

Yataq yarasının əmələ gəlməsinə səbəb yalnız dəridə yerli qan dövranının 

pozulması deyil, həm də orqanizmin ümumi vəziyyətinin, sinir sisteminin 

trofik  funksiyasının  pozulması  şərait  yarada  bilər.  Bu  isə  xəstəliyin 

başlanğıcın¬dan  sonra  bir  neçə  saat  ərzində  yataq  yaralarının  əmələ 

gəlməsi ilə təsdiq edilir. 

Xəstələrə pis qulluq yataq yaralarının əmələ gəlməsi üçün şərait yaradır. 

Bu əziyyətli ağırlaşmanın əmələ gəlmə¬sinə çox vaxt aşağıdakılar səbəb 

olur:  1)  narahat,  nahamar,  bərk  yataq;  bundan  əlavə  yataq  gec-gec 

yığışdırılır və buna görə mələfələrdə yemək qırıntıları və büküşlər qalır; 

2) mələfələrin və köynəklərin zolaqları; 3) pinti xəstələrin dəyişəyini gec-

gec dəyişdirdikdə, müntəzəm olaraq yuyul¬madığına görə sidik və nəcis 

ilə dərinin çirklənməsi nəticəsində dərinin maserasiyası.  

Yataq yaralarının qarşısını almaq üçün, hər şeydən əvvəl, onları törədən 

səbəbləri  aradan  qaldırmaq  lazımdır:  1)  yatağı  səliqəyə  salmaq;  2) 

xəstənin dərisinin təmizliyinə nəzarət etmək; 3) ağır xəstələrin kürək və 

omasınm  dərisini  müntəzəm  təmizləməkdən  əlavə,  sutkada  1-2  dəfə 

kamfora spirti ilə silmək; 4) dəriyə təzyiqi azaltmaq üçün yataq yaraları 

əmələ  gələ  biləcək  yerlərin  altına  əsgiyə,  yaxud  balışüzüııə  bürünmüş 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə