426
Yerli təpitmələr isti kompreslər kimi təsir edir, lakin yavaş-yavaş - 1-2
saat ərzində soyuyur. Balaca torbaya kətan toxumu, kəpək, birəotu yaxud
ot qırıntısı töküb bişirir, yaxud buxara verirlər. Sonra bir qədər soyudaraq
dərinin lazım olan hissəsinə qoyurlar. Təpitmə müşəmbə ilə örtülür.
Üstünə pambıq, yaxud ədyal qoyur və bintlə sarıyırlar.
Soyuq kompresi (islatma) kəskin yerli iltihabi proses¬lərdə, burundan və
başqa nahiyələrdən qanaxmalarda, babasildə, əzilmədən sonra dərhal;
ürəkdöyünmədə ürək nahiyəsinə, qızdırma və psixi həyəcan zamanı başa
qoyurlar. Bir neçə dəfə qatlanmış su hopan parçanı soyuq suda isladır,
azca sıxır və bədənin müvafiq yerinə qoyurlar.
Qoru hava vannaları quru bürümələrə olan göstəriş¬lərdə, həmçinin
bədəni qızdırmaq məqsədilə tətbiq olunur.
Həmin məqsəd üçün elektrik işığı ilə qızdırıcı vanna tətbiq edilir; bu,
uzunluğu 75-100 sm taxta silindrdən ibarətdir, onun içəri səthində hər biri
25-500 vatt olan 8 - 10 ədəd elektrik lampası vardır.
İsitqac (qrelka) iltihabi proseslərin sorulması məqsə¬dilə və ağrıkəsici
vasitə kimi müəyyən bir nahiyəyə quru isti tətbiq etmək üçündür.
İsitqac!arı təyin etmək üçün əks-göstərişlər: 1) kəskin iltihabi proseslər
(appendisit); 2) qanaxmalar; 3) əzilmələr (ilk saatlarda və sutkalarda).
Buz kisəsini qarın boşluğunda (appendisit), döş vəzisində (mastit) kəskin
iltihab prosesləri olduqda, müx¬təlif qanaxmalarda, qızdırmalı
sayıqlamalarda (başa) və
ağrıları azaltmaq üçün qoyurlar.
#
Xardal tətbiqi, isti suya salınmış (40 - 45°C), yağı çıxarılmış xardal
toxumlarının tozundan reaksiya baş verir; nəticədə efirli xardal yağı
ayrılır ki, bu da həddindən artıq kəskin iyə malikdir, yuxarı tənəffüs
downloaded from KitabYurdu.org
427
yollarının selikli qişasını qıcıqlandırır və gözyaşı axıdır. Dəridə isə qızartı,
göynəmə, ağrı və suluqlarm əmələ gəlməsinə səbəb olur.
##
Ümumi xardal vannaları uşaqlara yuxarı tənəffüs yollarının katarında,
bronxit, ağciyər, böyrək ləyənlərinin iltihabı və başqa xəstəliklər zamanı
təyin edilir. Əvvəlcədən xardalı bir vedrə suya 50 q hesabı ilə ilıq suda
həll edib, tənzifdən süzürlər. Vannada suyun temperaturu 37°C olmalıdır;
proseduranın müddəti 5-8 dəqiqədir.
Ayaqlara qoyulan xardal vannaları da böyüklərə uşaqlar üçün olan
göstərişlərdə və hipertoniya xəstəliyində yayındırın vasitə kimi təyin
edilir. Vannanın temperaturu 40 - 45°C, müddəti 20 - 30 dəqiqə, qatılığı
bir vedrə suya 100 q xardal olur. Vannanı qurtardıqdan sonra xəstənin
ayaqlarını isti su ilə yaxalayıb qurudurlar; sonra xəstə yataqda uzanır.
Xardal yaxmalarım yuxarı tənəffüs yollarının katarm- da, bronxitdə,
pnevmoniyada sinəyə və baldırlara, hiperto¬niya xəstəliyində ənsəyə,
ürək ağrılarında ürək nahiyəsinə qoyurlar.
Bankalar. Bankalar kənarı qalın, 30 - 70 ml həcmli yumru şüşə qablardır.
Bankalar qan və limfa dövranına yerli təsir göstərən vasitələrdən biridir.
Qan və limfa damarlarının yerli və reflektor genəlməsinə səbəb olaraq,
bankalar sorucu, iltihaba qarşı və ağrıkəsici təsir göstərir. Banka
qoyulduqdan sonra birinci saat ərzində qanın tərkibində bəzi dəyişikliklər,
arterial təzyiqin azalması, nəbzin yavaşıması qeyd olunur.
Göstərişlər. Bankaları bronxların, ağciyərlərin, plevranın iltihabında,
ağciyərlərdə durğunluq hallarında, əzələlərin və sinir kötüklərinin iltihabi
xəstəliklərində qoyurlar.
Banka qoyulan yerlər. Çox vaxt bankaları sinəyə və kürəyə (onurğa, döş
sümüyü, ürək və döş vəziləri nahiyələ¬rinə olmaz), onurğadan sağa və
sola olmaqla, oturaq siniri istiqamətində budun arxa tərəfinə qoyurlar.
downloaded from KitabYurdu.org
428
Zəlilər. Müalicə məqsədilə adi tibb zəlilərindən istifadə edirlər.
Tibbi zəlilər uzun, bel-qarın istiqamətində bir qədər qalınlaşmış, bədəni
halqaşəkilli quruluşa malikdir və çox
uzanıb-qısala bilirlər. Zəlinin rəngi sarı-yaşıldır, belində narıncı, qarnının
kənarlarında isə qara zolaqlar vardır.
Zəliləri ağzı geniş (əl salmaq miimkün olan) şüşə bankalarda, qablarda,
ağzı tənziflə möhkəm bağlı halda saxlayırlar. Su çiy olmalıdır (oksigeni
olan), bunun üçün göl, yaxud çay suyu daha yaxşıdır; quyu suyu olmaz.
Zəli təyin edilməsinə göstərişlər və tətbiq olunduğu yerlər. Zəliləri beyin
damarlarının trombozunda, hiperto- niya xəstəliyində və beyin
sarsılmasında təyin edirlər. Məməyəbənzər çıxıntıya şaquli xətt boyunca
qulaq seyva¬nından 1 sm aralı 4-dən 6-yadək zəli qoyurlar. Zəlini qulaq
seyvanına yaxın qoymaq olmaz, çünki bu sahədə dəriyə yaxın venalar
keçir ki, bu da güclü qanaxmaya səbəb ola bilər.
Əks-göstərişlər. Qanaxmalarda, qanazlığında, septik və allergik
xəstəliklərdə zəlilər əks-göstərişdir. Antikoaqul- yantlarla (heparin,
pelentan,. sinkumar və s.) aparılan müalicə zamanı zəli qoymaq ölümə
səbəb olan qanaxmalar törədə bilər.
Tətbiqetmə texnikası. Bütün zəlilər saxlanan banka¬dan tələb olunan
miqdardan bir qədər çox zəli götürüb, həcmi 50 - 100 ml olan kiçik qaba
salırlar. Zəliləri pinsetlə yox, əllə götürüb qoymaq lazımdır ki, onların ən
yaxşısını seçmək mümkün olsun.
Zəli qoyduqda, xəstə rahat vəziyyətdə olmalıdır. Zəli qoyulacaq yerdən
asılı olaraq xəstə otura, yaxud uzana bilər.
Qopmuş zəliləri formalinə, yaxud naşatır spirtinə salaraq tələf edirlər.
Zəli qoymaq üçün iki üsul vardır: 1) qan çıxarmaqla; 2) qan çıxarmadan.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |