460
Hələ qədimdən xalq təbabətində və tibb elmində qida maddələri
dərmanlarla yanaşı öyrənilmiş, sağlamlıqda qidanın, qidalanmanın
normallığı əsas götürülmüşdür. Ona görə də o zamanın dərman
haqqındakı kitablarında qidalar haqqında da məlumatlar verilmişdir.
Öyrənilən bitki və heyvanların böyük bir qisminə həm qida, həm də
dərman kimi baxılmışdır. Bu ənənə indi xalq təbabətinə aid kitablarda öz
əksini tapır.
Keçmişdə də xəstəliyin əsas amili kimi qida maddələ¬rinin çatışmazlığım
göstərirdilər. Bu da gözəgörünməz gizli aclığın baş verməsinə səbəb
olurdu. Gizli aclıq isə orqaniz- . min normal fəaliyyətini pozur və onu
xəstəliyə düçar edirdi. Gizli aclıq orqanizm üçün zəruri olan hər hansı bir
üzvi və ya qeyri-üzvi maddənin çatışmamasıdır.
Keçmiş təbiblərin fikrincə, bu və ya digər orqan lazımi qida maddələrini
almadıqda normal inkişaf etmir, normal fəaliyyət göstərə bilmir, get-gedə
zəifləyir, maddələr mübadiləsi pozulur və həmin bədən üzvü xəstəliyə
düçar olur. Deməli, xəstəliyin qarşısını qabaqcadan almaq üçün bədən
onun tələb etdiyi istər bitki, istərsə də heyvan mənşəli qidalar almalıdır.
Yeknəsək qidalanma orqanizmi yorub zəiflədərək, bədənin ayrı-ayrı
orqanlarında gizli aclığa gətirib çıxardığından, xalq təbabəti qidalanmanın
gigiye¬nasına,
tənzimlənməsinə
diqqəti
artırır.
Qidalanmanın
tənzimlənməsi maddələr mübadiləsində tarazlıq yaradaraq, orqanizmin
ümumi sağlamlığını təmin etdiyinə görə keçmiş
kitablarda daha çox nəyi və necə yemək haqqında tövsiyələr verilir. Lakin
elə düşünmək olmaz ki, hər hansı orqanın xəstəliyi zamanı tövsiyə edilən
qidanın yeyilməsi onu sağaltmalıdır. Orqanın xəstələnməməsi üçün
həmin qidadan müntəzəm surətdə istifadə edilməlidir.
Keçmişdə, hələ elmin inkişaf etmədiyi dövrlərdə təbiblər öz
müşahidələrinə əsasən belə qənaətə gəlmişdilər ki, dərman vasitələri
downloaded from KitabYurdu.org
461
bütün orqanizmlərdə eyni cür təsir göstərə bilmir, onların təsiri sinir
sistemindən asılıdır. Bunu
4
məzac (temperament) adlandırırdılar, insanları məzaca görə fərqləndirir
və dərmanların təsirinin məzacdan asılı olmasını qeyd edirdilər. Sonra
dərman vasitələrini təsir qüvvəsinə və keyfiyyətinə görə bir-birindən
fərqləndirirdilər. Dərman vasitələrinin faydalı cəhətləri ilə yanaşı, zərərli
xüsusiyyət¬lərini də qeyd edirdilər. Bir çox hallarda xalq təbabəti
vasitələrinin zərərini aradan qaldırmaq, müalicəvi təsirini artırmaq,
orqanizmdə yaxşı mənimsənilməsinə nail olmaq məqsədilə əlavə vasitələr
məsləhət görürdülər. Belə vasitələr¬dən biri kimi geniş tövsiyə edilən bal
olmuşdur. Bir çox acı maddələr balla və ya bal şərbəti ilə qarışdırılıb qəbul
edilirdi.
XIX əsrin sonu XX əsrin əvvəllərində Şərqin təbabət sahəsindəki keçmiş
irsinə laqeydlik göstərilmiş, hətta hücumlar etmişlər. Avropalılar öz
kimyəvi maddələrini Şərqin bazarlarında satmağa imkan yaratmaq üçün
reklamdan istifadə edirdilər. Bunun nəticəsində son vaxtlar bir çox Şərq
ölkələrində təbii qida maddələri əvəzinə Avropa zavodlarında hazırlanan
süni qida maddələrinə üstünlük verilmişdi. Halbuki, süni hazırlanan
yeyinti məhsullarında faydalı maddələr, vitaminlər, minerallar ya olmur,
ya da azlıq təşkil edir. Nəticədə insanların əksəriyyəti ən lazımlı
maddələrdən - vitamin, mineral maddələr və s. məhrum olur. Hətta
bədənləri tədricən zərərli maddələrlə zəhərlənir. Həmin proses bu gün də
davam edir. Bizim müstəqil respublikamız da planetin bu bəlasından
kənarda deyildir. Xaricdən respublikaya gətirilən xüsusi tozlar, tabletlər,
konservlər, şirələr, şirniyyat məhsulları, ekstraktlar belə qidalardandır.
Həmin məhsullar xarici və ya avadanlığı xaricdən gətirilmiş
downloaded from KitabYurdu.org
462
Appendisit xəstəliyi
1-fleqmonoz appendisit;
2 - perforasiyalı qanqrenoz appendisit
İnsanın dişləri
A)
dişlərin quruluşu: 1-kök; 2-boyun; 3-tac;
B)
dişlər: 1,2-kəsici dişlər; 3-köpək dişi; 4,5-kiçik azı dişləri; 6,7,8-
böyük azı dişləri V) xəstə dişlər
Arterial qan təzyiqinin ölçülməsi
BPOMrEKCMH
BISCPTOL AV
downloaded from KitabYurdu.org
463
bizim zavodlarda o qədər gözəl, cəlbedici rənglər, şəkillər, sözlərlə
bəzədilir ki, insanlar istər-istəməz təbii məhsul¬larımıza baxmadan,
məmnuniyyətlə onları alıb işlədirlər. Belə qidalanma, ola bilsin ki, bir
gün, bir il öz mənfi təsirini üzə çıxarmasın, lakin onlar tədricən orqanizmi
zəhərləyərək, bir müddətdən sonra ya bədəni sağalmaz bir dərdə düçar
edir, ya da sürətlə qocalmaya səbəb olur. Onda artıq orqanizmi bəladan
qurtarmaq çətin olur.
Avropanın Şərq ölkələrinə sirayət etdirmək istədiyi sünilik xəstəliyinə
qarşı daim ağıllı, savadlı, vətənpərvər ziyalılar çıxış etmişlər, indi də tibb
işçilərimiz bunları insanlara başa salmağa çalışırlar.
Doğrudan da, indi ölkəmizdə bir çox qida maddələri¬nin keyfiyyəti
dəyişilib. Elə əsas qidamız olan buğda öz keyfiyyətini itirib, çörəklərin də
gözəl ətri, dadı-tamı yoxa çıxıb; bəşər həyatını təmin edən amillər -
torpaq, hava, su zəhərlənib. İndi bütün dünyada təbiətə amansız divan
tutulur, onun gələcək halı, vəziyyəti düşünülmür, təbiətə xəyanət edilir.
Odur ki, qida maddələri tükənməyə başlamış, süni qidalanma isə
orqanizmdə fiziki naqislik yaratmışdır. Belə davam edərsə, yaxın
gələcəkdə bəşər nəinki orqanizmdə gedən gizli aclıq, bəlkə də, sözün əsl
mənasında qida maddələrinin ümumi çatışmazlığı ilə qarşı¬laşacaqdır.
Hazırda xaricdən gələn un, yağ, ət və ət məhsul¬ları, süd və süd
məhsullarının hamısı süni yolla hazırlanmış¬dır. Artıq hər şeyi
süniləşdirə - süniləşdirə, özü də süniləşən insanın özünə, əslinə qayıtması
vaxtı çatmışdır.
Beləliklə, insanlarda hazırda elə xəstəliklər aşkar edilmişdir ki, bunlar bizi
təbiiliyə qayıtmağa, təbiətə yeni baxışı formalaşdırmağa məcbur edir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |