S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə112/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   108   109   110   111   112   113   114   115   ...   153

366 

 

preparatları, 2) biquanid preparatları. 



Pəhrizdə vitaminlər, xüsusən A, C, PP, B vitaminləri daha çox olmalıdır. 

Əncir, üzüm, yemişdən başqa meyvələr 

və  bütün  tərəvəzlərdən  istifadə  olunmalıdır.  Yağsız  ot,  balıq,  kəsmik, 

yarma, vələmir, qatıq, süd məhsulları və qara çörək əsas yer tutur. 

Müalicədə pəhriz, iıısulinoterapiya və antidiabetik peroral dərmanlar əsas 

rol oynayır. I qrupa adi insuiin, antrapid, semilente, insuiin B, ultralente 

.preparatları  daxildir.  Antidiabetik  preparatlar  bukarbon,  butamid, 

siklamid, adebit və başqalarıdır. 

Beləliklə,  sulfanilamid  preparatları  qandakı  şəkərin  miqdarını  dolayı 

yollarla,  xüsusilə  qanda  endogen  insulinin  miqdarını  artırmaqla  aşağı 

salır.  Sulfanilamid  preparatları  əsasən  40  yaşdan  yuxarı  xəstələrə  və 

xəstəliyin ağırlığı orta dərəcədə olduqda təyin edilir. 

Diabet  koması  başlanan  kimi,  xəstə  xəstəxanaya  gön¬dərilməlidir. 

Diabetik  komanın  profilaktikası  komaqabağı  vəziyyətin  vaxtında 

müəyyən  edilməsindən  çox  asılıdır.  Komaqabağı  vəziyyət  başladıqda, 

müalicə  pəhrizlə  və  adi  insulinlə  aparılır.  Komaqabağı  vəziyyət 

başlananadək  diabe¬tin  müalicəsi  uzunmüddətli  təsir  göstərən  insuiin 

preparatları, sulfanilamid və  ya biquanid preparatları ilə aparılmışdırsa, 

komaqabağı  vəziyyət  başlanan  kimi  həmin  müalicə  dayan-dırılmalı, 

xəstəyə adi insuiin təyin edilməlidir. 

Diabetik  komanı  xüsusi  xəstəxanalarda  müalicə  etmək  daha 

məqsədəuyğundur.  Müalicə  təcrübəli  həkimin  rəhbərliyi  altında 

aparılmalı  və  həkim  xəstəni  koma  vəziyyətindən  çıxarana  kimi  onun 

yanında qalmalıdır. 

Xəstələr diabetik koma vəziyyətindən çıxaraq şüurları tam bərpa olandan 

3-4  gün  sonra  müalicə  adi  insulinlə  aparılır,  pəhriz  yeməkləri  tədricən 

artırılır. 5-6 gündən sonra isə xəstə əvvəlki müalicə rejiminə keçir. 

downloaded from KitabYurdu.org




367 

 

Pəhrizdən  şəkər  tamamilə  çıxarılır.  Zülallar  əsasən  heyvani  mənşəli 



olmalıdır. B qrupu vitaminləri daha çox olan qara çörək məhsullarından 

istifadə edilməlidir. Bu xəstələr kefir, qatıq, tərəvəzdən xiyar, pomidor, 

kələm,  badımcan,  kahı,  turp,  turşəng,  əncir,  üzümdən  başqa,  meyvə, 

paxlalı bitkilər və s. yeyə bilərlər. 

Piylənmə 

Orqanizmdə piy toplanmasının fizioloji norma dairə¬sindən çox olmasına 

piylənmə  deyilir.  Piyin  həddindən  çox  yığılması  ayrıca  xəstəlik,  yaxud 

başqa xəstəliyin simptomu ola bilər. Piylənmə geniş yayılmış xəstəliklər 

sırasına daxildir. 

Xəstələr 

əmək 

qabiliyyətinin 



azalmasından, 

süstlük¬dən, 

başgicəllənmədən, 

təngnəfəslikdən, 

aclıq 

hissindən, 



ətraflarda 

titrəmədən, çox tərləmədən və bağırsaqların köpməsindən şikayət edirlər. 

Piylənmənin  əsas  göstəricisi  xəstənin  çəkisidir.  Artıq  çəkinin  olması 

məsələsini həll etmək üçün bədənin çəkisi boy ilə müqayisə edilir. Çəkini 

hesablamaq üçün bir sıra göstəricilər vardır: Brok göstəricisi - santimetrlə 

ölçülmüş boydan 100 çıxdıqda kiloqramlarla normal çəkiyə bərabər¬dir; 

Noorden  göstəricisi  -  normal  çəki  santimetrlərlə  boyun  420-480-ə 

vurulmasına və 1000-ə bölünməsinə bərabərdir. 

Piyin bərabər surətdə yerləşməsi nadir müşahidə edilir. Əksərən piy çoxlu 

miqdarda  sinədə,  qarında,  beldə,  boyun  ardında,  sağrılarda,  budlarda, 

nadir  hallarda  isə  saidlərdə  və  baldırlarda  yığılır.  Şiddətli  piylənmə 

zamanı xəstə zahirən eybəcərləşir, qarın böyük büküşlərlə sallanır. Dəri 

hiperemiyalaşır, tər ifrazı artır, ekzema, piodermiya, furunkulyoz inkişaf 

edir. 


Profilaktika və müalicə. Kökəlməyə irsi meyllik olan ailələrdə profilaktik 

tədbirlər xüsusilə vacibdir. Rasional qida rejimi, bədən tərbiyəsi, idman, 

yuyunma,  bədəni  silmə  (sürtmə)  piylənmənin  inkişafının  qarşısını  ala 

downloaded from KitabYurdu.org




368 

 

bilər. Bu kateqoriyadan olan şəxslərin peşəsi fiziki hərəkətlərlə əlaqədar 



olmalıdır. 

Əsas  mübadiləni  artıran  vasitə  kimi  tireoidin  təyin  .  etmək  məsləhət 

görülür.  O,  qan  dövranının  pozulması  əlaməti  olmayan  şəxslərə 

göstərişdir;  stenokardiya,  miokard  infarktı  və  taxikardiyaya  meylli  olan 

şəxslərə əks-göstə- rişdir. Cinsiyyət vəziləri funksiyasının zəifləməsi ilə 

gedən  


piylənmələrdə qadınlara follikulin, estradiol-dipropionat həftədə iki dəfə 

1 m/-dən əzələyə, kişilərə kişi cinsiyyət hor¬monu testosteron-propionat, 

metil-testosteron təyin edirlər. 

Podaqra 


Podaqra  xronik  xəstəlik  olub,  qanda  və  toxumalarda  sidik  turşusunun 

artması  və  oynaqlarda  vaxtaşırı  kəskin  ağrı  tutmaları  ilə  xarakterizə 

olunur. Əksərən 40-50 yaşlarında, çox vaxt kişilərdə rast gəlir. 

Adətən,  tutmalar  gecə  yaxud  səhərə  yaxın  şiddətli  ağrılar  şəklində 

ayaqların  baş  barmağının  ayaqdarağı-  falanqa  oynaqlarında,  bəzən  aşıq 

oynağında,  yuxarı  ətrafların  dirsək,  mil-bilək  oynaqlarında  başlanır. 

Bununla  bir  vaxtda  titrətmə  ilə  temperatur  40°C-yə  qalxır.  Tutma  ifrat 

zehni  və  fiziki  yorulma  və  atmosfer  təzyiqinin  dəyişilməsi  nəticəsində, 

həmçinin  purin  əsasları  ilə  zəngin  qida  qəbulundan  və  alkohollu 

içkilərdən sui-istifadə etdikdən sonra baş verə bilər. Ağrılar bir və ya bir 

neçə oynaqda lokalizasiya edir. Oynaq bir neçə saat ərzində ' şişkinləşir, 

üzərindəki  dəri  tünd-qırmızı  rəng  alır,  çox  ağrılı  və  toxunmaya  həssas, 

gərgin və isti olur, parıldayır. 

Profilaktika və müalicə. Maddələr mübadiləsi pozulduqda, həddindən çox 

yeməkdən çəkinmək, purin əsasları ilə zəngin ərzağın, şəkərli maddələrin, 

yağların qəbul edilməsini məhdudlaşdırmaq, spirtli içkilərdən çəkinmək 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə