S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə108/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   104   105   106   107   108   109   110   111   ...   153

353 

 

Dərini  şüalanmadan  qorumaq,  şəxsi  gigiyena  qaydalarını  da  gözləmək 



vacibdir. 

Mədə  xəstəlikləri,  diş  çürükləri  vaxtında  müalicə  edilərsə,  qidalanma 

gigiyenasına fikir verilərsə xərçəngin qarşısını almaq olar. 

Ağciyərlərin  xərçəng  xəstəliyinin  qarşısını  almaq  məqsədilə  siqaret 

çəkilməsinə 

yol 


verilməməli, 

havanın 


təmizliyinə 

diqqət 


artırılmalı,'tənəffüs  orqanlarının  xəstə¬likləri  vaxtında  müalicə 

edilməlidir. 

Deyilənlərə  əməl  edilərsə,  xərçəng  xəstəliyindən  müəy¬yən  dərəcədə 

qorunmaq mümkün olar.  

XIX. MADDƏLƏR MÜBADİLƏSİ XƏSTƏLİKLƏRİ 

Maddələr mübadiləsi 

insan orqanizmi xarici mühitdən qida şəklində müxtəlif üzvi və qeyri-üzvi 

maddələri  qəbul  edir,  onları  özünə  uyğun  şəklə  çevirir  və  həyat 

fəaliyyətində istifadə edir. Xarici mühitlə orqanizm arasındakı maddələr 

mübadiləsi əslində mürəkkəb biokimyəvi reaksiyalar zən¬ciri kimi başa 

düşülməlidir. Bu reaksiyalar zənciri aşağıda¬kı hissələrdən ibarətdir: 1) 

xarici  mühitdən  maddələrin  qəbul  edilməsi;  2)  orqanizmdə  həmin 

maddələrdən istifadə edilməsi və özünəməxsus maddələrə çevrilməsi; 3) 

parça¬lanma məhsullarının xarici mühitə ifraz olunması. 

Maddələr  mübadiləsi  maddələrin  oksidləşməsi  və  reduksiya  olunması 

şəraitində  keçir.  Hüceyrələrdə  gedən  oksidləşmə  reaksiyaları  toxuma 

tənəffüsü 

adlanır. 

Oksidləşmə-reduksiya 

prosesləri 

maddələr 

mübadiləsinin  əsasını  təşkil  edir.  Maddələr  mübadiləsi  (metabolizm) 

gedişində orqanizmdə biri digərinə əks olan iki bioloji pro¬ses, yəni üzvi 

birləşmələrin  sintezi  (assimilyasiya,  anabo-  lizm)  və  üzvi  maddələrin 

parçalanması (dissimilyasiya, katabolizm) prosesləri gedir. 

downloaded from KitabYurdu.org




354 

 

Maddələr  mübadiləsi  reaksiyalarının  sürətlə  getməsinə  müxtəlif 



fermentlər təsir edir. Bundan başqa, maddələr mübadiləsində vitaminlər 

və hormonlar mühüm rol oynayır. 

Zülal  mübadiləsi.  Zülal  molekulunun  tərkibində  50-  55%  karbon,  6,5-

7,3%  hidrogen,  21-24%  oksigen,  2,4%-  dək  kükürd  və  15-18%  azot 

elementləri vardır, insan orqanizmində zülallardan əsasən plastik maddə 

və  qismən  enerji  mənbəyi  kimi  istifadə  olunur.  Onlar  hüceyrə 

quruluşunun əsasını təşkil edir, hətta sümük toxumasının tərkibinə daxil 

olmaqla  orqanizmdə  istinad  funksiyasını  icra  edir.  Əzələnin  quru 

maddəsinin 30%-ni, ürəyin 60%-ni, baş beyninin 45%-ni, dərinin 63%-ni 

və sümüklərin 28%-ni zülallar təşkil edir. 



Zülal 



mübadiləsinin 

əsas  mərhələləri  zülalın  parça¬lanması 

reaksiyalarından,  zülalın  bioloji  sintezindən,  eləcə  də  başqa  üzvi 

birləşmələrin  mübadiləsində  iştirak  etməsin¬dən  ibarətdir.  Qidanın 

tərkibində olan zülallar həzm orqanlarında parçalanır. Nazik bağırsaqdan 

qana  sorulan  aminturşular  -və  qısa  zəncirli  peptidlər  qan  və  limfa  ilə 

orqanlara,  toxuma  və  hüceyrələrə  çatdırılır,  orqanizmə  lazımlı  yeni 

zülalların sintezində iştirak edir. 

Həyat fəaliyyəti prosesində orqan və toxumalarda zülallar daim parçalanır 

və əvəzində yeniləri əmələ gəlir. 

Orqanizmin  mənimsədiyi  və  orqanizmdən  sutka  ərzində  xaric  olunan 

zülalın  miqdarını  müəyyən etmək  məqsədilə  adətən qida ilə  orqanizmə 

daxil  olan  azotun  və  digər  tərəfdən,  sidiyin,  nəcisin  və  tərin  tərkibində 

xaric olan azotun miqdarını hesablayırlar. Qidanın tərkibində olan azotu 

xaric olan azotun miqdarına bölürlər. Alman rəqəmin 1-dən yuxarı olması 

müsbət, 1-dən aşağı olması mənfi azot balansını, 1-ə bərabər olması azot 

downloaded from KitabYurdu.org



355 

 

tarazlığını göstərir. 1 q azotun 6,25 q zülal tərkibində olduğunu bilərək, 



azot  balansına  əsasən  zülal  mübadiləsi  haqqında  təsəvvür  əldə  etmək 

mümkündür. Orqanizmin azotu mənimsəməsi səviyyəsi insanın yaşından, 

fəaliyyətindən və fizioloji vəziyyətindən asılıdır. Uşaqlarda müsbət, ahıl 

yaşlılarda isə mənfi azot balansı müşahidə olunur. 

Yağ və karbohidrat mübadiləsi. Yağlar lipidlər qrupuna daxil olan üzvi 

birləşmələrdir,  suda  həll  olmur.  Neytral  yağlarla  yanaşı,  bu  qrupa 

mürəkkəb  yağlar  (lipoidlər),  mumlar  və  stearinlər  də  daxildir.  Neytral 

yağlar 3 molekul ali yağ turşusundan və qliserindən təşkil olunmuşdur. 

Yağlar orqanizmdə iki cür olur: ehtiyat yağlar və protoplazmatik yağlar. 

Ehtiyat  yağlardan  orqanizmin  həyat  fəaliyyətində  enerji  mənbəyi  kimi 

istifadə olunur, protoplazmatik yağlar isə hüceyrə strukturunun təşkilində 

iştirak edir. 

Qida ilə qəbul olunan yağlar lipaza fermentinin və öd turşularının təsiri 

ilə yağ turşularına və qliserinə qədər parçalanır, nazik bağırsağın selikli 

qişasından limfaya  

sorulur.  Burada  onların  bir  hissəsindən  insan  orqanizminə  məxsus  yağ 

sintez  edilir.  Qalan  hissə  qanla,  limfa  vasitəsilə  orqanlara,  toxumalara, 

hüceyrələrə çatdırılır. 

Qida  ilə  qəbul  olunmuş  poli  və  disaxaridlər  insanın  həzm  orqanlarında 

monosaxaridlərədək parçalanır, sonra qlükoza və fruktoza şəklində qana 

sorulur,  qanla  orqaniz¬min  bütün  toxuma  və  hüceyrələrinə  çatdırılır. 

Hüceyrələrdə  bu  maddələrdən  enerji  mənbəyi  və  tikinti  materialı  kimi 

istifadə olunur. Qlükoza ən labil enerji mənbəyidir. 

Su və duz mübadiləsi. Üzvi birləşmələrlə yanaşı, insan orqanizminə bir 

sıra  mineral  maddələr  də  daxil  olur.  Onlar  sərbəst  halda  zülalların, 

hormonların, vitaminlərin tərki¬bində və digər şəkildə ola bilər. Mineral 

maddələr  orqaniz-min  ümumi  kütləsinin  orta  hesabla  4,5  faizini  təşkil 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə