S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə113/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   109   110   111   112   113   114   115   116   ...   153

369 

 

lazımdır. Süd məhsulları qəbul etmək məsləhət¬dir. Butadion, reopirin, 



pirabutol, indometasin, prednizo- lon, evkalipt-badam cövhəri, urolesan, 

benemid, milurit preparatları tövsiyə olunur. Sanatoriya-kurort müalicəsi 

(Qonaqkənd,  Qalaaltı,  İstisu,  Nabran)  məsləhətdir,  idmanla,  bədən 

tərbiyəsi ilə, yüngül əzələ işi ilə məşğul olmaq məsləhət görülür. 

Tutmalararası  dövrdə  müalicə  tərkibində  purin  əsas¬ları  olan  qidanın 

məhdudlaşdırılmasından  ibarətdir:  hey-  ■  vani  zülal,  ət,  balıq,  xüsusilə 

qalxanabənzər vəzi, qaraciyər, 

böyrək,  beyin,  ətli  şorbalar  və  balıq  şorbası,  həmçinin  bəzi  tərəvəzlər  - 

quzuqulağı (turşəng), ispanaq, turpca, noxud, paxlalılar, mərcimək və s. 

təyin  edilir.  Kurort  müalicəsi  Yessentukidə,  Jeleznovodskda,  Karlovı 

Varıda aparılır. 

Molekulyar patologiya 

İrsi  xəstəliklərdən  çoxunun  patogenezində  müəyyən  zülal  molekulunun 

sintez olunması və ya qeyri-normal formasının sintez olunması əsas rol 

oynayır.  Həmin  xəstəliklər  «molekul  xəstəlikləri))  -  molekulyar 

patologiya  adlanır.  Bunlara  proteinopatiyalar,  yəni  spesifik  zülalların 

patologiyası da deyilir. Saysız-hesabsız molekulyar xəstə¬liklər iki böyük 

qrupa bölünür: 

1. 

Ferment  təbiətli  zülal  molekullarının  patologiyası  -  ferment 



çatışmazlığı  ilə  əlaqədar  olan  fermentopatiyalar  və  ya  enzimopatiyalar 

(fenilketonuriya, albinizm, alkaptonu- riya, «ağcaqaym şirəsi xəstəliyi)), 

akatalaziya  və  s.)  maddələr  mübadiləsinin  müəyyən  mərhələsinin 

pozulma¬sına səbəb olur. 

2. 

Müxtəlif  (nəqliyyat,  reseptor,  immun  və  s.)  funksi¬yalar  daşıyan, 



amma  fermentativ  aktivliyi  olmayan  zülalların  patologiyası 

(hemoqlobinopatiyalar, 

nəqliyyat 

proteinopati- 

yaları, 

downloaded from KitabYurdu.org




370 

 

aqammaqlobulinemiyalar  və  s.)  sintezi  pozulmuş  zülalın  daşıdığı 



funksiyanın pozulmasına səbəb olur. 

XX. ZƏRƏRLİ VƏRDİŞLƏR VƏ BƏZİ 



DİGƏR XƏSTƏLİKLƏR 

Siqaret çokıııə 

Siqaret  tütün  bitkisinin  qurudulmuş  yarpaqlarından  hazırlanır.  Tütün 

müxtəlif cür, yəni burunotu kimi, çubuqla çəkilir. Tütün istər trubka, istər 

müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və 

qalın  siqaretlərdən  istifadə  olunsun,  bütün  bunlar  nikotinin  insan 

orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz. Tütünün və hər 

cür  siqaretin  zərərsiz  olanı  çəkil-  məyənidir.  Bir  sözlə,  insan  orqanizmi 

üçün ən zərərli vərdiş, heç şübhəsiz, siqaret çəkməkdir. 

Siqaretin  tüstüsündə  olan  maddələrin  heç  birisinin  insan  orqanizminə 

faydası yoxdur, əksinə, hamısı zərərlidir. Ən zərərli olanları isə nikotin, 

qətran,  karbon-monoksid  (CO)  və  xərçəng  yarada  bilən  (kanserogen) 

maddələrdir. 

Təmiz nikotindən tibbi məqsədlər üçün istifadə olunmur və o, zəhərli bir 

maddə  olan  sianidlə  müqayisə  ediləcək  dərəcədə  təsirlidir.  100-120 

milliqram nikotin hər hansı bir şəxsin damarına yeridilərsə, onun ölümünə 

səbəb ola bilər. Məsələnin maraqlı cəhəti həmin miqdarda, yəni 100-120 

milliqram miqdarmdakı nikotinin cəmi iki qutu siqaretdə olmasıdır. 

Məlumdur ki, gündə iki qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə 

üçün zəhərlənmirlər, - deyə soruşula bilər. Buna cavab olaraq göstərmək 

lazımdır  ki,  əslində  bütün  siqaret  çəkənlər  yavaş-yavaş  zəhərlənirlər. 

Siqaret  çəkənlərin  birdən-birə  zəhərlənərək  ölməmələrinin  səbəbi  isə 

onların  siqareti  yandıraraq  çəkmələridir.  Daha  doğrusu,  siqaret 

downloaded from KitabYurdu.org




371 

 

yandırılarkən, nikotin havaya yayılır və onun yalnız müəyyən bir hissəsi 



insan orqanizminə keçir. Sadəcə bir siqaretlə orqanizmə 1,2-2 milliqram 

nikotin keçə bilir. 

Nikotin böyrəküstü vəzilərdən adrenalin və norad- renalin hormonlarının 

ifraz olunmasına səbəb olur. Bu isə bir müddətdən sonra mədə xorasının 

yaranmasına gətirib 

çıxarır. Bundan başqa, siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və 

qan təzyiqi yüksəlir. 

Davamlı olaraq siqaret çəkən adamlar bir müddət 

• 

siqaret  çəkmədikdə,  əl  və  ayaqlarına  az  qan  gedər  və  həmin 



orqanlarda  temperatur  aşağı  düşər.  Belə  vaxtlarda  yalnız  siqaret 

çəkildikdən  15-20  dəqiqə  sonra  əl  və  ayaqlardakı  temperatur  normal 

səviyyəsinə çatar. 

Nikotinin 

mərkəzi 

sinir 


sisteminə 

təsiri 


nəticəsində 

qusma, 


başgicəllənməsi kimi hallar törənə bilir. 

Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər aşkar olur. 

Siqaretin orqanizmdə törətdiyi zərərlər. 1. Siqaret çəkmək iştahanı pozur, 

həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil və 

yemək borusu xərçənginə səbəb olur. 

2. 


Öskürdür  və  bəlğəm  əmələ  gətirir,  xronik  bronxitə  və  emfizemə 

səbəb olur. Qırtlaq və ağciyər xərçəngi siqaret çəkənlər arasında daha çox 

müşahidə edilir. 

3. 


Damar divarlarının elastikliyinin azalmasına səbəb olur. Ətrafların 

damarlarında qanın paylanması azalır, endo- artritə və qanqrenaya səbəb 

olur.  Bu  isə  əl  və  ayaqların  amputasiyasma  (kəsilməsinə),  şikəstliyə 

gətirib çıxarır. Beyini qidalandıran damarlarda da elastikliyin azalmasına 

səbəb  olur.  İflic  törənə  bilər.  Ürək  xəstəliklərinin,  xüsusən  ürək  əzələsi 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə