S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə103/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   99   100   101   102   103   104   105   106   ...   153

336 

 

edir.  Onların  qoyduqları  yumurtalar  nəcislə  ifraz  olunur.  Yumurtalar 



invazion mərhələyə oksigenlə zəngin, optimal temperaturu 24üC, nəmliyi 

8 %-dək olan torpaqda çatır. 

Qida maddələri və su invazion yumurtalarla çirklə¬nəndə insan yoluxur. 

Askaridlərin  ömrü  bir  ilə  qədərdir.  Askaridoza  tutulma  qabiliyyəti 

ümumidir, ancaq  uşaqlar daha tez tutulurlar. Askaridoza təkrar tutulma 

nəticəsində  nisbi  immunitet  yara¬nır.  Askaridoza  tutulma  ilin  isti 

vaxtlarında daha çox olur. 

Xəstələr  iştahadan  qalır  və  arıqlayırlar,  onlar  qarında  tutmalarla  keçən 

bərk  ağrılardan,  ürəkbulanmasmdan,  qusmadan  şikayətlənirlər.  Bəzən 

ishala  və  ya  qəbizliyə,  yaxud  onların  hər  ikisinə  birlikdə  meyl  olur. 

Uşaqlar şıltaqlıq edir, pis yatır, pis oxuyurlar. Nevroloji  əlamətlər daha 

aydın nəzərə çarpa bilər; psixomotor inkişaf ləngiyir, uşaqların intellekti 

azalır. 

Askaridozun ilkin miqrasion mərhələsinin müalicəsi üçün 5-7 gün ərzində 

sutkada  2-3  dəfəyə  50  mq/kq  dozada  miııtezol  təyin  edilir.  3-4  gün 

dalbadal gündə iki dəfə 100 q dozada vermoks da perspektivlidir. 

Yüksək effektli dekaris tətbiq edilir. Onun birdəfəlik və bir kursluq dozası 

böyüklər  üçün  150  mq,  uşaqlar  üçün  25  mq/kq-dır.  Preparat  axşam 

yeməyindən sonra, yatmaz¬dan qabaq qəbul olunur. 

Askaridoza qarşı geniş yayılmış və kifayət qədər effektli vasitə piperazin 

və  onun  duzlarıdır.  Preparat  cinsi  cəhətdən  yetkin  və  qeyri-yetkin 

helmintlərə təsir edir. Preparat gündə, hər dəfə 1 q olmaqla 3-4 dəfə (2 

gün) təyin olunur. 

Askaridozun 

profilaktikası 

sanitariya 

və 

müalicə 


tədbirləri 

kompleksindən ibarətdir. 

downloaded from KitabYurdu.org



337 

 

Trixinellyoz.  Trixinellyoz  -  peroral  biohelmintoz,  zoo-  nozdur.  insan 



natamam bişmiş invaziyalı heyvanın ətim yeyəndə yoluxur. 

Ət  yeyərkən  udulmuş  trixinella  sürfələri  sahibin  mədə¬sində  və  nazik 

bağırsağında tez kapsuldan çıxır və 1-1,5 saatdan sonra bağırsağın selikli 

qişasına, daha sonra selikaltı qişasına daxil olur, bir sutka keçəndən sonra 

cinsi  yetkinliyə  çatır:  kopulyasiya  başlanır.  4-cü  həftədə  və  10-30  gün 

ərzində  bəzən  50  günə  qədər  dişilər  sürfələr  doğur.  Sürfələr  limfatik 

damarla qan dövranı sisteminə, qanla eninəzolaqlı əzələlərə çatır və orada 

qalır,  təkamül  dövrünü  davam  etdirir:  böyüyür,  spiral  kimi  qıvrılır  və 

kapsullaşır.  İnkişafın  17-18-ci  günü  sürfələr  yeni  sahib  üçün  invazion 

olur. 


Trixinellyozuıı  əsas  əlamətləri  göz  qapaqlarının  və  sifətin  ödemi, 

mialgiyalar, qızdırma, qanda yüksək eozino- filiya sayılır. Konyunktivitlə 

bərabər, 

göz 


qapaqlarının  və  sifətin  ödemi  xəstəliyin  ilk 

əlamətlərindəndir. Onlar 1 - 5 gün ərzində meydana çıxır və inkişaf edir, 

xəstəliyin yün¬gül, orta ağır formasında 1-2, nadir hallarda 3 həftə davam 

edir. Xəstəliyin ağır formalarında əlamətlər tədricən inkişaf edir, çox qalır 

və  residiv  verə  bilir,  ödemin  boyuna,  bədənə,  ətraflara  yayılması  pis 

proqnostik əlamətlərdir. 

Müalicə tiabendazol və mebendazol ilə aparılır. Bu preparatlar parazitin 

bütün mərhələlərinə təsir göstərir. Lakin onların kapsul formalarına təsiri 

azdır. Müalicəni mümkün qədər tez, invaziyanın ilk 2 - 3-cü həftəsində 

başlamaq lazımdır. Tiabendazolu gündə 2 dəfə 5 mq/kq hesabı ilə 10 gün 

ərzində, mebendazolu isə sutkada 300 - 400 mq (600-dək), 2 həftə təyin 

edirlər.  Desensibili-  zasiyaedici  və  simptomatik  terapiya  çox  geniş 

aparılır.  Xəstəliyin  ağır  hallarında  kortikosterioidlərdən  orta  və  yüksək 

dozalarda istifadə olunur. 

Ankilostomidozlar. Ankilostomidozlar antroponoz, 

downloaded from KitabYurdu.org




338 

 



geohelmintozlardır.  Invaziya  mənbəyi  nazik  bağırsağın  proksimal 

hissəsində  yumurta  qoyan  yetkin  helmintlərin  parazitlik  etdiyi  xəstə 

insandır.  Yumurtalar  nəcislə  torpağa  düşür,  orada  14-16°C-dən  yüksək 

temperaturda  kifayət  qədər  nəmlikdə,  yaxşı  aerasiya  şəraitində 

helmintlərdə  sürfələr  yetişir  və  yumurtadan  çıxıb  7-15  gün  ərzində 

invaziya mərhələsinə çatır. 

Xəstəlik insana zədələnmiş dəridən və çirkli qida məhsullarından istifadə 

edən zaman peroral yoluxur. 

Dəridən  yoluxma  zamanı  sürfələr  çox  mürəkkəb  miq¬rasiya  edir.  Qan-

damar sistemi ilə ağciyərlərə, sonra  

  

  



  

  

Termiki yanıqlar 



1  -ikinci  dərəcəli  yanıq;  2-üçüncü  dərəcəli  yanıq;  3-dördüncü  dərəcəli 

yanıq 


  

U) 


to 

oo 


  

downloaded from KitabYurdu.org




339 

 

  



a) 

uşaq bizquyruq qurdunun dişisinin quruluşu: 1-ağız; 2-vezikula; 3-

qida borusu; 

4-əzələvi  bulbus  (qida  borusunun  genişlənmiş  hissəsi);  5-bağırsaq;  6-

yumurtahq; 

7-anus dəliyi; 8-balalıq; 9-cinsiyyət dəliyi; 

b) 

uşaq bizquyruğunun inkişaf dövriyyəsi: 1-cinsi yetişkənliyə çatmış 



dişi sahib orqanizmində; 2-yetişməmiş yumurta; 3-yetişmiş yumurta; 4-

ötürmə faktoru.  

  

4-yumurta;  5-ara  sahib;  6-fınna  (sistiserk);  7-fınnalı  ət;  8-əsas  sahibin 



bağırsağında sistiserkin inkişafı. 

  

  



  

  

Siqaret çəkməyən normal insanın ağciyəri 



 

  

  



udlağa, ağıza keçir, orada udularaq mədəyə və sonra bağır¬sağa düşür. 

Yetişmiş ankilostomalar insan orqanizmində 5 - 6 il, nekatorlar 10-15 il 

yaşayır. Ankilostomidlər yapışıb, sonra yerdəyişməklə qanla qidalanır. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə