S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə98/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   94   95   96   97   98   99   100   101   ...   153

321 

 

Profilaktikası.  Ağcaqanad  ensefalitinin  profilaktikası  ağcaqanadlarla 



mübarizədən  və  əhalidə  aktiv  və  ya  passiv  immunitet  yaratmaq 

tədbirlərindən ibarətdir. 

Dəri infeksiyaları 

Tetanus. Tetanus ağır kəskin infeksion xəstəlikdir. 

İnfeksiyanm  giriş  qapılarını  nəzərə  almaqla  aşağıdakı  tetanus  növləri 

ayırd olunur: 1) travmatik tetanus; 2) ilti- habi proseslərin nəticəsi olan 

tetanus. 

Tetanus zamanı inkubasion dövr 5 gündən 14 günə qədər davam edir. Bir 

sıra hallarda 1 - 4 günədək qısalır və ya 30 günə qədər uzanır. Xəstəlikdən 

əvvəl  başağrısı,  yüksək  dərəcədə  əsəbilik,  çox  tərləmə,  yara  ətrafında 

gər¬ginlik, yüngül ağrı və əzələ dartılmaları şəklində prodromal hallar ola 

bilər. 


Xəstəlik çox vaxt kəskin başlanır. Tetanusun başlanğıc simptomlarından 

biri çeynəmə əzələlərinin ağızın açılmasını çətinləşdirən qıcolma şəklində 

yığılmalarıdır. Çox ağır hallarda dişlər bir-birinə möhkəm sıxılır və ağzını 

açmaq  mümkün  olmur.  Bunun  ardınca  mimiki  əzələlərin  qıcol-  maları 

başlanır və xəstənin sifətinə özünəməxsus ifadə verir. 

Müalicə. Tetanusun müalicəsi mürəkkəb problemdir. 

Orqanizmdəki  toksin  əzələyə  tetanus  əleyhinə  anti-  toksik  at  serumu 

yeritməklə neytrallaşdırılır. 

Qıcolmalarla mübarizə üçün, ilk növbədə, tutmalara səbəb olan çox güclü 

xarici  qıcıqlandırıcıları  aradan  qaldıran  şərait  yaradırlar.  Bu  məqsədlə 

xəstəni  mümkün  qədər  səs-  küydən  uzaq,  təcrid  edilmiş  palatada 

yerləşdirirlər. 

Tetanusun  yüngül,  orta,  ağır  formaları  zamanı  qıcol-  ma  əleyhinə 

terapiyanı  sutka  ərzində  3-4  dəfə  xloralhid-  ratla  imalədən  başlayırlar. 

downloaded from KitabYurdu.org



322 

 

Ağır hallarda 10-15 mq miq¬darında diazepamm (seduksenın) dəfələrlə 



venaya yeri¬dilməsi kifayət qədər effekt verir. 

Tetanusa  qarşı  3  ml-dək  dozada  donor  qamma-  qlobulinindən  əzələyə 

vurmaq olar. 

Qızılyel. Qızılyel  dərinin  məhdud bir nahiyəsində  baş  verən və  ümumi 

naxoşluq (üşütmə, qızdırma, başağrısı, öyümə, qusma və s.) əlamətləri ilə 

gedən yoluxucu xəstəlik- lərdəndir. 

Qızılyelin  gizli  dövrü  bir  neçə  saatdan  bir  neçə  günədəkdir.  Qızılyel 

dərinin bütün sahələrində və hətta selikli qişalarda baş verə bilər. Lakin 

ona  ən  çox  üzdə  və  ətraflarda,  xüsusən  aşağı  ətraflarda  təsadüf  olunur. 

Xəstəlik məhdud bir nahiyədə dərinin qızarması və şişməsi ilə başlanır. 

Qızartı və şiş tezliklə böyüyüb, xeyli sahəyə yayılır. 

Bundan başqa, qızılyelli xəstələrdə ümumi naxoşluq əlamətləri (üşütmə, 

qızdırma, yüksək temperatur, başağrısı, öyümə, qusma  və  s.)  müşahidə 

olunur. 


Vaxtında və düzgün müalicə aparılarsa, xəstəlik 1-2 həftə müddətində iz 

buraxmadan qurtarır. 

Müalicəsi.  Qızılyel  ümumi  və  yerli  üsullarla  müalicə  olunur.  Ümumi 

müalicə vasitələrindən sulfanilamid prepa-  

ratları,  antibiotiklər,  hormonlar,  laktoterapiya  və  s.  məslə¬hət  görülür. 

Bəzi ağır hallarda sulfanilamid preparatları antibiotiklərlə birgə işlədilir. 

Yerli 

müalicə 


üsullarından  ixtiol,  penisillin,  rivanol  və  s. 

dezinfeksiyaedici  məlhəmlər,  bəzən  də  xəstəliyin  klinik  şəklindən  asılı 

olaraq, islatma və kompreslər təyin edilir. 

Dərinin  göbələk  xəstəlikləri  (dermatomikozlar).  Der-  matomikozlar 

insanlara 

məlum  olan 

ən  qədim  dəri  xəstə-  liklərindəndir. 

downloaded from KitabYurdu.org




323 

 

Dermatomikozların  törədiciləri  göbələk  adlanan  bitki  mənşəli 



mikroorqanizmlərdir. 

Epidermofitiya. Büküşlərin epidermofitiyası əsas etibarilə yaşlı kişilərdə 

təsadüf olunur. Bu, ümumi lif, kisə və xəstələrin istifadəsində olmuş başqa 

predmetlər (imalə, qorşok və s.) vasitəsilə xəstələrdən  sağlam adamlara 

keçə bilən yoluxucu xəstəlikdir. 

Xəstəlik  adətən  tosqun  adamlarda,  çox  tərləyənlərdə,  üzgüçülərdə,  bəzi 

hamam işçilərində (kisəçilərdə) və s. olur. Büküşlərin daim nəmli olması 

xəstəliyin  baş  verməsi  üçün  əlverişli  şərait  yaradır.  Bundan  əlavə, 

orqanizmin  xəstəliyə  xüsusi  meylliyinin  də  onun  törənməsində 

əhəmiyyəti vardır. 

Xəstəliyə, əsasən qasıq büküşlərində təsadüf olunur; tək-tək hallarda isə 

aralıq  nahiyəsində,  xaya,  bud,  qoltuq  və  döşaltı  büküşlərdə  rast  gəlir. 

Qasıq epidermofıtiyasmda tüklər zədələnmir. İlk əvvəl qasıq büküşlərində 

simmetrik,  kəskin  iltihablı,  dairəvi  qırmızı  ləkələr  əmələ  gəlir.  Bu 

ləkələrin hüdudları kəskin və ətraf halqası bir qədər şişkin olur. Üzərində 

suluqlar,  irinliklər,  sulanma,  bəzən  isə  qartmaqlar,  kəpəklənmə  və  çat 

müşahidə olunur. 

Müalicəsi. Ümumi müalicə zamanı daxilə brom, xlorlu kalsium, A, B, C, 

PP vitaminləri, autohemoterapiya, dimedrol və s. təyin edilir. 

Xəstəliyin  quru  dövründə  isə  5-10  %-li  kükürdlii  qətran,  Vilkinson  və 

nistatin məlhəmi məsləhət görülür. 

Ayaqların  epidermofitiyası.  Ayaqların  epidermofitiyası  hazırda  geniş 

yayılmış göbələk xəstəliklərindəndir. Bu 

xəstəlik  ayaqaltı  dərini,  onun  yanlarını,  xüsusən  ayaq  barmaqlarının 

arasını və dırnaqları zədələyir. Epidermofıtiya zamanı epidermisin yuxarı 

qatları  zədələnir;  orada  iltihab  prosesi  əmələ  gəlir.  Xəstəlik  amilinin 

virulentliyindən asılı olaraq orqanizmin həssaslığı dəyişilir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə