S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə96/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   92   93   94   95   96   97   98   99   ...   153

315 

 

fıbroz-kavernoz formasında da müalicə göstərildiyi kimi aparılır; effekt 



olmazsa, cərrahi üsula əl atılmalıdır. Lakin vərəmin ən ağır formalarında 

belə  kimyaterapiyanm  bütün  gücündən  istifadə  edilməli  ən  axırıncı 

anlarda'  cərrahi  müdaxiləyə  rəvac  verilməlidir.  Kimyaterapiya  uzun 

müddət  aparıldığından,  xəstələrin  və  törədicilərin  həmin  dərmanlara 

vərdiş  edə  biləcəyinə  görə  dərmanların  müəyyən  müddətdən  sonra 

dəyişdirilməsi və düzgün komplektləşdirilməsi lazım gəlir. 

Müalicənin  səmərəli  nəticəsi  üçün  xəstələr  aşağı¬dakılara  tam  və  ciddi 

əməl etməlidirlər: 

müalicəyə ciddi yanaşmalı; 



vərəm  əleyhinə  dərmanlar  yalnız  həkimin  göstərişi  və  nəzarəti  ilə 

qəbul edilməli; 

həkimin təyinatına uyğun yataq rejimində olmasına fikir verilməli; 



digər xəstənin yataq dəyişəyindən, ərzaq məhsul¬larından və qab-

qacağmdan istifadə edilməməli; 

vərəm əleyhinə preparatların təsirini daha da artırmaq naminə xəstə 



heç bir zaman siqaret çəkməməli; 

vərəmli xəstə heç zaman alkoqol işlətməməlidir və s. 



Bütün müalicə dövründa xəstənin göstərilən qaydalara 

əməl etməsi aparılan müalicənin müvəffəqiyyətini təmin edir və tamamilə 

sağalması ilə nəticələnir. 

Cərrahi  müalicə  metodları  üç  formada  aparıla  bilər.  Birinci  qrupa 

ağciyərlərin  zədələnmiş  nahiyələrinin  sıxıl¬ması  və  yaprıxlaşdırılması 

əməliyyatları  aiddir.  İkinci  qrup  ağciyər  rezeksiyasmm  müxtəlif 

variantlarından  ibarətdir.  Üçüncü  qrupda  isə  quraşdırılmış  əməliyyatlar 

aparılır, yəni ağciyərin bir hissəsi rezeksiya edilir, zədələnmiş nahiyələrin 

downloaded from KitabYurdu.org



316 

 

sıxılması və yaprıxlaşdırılması və ya irinli plevrit olduqda, plevranm da 



bir hissəsi rezeksiya edilir. Hansı hal olursa- olsun cərrah həkimlə birlikdə 

xəstənin vəziyyətini diqqətlə öyrəndikdən sonra hər xəstəyə uyğun fərdi 

cərrahi müalicə metodu seçir. 

Vaxtında tətbiq edilən cərrahi müdaxilə, demək olar ki, həmişə vərəmli 

xəstələrin sağalması ilə nəticələnir. 

Vərəmin  istər  kimyaterapiya,  istərsə  də  cərrahi  müalicə  metodunda 

simptomatik  müalicəyə  də  ciddi  fikir  verilməlidir.  Həkim  daim  xəstəni 

müayinədən keçirməklə onun digər orqanlarında baş verən və verə biləcək 

dəyişiklikləri nəzərə almalı, onlara qarşı tədbirlər həyata keçirməlidir. 

Xəstəlik  aşkara  çıxarıldığı  andan  xəstənin  xüsusi  rejimi  olmalı  və  o, 

həmin  rejimə  ciddi  əməl  etməlidir.  Rejim  müvəf¬fəqiyyətli  müalicənin 

əsasını təşkil edir. Vərəmli xəstələrə sakitlik, yüngül məşq, istirahət rejimi 

vacibdir. Bunlara əməl edilməsi xəstəliyin tez sağalmasına kömək edər. 

Vərəm xəstəliyinin profilaktikasında ona qarşı peyvənd¬lərin işlədilməsi 

müsbət təsirə malik olur. Belə ki, yeni doğulmuş uşağın 5-7 günündə ilk 

dəfə BSJ vaksini edilir. İkinci üsulu isə spesifik kimyəvi profilaktikadır. 

Xəstələrlə təmasda olanlara profilaktika məqsədilə izoniazid təyin edilir. 

Deməli,  yoluxmamış  şəxslər  üçün  vaksinoprofilaktika,  infeksiyalaşmış 

adamlar  üçün  isə  kimyəvi  profilaktika  aparılır.  Lakin  peyvəndlərin 

işlədilməsində də çox ciddi olmaq lazımdır. Bütün bu tədbirlərin həyata 

keçirilməsinə  xidmət  edən  müəssisələr,  vərəm  əleyhinə  dispanserlər 

yaradıl¬mışdır ki, burada xəstə və xəstəliyə meylli olanlar qeydiy¬yatda 

saxlanılır, lazımı tədbirlər görülür. 

Vərəm  xəstəliyi,  eləcə  də  digər  infeksion  xəstəliklərə  qarşı  təkcə  tibb 

işçiləri, müvafiq müəssisələr deyil, hər bir 

downloaded from KitabYurdu.org




317 

 

vətəndaş  fəal  mübarizə  aparmalıdır.  Xüsusilə  gənclər  xəstə¬lərin  aşkar 



edilib, müalicəyə cəlb edilməsinə kömək etməli¬dirlər. Gələcək sağlam 

adamlarındır. 

Qan infeksiyaları 

Təbii  çiçək.  Təbii  çiçəyin  klinik  gedişini  bir  sıra  dövrlərə  bölmək  olar. 

İnkubasion  dövr  orta  hesabla  9  gündən  14  günə  qədər  davam  edir. 

Prodromal dövr 3-4 gün davam edir və temperaturun qəflətən yüksəlməsi, 

bel  nahiyəsində  ağrılarla,  mialgiya,  başağrısı,  tez-tez  qusma  ilə 

xarakterizə olunur. 2 - 3 gün ərzində xəstələrdə qızılca və ya s'karlatina 

səpgilərinə  bənzər  səpgilər  meydana  çıxır.  Prodromal  dövrün  axırına 

yaxın temperatur düşür. Bu zaman dəri üzərində və selikli qişalarda çiçək 

səpgiləri görünür.' 

Xəstəliyin 7-8-ci günü çiçək elementləri irinləyir, eyni zamanda xəstənin 

temperaturu xeyli yüksəlir, halı kəskin ■ surətdə pisləşir. Pustulalar (kiçik 

irinliklər)  çoxkameralı  quruluşunu  itirir,  deşilərək  boşalır,  son  dərəcə 

ağrılı olur, 15-17-ci gün pustulalar açılır, quruyaraq qartmaq əmələ gətirir. 

Bu zaman ağrı hissi azalır, dəri dözülməz surətdə qaşınmağa başlayır. 

Xəstəliyin  4  -  5-ci  həftəsi  ərzində  bədən  temperaturu  normal  olur,  dəri 

intensiv qabıq verir, qartmaqlar qopub düşür. Qartmaqlarm yerində kələ-

kötür (“çopur”) görünüş verən ağımtıl dərin yara zolaqları qalır. Xəstəlik 

ağırlaş¬madan cərəyan edəndə 5-6 həftə davam edir. 

Müalicə.  Çiçək  əleyhinə  qamma-qlobulindən,  meti-  sazondan,  geniş 

spektrli  antibiotiklərdən  və  dezintoksikasiya  vasitələrindən  istifadə 

etməklə kompleks müalicə aparılır. 

Profilaktika.  Xəstələri  təcrid  etmək  və  həmçinin  təmasda  olan  şəxslərə 

vaksin vurub, onları 14 gün nəzarət . altında saxlamaq lazımdır. Karantin 

tədbirləri tam həcmdə görülməlidir. 

downloaded from KitabYurdu.org



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə