S. C.ƏLİyev, H. M. Haciyeva, N. C. MİKayilzadə TİBBİ



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə87/153
tarix11.04.2018
ölçüsü3,2 Mb.
#37908
1   ...   83   84   85   86   87   88   89   90   ...   153

283 

 

Bütün  bu  deyilənləri  ümumiləşdirərək  demək  olar  ki,  əgər 



mikroorqanizmlər  olmasaydı,  nəinki  bitkilərin,  hətta  insanların  da 

yaşayışı mümkün olmazdı. Bunlar təbiətdə maddələrin dövranında iştirak 

etməsəydilər, yer kürəsi üzərində həyat da mümkün olmazdı. 

Bitki və heyvan orqanizmləri kimi, insanın bədəni də mikroorqanizmlər 

üçün  ən  əlverişli  mühitdir.  Ona  görə  də  insanın  dərisindən  tutmuş 

bağırsaqlarına  qədər  müxtəlif  saprofıt  və  parazit  mikroorqanizmlər 

yaşayır,  onların  daxilə  keçməsinə  dəri,  selikli  qişalar  və  onların  seliyi 

mane  olur.  Dəri  üzərində  mikroorqanizmlorin  artıb  azalmasına  dərinin 

gigiyenik vəziyyəti böyük təsir göstərir. Dəri üzərin¬də zədə olduqda, bu 

mikroorqanizmlər irinli proseslər əmələ gətirir. 

Sağlam  insanın  qanı,  limfası,  ödü  və  sidiyi  tamamilə  steril  olur,  yəni 

tərkibində  heç  bir  mikroorqanizm  olmur,  insan  xəstələndikdə  isə  bu 

mayelərdə də müxtəlif mikrob- lar tapılır. Onlar orqanizmdə müqavimətə 

rast gəlmədikdə, çoxalıb xəstəliklər əmələ gətirir. 

Mikroorqanizmlər  dedikdə  mənşəyi,  təbiəti  və  for¬ması  etibarilə  bir-

birindən fərqlənən, adi gözlə görünmə¬yən və əksəriyyəti bir hüceyrədən 

ibarət olan kiçik canlılar 

nəzərdə  tutulur.  Bunlar  başlıca  olaraq  aşağıdakı  qruplara  #  •  1  •  •  •  # 

bolunur: 

1. 


Bakteriyalar. 

2. 


Göbələklər. 

3. 


Spiroxetlər. 

4. 


İbtidailər. 

5. 


Rikketsiyalar. 

6. 


Viruslar. 

downloaded from KitabYurdu.org




284 

 

7. 



Yaşıl yosunlar. 

Bunlardan  bakteriyalar,  göbələklər  və  yaşıl  yosunlar  bitkilər  aləminə 

mənsub  canlılar  sayılır.  Spiroxetlər,  ibtidailər  həyat  tərzinə  görə 

heyvanlar  aləminin  nümayəndəsi  olub,  nisbətən  sadə  quruluşlu  və 

mikroskopik olmaları ilə başqala-rından fərqlənirlər. 

Rikketsiya və viruslara gəldikdə, bunların canlılar sistemində tutduqları 

yer  indiyə  qədər  aydınlaşdırılma¬mışdır.  Rikketsiyalar  morfoloji, 

kimyəvi xüsusiyyətlərinə görə bakteriyalara, bioloji xassələrinə görə isə 

viruslara yaxın olub, keçid təşkil edirlər. Viruslar ölçülərinə görə 

daha kiçik olub, başqa canlılardan bir sıra xüsusiyyətləri ilə fərqlənirlər. 

Daim xarici mühit amilləri mikroblara təsir edir və əksinə, mikroblar da 

xarici mühitə öz təsirlərini göstərirlər. Belə ki, süd turşusu bakteriyaları 

süddə  inkişaf  edərək,  süd  şəkərini  süd  turşusuna,  südü  qatığa,  sirkə 

bakteriyaları  üzüm  şərabını  sirkəyə  çevirir,  çürümə  bakteriyaları  ətin 

üzərində inkişaf edərək zülalları çürüdür. 

Mikroblarm  fizioloji  funksiyaları  onların  kimyəvi  tərkiblərindən  çox 

asılıdır.  Mikrob  hüceyrəsinin  tərkibi  əsasən  su,  zülal,  karbohidratlar, 

lipoidlər, mineral duzlar və s. maddələrdən ibarətdir. Su hüceyrənin 75 - 

85 faizini təşkil edir; o, mikrobda gedən biokimyəvi proseslər üçün mühit 

olmaqla,  oksigen  və  hidrogen  mənbəyidir.  Quru  hissənin  50  faizi 

zülallardan ibarətdir. 

Mikrob hüceyrəsində karbohidratlar polisaxaridlər şəklində təsadüf edir. 

Onda  nişasta  və  qlikogen  də  olur  ki,  bunlar  ehtiyat  qida  maddələri 

vəzifəsini daşıyır. Odur ki, onun miqdarı mikrobun yaşından, növündən, 

yaşadığı qidalı mühitdən asılı olur. 

Lipoidlərə  yağlar  və  yağabənzər  maddələr  aid  olub,  1,7-40  faizə  qədər 

olur. Bunlar mikroblarm xarici mühitə davamlılığına kömək edir. 

downloaded from KitabYurdu.org




285 

 

Mineral  duzlar  mikrob  orqanizminin  1,34-14  faizə  qədərini  təşkil  edir. 



Əsasən  fosfor,  kalium,  natrium,  kükürd,  xlor,  kalsium,  maqnezium, 

dəmir, silisium və s. tapılır. 

Mikroblarm  qidalanması.  Göstərilən  maddələr  sərbəst  halda  mikrob 

tərəfindən mənimsənilə bilmir. Onlar birləşmə¬lər şəklində qəbul edilir. 

Yalnız  bəzi  növlər  azotu  havadan,  karbonu  karbohidratlardan 

mənimsəmək  qabiliyyətinə  malikdir.  Qidalı  maddələr  mikrobun 

qılafmdan keçərək içərisinə daxil olur, lazımsız maddələr xaricə çıxır. Bu 

proses  osmos,  diffuziya  qanunlarına  müvafiq  gedir.  Hüceyrədə,  bir 

tərəfdən, mürəkkəb üzvi maddələr parçalanıb ən sadə qeyri-üzvi maddələr 

əmələ gətirir, digər tərəfdən isə sadə qeyri-üzvi maddələrdən mürəkkəb 

üzvi maddələr əmələ gəlir ki, bu da mikrobun qidalanması və yaşaması 

deməkdir. Xarici mühitdə osmos təzyiqi həddindən artıq və ya az olarsa, 

mikrobun 

məhvinə 


səbəb 

ola 


bilər. 

Yeyinti 


məhsullarının 

konservləşdirilməsi  həmin  prinsipə  əsaslanır.  Qidalanmalarına  görə 

mikroblar  iki  cür  olur:  avtotrof,  heterotrof.  Avtotroflar  karbonu  üzvi, 

azotu  isə  qeyri-üzvi  birləşmələrdən  mənimsəmək  qabiliyyətinə 

malikdirlər. Bunlara nitrifikasiya bakteriyalarmı misal göstərə bilərik. 

Heterotroflar  isə  karbonu  ancaq  üzvi  birləşmələrdən  mənimsəyən 

mikroblardır.  Bunlar  əksəriyyəti  təşkil  edirlər.  Heterotroflar  da  iki  cür 

olur:  saprofitlər  və  parazitlər  (patogen  mikroblar).  Saprofitlər  ölü  üzvi 

maddələrin  hesabına  yaşayırlar.  Parazitlər  isə  canlı  üzvi  maddələri 

mənimsəyir,  bitki,  heyvan  və  insan  orqanizmində  müxtəlif  xəstəliklər 

törədirlər. Bunlara patogen mikroblar deyilir. 

Mikrobların  tənəffüsü.  Mikrob  orqanizmində  gedən  fizioloji 

funksiyaların  həyata  keçirilməsi  üçün  enerji  tələb  olunur.  Bu  enerjini 

mikrob tənəffüs prosesində əldə edir. 

downloaded from KitabYurdu.org




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə